Sazlama və testləmə
İnformasiya sistemi proqram məhsulu olduğu üçün, onun yaradılmasında proqram vasitələrinin sazlanması və testlənməsi mühüm rol oynayır. Bu işləri İS-in hazırlanma mərhələsində də yerinə yetirmək olar. Lakin onların ağırlığını və yerinə yetirilmə xüsusiyyətlərini nəzərə alaraq sazlama və testləməni bir mərhələ kimi ayırırlar. Bu mərhələdə aşağıdakılar yerinə yetirilir:
-ayrı-ayrı proqram modullarının sazlanması və testlənməsi;
-funksional proqram qruplarının( altsistemlərin) sazlanması və testlənməsi;
-altsistemlərin inteqrasiyası və sistemin bütövlükdə sazlanması və testlənməsi.
Dostları ilə paylaş: |