İnformasiya -axtarış sistemi təbii dildə sənədlərin toplanması və müxtəlif kriterilərə görə axtarışını təmin edir. Bu cür sistemlərdən həm müəssisə (korporasiya) səviyyəsində, həm də İnternet şəbəkəsində müxtəlif tip sənədlərin toplanması, sistemləşdirilməsi və axtarışı üçün istifadə olunur.
Sənəd dövriyyəsi sistemləri müəssisə (korporasiya) daxilində sənədlərin dövriyyəsini avtomatlaşdırılmaq üçün istifadə olunur. Müəssisənin bütün funksional bölmələrinin kompüterləşdirilməsi şəraitində kompüterlərin şəbəkəsini yaratmaqla və sənədlərin elektron variantlarından istifadə etməklə, onların dövriyyəsini tam avtomatlaşdırmaq olur.