Ümumi mədəniyyət müəllimin peşəkarlığının əsas şərti kimi. Plan. Mədəniyyət anlayışı. Müəllimin nitq mədəniyyəti



Yüklə 21,91 Kb.
səhifə3/3
tarix17.04.2023
ölçüsü21,91 Kb.
#99133
növüMühazirə
1   2   3
Mövzu -9

Pedaqoji texnikada təkcə sözlü üsullar, tərzlər deyil müəllimin sözsüz təsiri, uzun, əllərin ifadəsi də mühüm rol oynayır. Bunların içərisində pantomimika və mimika xüsusi əhəmiyyət kəsb edir.
Pantomimika - bədənin, əllərin, ayağın hərəkətidir. O, təlim-tərbiyə prosesində diqqətin əsas məsələyə yönəldilməsinə kömək edir. Müəllim onun vasitəsilə bir növ təsir etdiyi obrazın şəklini çəkir, onu aydınlaşdırır. Tərbiyəçinin gözəl, nizamlı hərəkətləri onun daxili yetkinliyinin təzahürü kimi özünü göstərir. Buna görə də müəllim dərs prosesində şagirdlər qarşısında düzgün dayanmaq Pedaqoji ustalığa yiyələnmək müəllimdən bir çox keyfiyyətlər, bacarıq və qabiliyyətlər tələb edir.

  1. Didaktik qabiliyyətlər-Bu qabiliyyətlərə uşaqlara tədris materialım aydın şəkildə çatdırmaq, fənnə maraq oyatmaq, onlarda fəal, sərbəst düşüncəni stimullaşdırmaq qabiliyyətləri aiddir. Didaktik qabiliyyətlərə malik olan müəllim lazım olduqda tədris materialını müvafiq şəkildə rekonstruksiya etməyi, mürəkkəb olan sadələşdirməyi, çətin olanı asanlaşdırmağı, aydın olmayanı aydınlaşdırmağı bacarır.

  2. Akademik qabiliyyətlər-müvafıq elm sahəsinə olan qabiliyyətlərdir. Müəllim fənni təkcə tədris kursu həcmində bilməməli, öz elmində baş verən yenilikləri də izləməli, az da olsa tədqiqat işi aparmalıdır.

  3. Perspektiv qabiliyyətlər-Şagirdin daxili aləminə varma qabiliyyəti, psixoloji müşahidəçilik, şagirdin keçici psixoloji vəziyyətini anlamaq qabiliyyəti.

Qabiliyyətli pedaqoq cüzi xarici əlamətlərə görə şagirdin daxili vəziyyətini hiss etməyi bacarmalıdır.

  1. Nitq qabiliyyəti-öz fikir və hisslərini nitqin, habelə mimika və pantomimikanın köməyi ilə ifadə etmək qabiliyyəti. Qabiliyyətli müəllimin nitqi dərsdə həmişə şagirdlərə, tələbələrə yönəlmiş olur. Yeni materialı izah edib- etməməsindən şagirdin cavabını şərh edib-etməməsindən və s. asılı olmayaraq pedaqoqun nitqin daxili qüvvəsi ilə fərqlənir. Pedaqoq öz fikrini dəqiq, sadə dildə çatdırılmalıdır.

  2. Təşkilatçılıq qabiliyyətləri: a)şagird kollektivini mühüm məsələlərin həllinə səfərbər etmək qabiliyyəti

  3. Avtoritar qabiliyyətlər-Şagirdlərə bilavasitə emosional-iradi təsir etmək və bu yolla onların hərəkətini tənzimləmək, idarə etmək, onlar qarşısında özünə nüfuz qazanmaq qabiliyyətləri. Fənni yaxşı bilməklə də şagirdlər qarşısında nüfuz qazanmaq olar. Avtoritar qabiliyyətlər bir sıra şəxsi keyfiyyətlər bir sıra şəxsi keyfiyyətlərdən habelə şagirdlərin təlim-tərbiyəsinə görə məsuliyyət hissindən də asılıdır.

  4. Kommunikasiya qabiliyyətləri. Tələbə və şagirdlərlə ünsiyyətə qabil olmaq, onlara düzgün yanaşmanı tapıb tətbiq etmək, onlarla məqsədə müvafıq qarşılıqlı münasibət qurmaq qabiliyyətləri .

  5. Pedaqoji təxəyyül-proqnostik qabiliyyətlərə aiddir. Bu xüsusi qabiliyyət öz hərəkətlərini proqnozlaşdırmaq bacarığında öz ifadəsini tapır.

  6. Diqqətin paylanması qabiliyyəti-Müəllim üçün diqqəti eyni zamanda bir neçə fəaliyyət növləri arasında bölüşdürməyi bacarmaq da çox əhəmiyyətli məsələdir.



Müəllimin qarşısında müxtəlif xarakterli və məzmunlu pedaqoji vəzifələr durur. Bu vəzifələrin müvəffəqiyyətlə həll edilməsi üçün onun yol və vasitələrinin, tərzlərinin müəllim tərəfindən düzgün seçilməsi və tətbiq olunması mühümdür. Bunun üçün müəllimin pedaqoji texnikaya yiyələnməsi olduqca vacibdir.
Pedaqoji texnika-müəllimin müxtəlif pedaqoji vəzifələri həll etməsinin mühüm və incə aləti olub, onun fəaliyyətinin məzmunu və ahəngdarlığım təmin edən üsulların məcmusudur. Pedaqoji'texnika ünsiyyət texnologiyası və müəllimin nitqin mühüm tərbiyə vasitəsi kimi əhəmiyyətli rol oynayır.
Ä.'S.:Makarenko yazırdı ki, “Mimikasına sahib olaraq, üzünə istənilən ifadəni verə bilməyən və ya öz əhval-ruhiyyəsini gizləyə bilməyən şəxs yaxşı tərbiyəçi ola bilməz. Tərbiyəçi təşkil etməyi, gəzişməyi, zarafat etməyi, nəşəli və kədərli olmağı qəzəblənməyi bacarmalıdır..Tərbiyəçi özünü elə aparmalı, davranmalıdır ki, onun hər bir hərəkəti tərbiyə etsin və o hər zaman nəyi istəyib-istəmədiyini bilsin.
Uşaqlar müəllimin üzünün ifadəsini “oxumaqla” onun münasibətini əhval- ruhiyyəsini anlayırlar. Buna görə də müəllim məşqlər vasitəsilə jestlərin, mimikanın yerli-yerində, mənalı olmasına nail olmağa çalışmalıdır.
Eksperimental fiziologiya elmi sübut edir ki, səs. onun çalarları insana təbii verilsə də, onun keyfiyyətini əsaslı surətdə yaxşılaşdırmaq mümkündür. Bunun üçün hər bir müəllimin öz nitqi üzərində çalışması və onu yaxşılaşdırmaq üçün müxtəlif məqsədlərdən istifadə etməsi, başlıcası isə, onu qoruması vacibdir.
Müəllimlər öz nitqləri üzərində iş apararkən səs apparatından düzgün istifadə etməyin mexanizmini bilməlidir, Onlar səsin gücü, ona yiyələnmə texnikası səsin ucalığı, elastikliyi, mütəhərrikliyi, genişlik dairəsi (diapazonu) hər bir səs üçün xarakterik xüsusiyyəti (tembri), deyilən sözün, ifadənin aydınlığı (diksiyası), səsin ritmi haqqında ətrafı məlumata malik olmalıdır. Bunların 'bəzilərini nəzərdən keçirək.
Nəfəsalma - Bu fizioloji funksiya daşıyır və orqanizmin həyat fəaliyyətin təmin edir; O, eyni zamanda nitqin enerji bazası rolunda çıxış edir. Buna görən də müəllimin nitq və nəfəsalma münasibətləri haqqında biliklərə malik olmas 'vacibdir. Danışarkən burun vasitəsilə nəfəs almağı öyrənmək, şərh zaman : dərindən nəfəs almaqla nitqin enerjisini artırmaq, sözlər arasında harada nəfəs alınacağını məşq etmək və s. bu qəbildən olan qaydalardır. Nitq üçün fizioloji nəfəsalma deyil, dərindən nəfəsalma lazım gəlir. Nitq və danışıq daha böyü həcmdə hava tələb etdiyindən onun istifadəsinə qənaətlə.yanaşmaq tələb olunur.
Səs - İnsanlar arasında səsi təbii və ürəyəyatmalı olanların nitqin adamlar , olduqca xoş təsir bağışlayır. Müəllimlər arasında belələri az deyildir, təcrübə göstərir ki, hər bir adam öz səsi üzərində işləməklə onu güclü, elastik və gur edə bilər. Bu olduqca böyük və gərgin məşqlər, zəhmət tələb edir. Müəllimin səsin özünəməxsus bir sıra xüsusiyyətləri vardır. Bunlardan biri səsin güclülüyüdür. Müəllimin səsi güclü olduqda onun təsirliliyi də artıq olur. Səsin gücü təkcə təbii imkanlardan deyil, səs apparatından düzgün istifadədən asılıdır. Nəfəsalma zama ağızdan nə qədər böyük həcmdə və təzyiqdə hava keçirsə, səs bir o qədər güc olar.
Diapazon- səsin genişlik dairəsi onun həcmidir. Səsin sərhəddini yüksək və ən aşağı ton müəyyənləşdirir.
Tembr- hər bir səs üçün xarakterik olan səs xüsusiyyəti səsin çalarları aydınlığı yumşaqlığı və fərdililiyidir.
Səsin tərbiyə edilməsi olduqca çətin və fərdi bir prosesdir. Səsin korlanması : səbəbləri müxtəlifdir. Mütəxəssislər bunu dörd qrupa ayırırlar: l)Səs yükünün hər gün artırılması 2)Səs apparatından istifadəni bildirməmək 3)Gigiyenä qaydalarını gözləməmək 4)Səs orqanlarının anadangəlmə zəifliyi .
Müəllim yuxarı tənəffüs orqanlarına əsəb sisteminə, qida rejiminin qorunmasana xüsusi diqqət yetirməlidir. Nəzərdən qaçırmaq olmaz ki, səs orqanları tünol, qıcıqlandırıcı qidalara çox həssasdır. Olduqca soyuq, həddən artıq isti, tünd xörəklər, alkoqollu içkilər, siqaret səs apparatmın korlanmasına səbəb olan amillərdir.
Səsin və səs apparatmın qorunması üçün mütəxəssislər aşağıdakı məsləhətləri faydalı hesab edirlər.
-Boğazı vaxtaşırı olaraq soda və yodla yaxalamaq
-Monoton nitq səs apparatı əzələlərinə yorucu təsir göstərdiyindən ifadəli nitqdən istifadə etmək
-Yazı lövhəsində işləyərkən əmələ gələn tozun qarşısım almaq məqsədilə yaş silgidən istifadə etmək


-İşdən sonra soyuq havada tez-tez yeriməmək, nəfəs orqanını soyuqdan qorumaq və s.
Diksiya - Müəllim üçün onun nitqinin şagirdlərin aydın başa düşülməsinin mühüm əhəmiyyəti vardır. Diksiya deyilən sözün, ifadənin, səsin aydınlığı və dəqiqliyidir. Bu olduqca vacibdir. Diksiya səs aparatının uyğunluğundan və enerjili işləməsindən asılıdır. Bunlarla bərabər, diksiyanın yaxşılaşdırılması üçün nitq üzrə tapşırıqlardan səs orqanlarının hərəkətli gimnastikasından, məşqlərdən və mütəxəssis məsləhətlərindən istifadə etməsi faydalıdır.
Ritim — Ayrı-ayrı sözlərin, hecanın sürətililiyi və uzunluğu, həmçini danışıqda pauzanın ritmik təşkili danışığın ölçüsü nitqin ritmikası ilə çox əlaqədardır. Ritim danışıqda çox vacib element hesab olunur və intonasiya, pauza sözün başa düşülməsi, dinləyicilərə emosional təsir etmə gücünə malik olur. Nitqin sürəti müəllimin fərdi keyfiyyətindən, nitqin məzmunluluğundan ünsiyyətin situasiyalarından asılıdır. Eksperimental tədqiqatlar göstərir ki, V-Vl siniflərdə müəllimin dəqiqədə 60-a qədər, X sinifdə isə 75 söz işlətməsi məqsədə müvafiqdir. Müəllim çətin materialları izah edərkən əvvəlcə onu asta-asta sonra isə tez-tez sürətlə izah etməlidir. Lakin müəllim qaydaları, prinsipləri qanunları deyərkən və müəyyən nəticə çıxararkən səsin surətini azaltmalıdır.
Müəllim nitqin təsirliIiyini, ifadəliliyini artırmaq üçün məntiqi və psixoloji pauzalardan istifadə etməyi bacarmalıdır. “Məntiqi pauzasız nitq-savadsız, psixoloji pauzasız-həyatiliksiz olacaqdır.


Nitqin bir surətdə, monoton olması ona diqqəti və marağı azaldır, nitqi cansıxıcı edir. Buna görə də müəllimin təbii, maraqlı, aydın və təsirli olmalıdır. Bunun üçün yəni nitqin intonasiyalı olması üçün müəllim xüsusi tapşırıqdan istifadə etməlidir. Müəllimin səsi aydın, dəqiq, intonasiyalı, təsirli diqqəti cəlb edən, fikirləşməyə və fəaliyyətə sövq edən olmalıdır.
Bunun üçün müəllimin öz nitqi üzərində müntəzəm olaraq işlənməsi və müəyyən tapşırıqları yerinə yetirməsi zəruridir.
Yüklə 21,91 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin