Kollagen lifli qığırdaq toxuması
Kollagen lifli qığırdaq və ya birləşdirici toxuma qığırdağı sıx lifli birləşdirici toxumanın, məsələn, vətərin, bağların hialin qığırdağa keçən yerlərində olur. Beləliklə, kollagen lifli qığırdaq, içərisinə xaricdən kollagen liflər daxil olan hialin qığırdağıdı r. Bu qığırdaqdan onurğaarası (fəqərəarası) disklər təşkil olunmuşdur; buna habelə qasıq birləşməsində, gicgah-çənə və döş-körpücük oynaqlarında (oynaq qığırdaqları) təsadüf olunur.
Kollagen lifli qığırdağın hüceyr əarası maddəsi sıx lifli birləşdirici toxumanın hüceyr əarası maddəsinə bənzəyir, lakin burada sı x və paralel gedən kollagen liflər dəstəsi tədricən kövşəkləşərək hialin qığırdağın ara maddəsinə keçir. Ara maddədə I tip kollogen lifləri olur.
Bu toxumada da hüceyrələr ya tək-tək, ya da izogen qruplar şəklində xüsusi boşluqlarda (lakunalarda) yerləşir. Həmin hüceyrələrin sitoplazmasında çox vaxt vakuollar olur. Hüceyrə boşluqlarını əhatə edən ara maddə (perisellülar matriks) bazofil boyanır.
Kollagen lifli qığırdaq toxuması birləşdirici toxuma ilə qığırdaq toxuması aras ında sıx rabitə olduğunu əyani surətdə nümayiş etdirir. Lakin sıx lifli formalaşan birləşdirici toxumaya çox oxşasa da, ondan fərqli olaraq ara maddəsində mineral birləşmələr nisbətən çoxdur və bu toxumada nazik birləşdirici toxuma arakəsmələri, qan damarları olmur.
Qığırdaqüstlüyü
Qığırdaqüstlüyü sıx lifli birləşdirici toxuma olub, qığırdağı xaricdən örtür. Xarici, nisbətən s əthi qatda hüceyrəvi elementləri fibroblastlara çox bənzəyir, iy şəklində olur. Hüceyrəarası maddədə isə
43
kollagen və elastik liflər daha sıx yerləşir, daxili və ya xondrogen (və ya hücerəli qat) qatda liflər bir qədər seyrək olur, burada xondroblastlar yerl əşir. Xondrogen qatın kollagen və bəzən elastik lifləri bilavasitə qığırdağın daxilinə keçir. Bu qatın hesabına qığırdaq toxuması artır. Qığırdaqüstlüyü qan damarları və sinirlərlə zəngindir, lakin qığırdağın öz daxilində qan damarları yoxdur. Beləliklə, qan maddələri qığırdağa, qığırdaqüstlüyü damarlarından diffuz yolla keçir.
Oynaq qığırdaqları nahiyəsində qığırdaqüstlüyü olmur və həmin qığırdaqlar oynaq boşluğunun sinovi mayesi hesabına qidalanır.
Qığırdağın daxilində qan damarları olmadığından onun qidalanması , xüsusilə onun mərkəzi hissəsində zəifdir. Buna görə qığırdağı n qidalanması asanlıqla pozula bilir, bu zaman orada kalsium duzları toplanır ki, bunun da nəticəsində qığırdaq kirəcləşir, şəffaflığını itirir və bulanıq görünür.
Dostları ilə paylaş: |