Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə76/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   72   73   74   75   76   77   78   79   ...   128
2 5379791321034655986

Elastik qığırdaq
Elastik qığırdaq hialin qığırda ğa bənzəyir, lakin şəffaf deyil, təzə halda sarı rəngdə olur. Sıxıldıqda və dartıldıqda elastiklik xüsusiyyəti tə zahür edir. Hialin qığı rdaqdan onun əsas morfoloji fərqi ondadır ki, bu qığırdağın əsas maddəsində çoxlu elastik liflərə təsadüf olunur. Elastiki liflər orsein boyağı ilə tünd rənglənərək aydın görünürlər. Elastik liflər 1-4 mikron qalınlığda olub, şaxələnərək tor əmələ gətirir. Qığırdağın mərkəzi hissə sində elastik liflə r qalın, periferik hissədə isə nazik olur və qığırdaqüstlüyünə keçir. Elastik liflər toru o qədə r sıx olur ki, əsas maddə aydın görünmür [1, s. 128, şək.15.3]. Bunu nəzərə alaraq elastik qığırdağa bəzən torlu qı ğırdaq da deyirlər, hüceyrələr ətrafında bəzən bu tor daha sıx olur. Hüceyrəarası maddədə az miqdarda kollagen fibrillə r (II tip), proteoqlikan aqreqatları olur. Elastik qığırdağın ara maddəsində xondrioitinsulfat turşuları, hüceyrələrdə is ə qlikogen v ə lipidlər azdır. Bu toxuma əvv əlcə hialin qı ğırdaq kimi inkişaf edir, sonra əsas maddədə elastik liflər əmələ gəlir. Elastik qığırdaqdan insanda və digər məməlilə rdə qulaq seyvanının, xarici eşitmə keçəcəyinin və eşitmə borusunun qığırdaqları, habelə qırtlaq qapağı, buynuzabənzər və pazabənzər qığırdaqlar təşkil olunmuşdur. Müəyyən olunmuşdur ki, elastik qığırdaqda kollagen az oldugu üçün qığırdağın qidalanması pozulduğu hallarda belə kirəcləşmə getmir (Ca duzları ara maddədə cökmür).

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin