Ümumi məlumat. İnformasiya sistemi nədir? Sistem


İnformasiya - məsləhət sistemləri



Yüklə 1,51 Mb.
səhifə16/78
tarix02.01.2022
ölçüsü1,51 Mb.
#44315
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   78
C fakepathMühazir

İnformasiya - məsləhət sistemləri insana (qərar qəbul edən şəxsə) qərarların qəbul edilməsi ücün məsləhətlər verirlər, yəni mümkün variantları təklif edirlər. Sistemin verdiyi məsləhətlər əsasında insan öz qərarını verir. Bu cür sistemlərin işi biliklərə əsaslandığından onların intellektual səviyyələri yüksək olur. İnformasiya -məsləhət sistemlərinin tipik nümayəndəsi ekspert sistemləridir.

Sənədli-faktoqrafik sistemlər həm sənədlərin, həm də faktoqrafik informasiyanın toplanıb saxlanmasını, axtarışını və lazım gəldikdə emalını yerinə yetirə bilirlər. Bu cür sistemlərə başqa sözlə inteqrallaşdırılmış sistemlər deyilir. İnteqrallaşdırılmış sistemlər mövcud informasiya sistemləri içərisində ən mürəkkəbi hesab olunur. Əslində inteqrallaşdırılmış sistem uyğun olaraq sənədlərlə və faktoqrafik informasiya (verilənlər) ilə işləyən 2 hissədən (altsistemdən) ibarət olur.

Sənədli-faktoqrafik sistemlərin inkişaf etmiş variantlarında konkret mövzu sahəsinə aid sənədlərdən faktoqrafik informasiyanın çıxarılması prosesi aparılır. İngiliscə bu prosesə data mining deyilir. Bu tip sistemlərin daha mükəmməl variantlarında sənədlərdən verilənlərlə yanaşı, biliklər də alınır (knowledge discovery).

İnformasiya sistemlərini təşkil üsullarına və ya arxitekturaya görə də siniflərə bölürlər.

Qeyd etmək lazımdır ki, informasiya sistemlərinin yuxarıda baxılan təsnifat sxemləri müəyyən mənada şərti xarakter daşıyır. Böyük informasiya sistemləri əksər hallarda göstərilən siniflərə aid əlamətlərin hamısına və ya bir qisminə malik olurlar. Məsələn, iri müəssisələr ücün yaradılan korporativ informasiya sistemləri müxtəlif funksiyaları yerinə yetirən bir necə altsistemdən ibarət olurlar.



Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin