İnformasiya sisteminin qurulmasının əsas mərhələləri
Mürəkkəbliyindən və işin həcmindən asılı olmayaraq, hər bir layihə özünün yaradılmasında və inkişafında «layihə hələ yoxdur» vəziyyətindən «layihə artıq yoxdur» vəziyyətinə qədər bir yol keçir. Layihənin yaradılmasına başlanandan tam bitməsinə qədər addımları mərhələ (faza, stadiya) adlandırırlar. Mərhələlərin sayının və məzmununun təyin olunmasında tam müəyyənlik yoxdur, çünki bu xarakteristikalar konkret layihənin yerinə yetirilmə şərtlərindən və icraçıların təcrübəsindən asılıdır. Buna baxmayaraq, informasiya sisteminin qurulma prosesinin məntiqi və əsas məzmunu əksər hallarda ümumi olur və əsasən aşağıdakı mərhələləri əhatə edir:
1- konsepsiyanın formalaşdırılması;
2- texniki tapşırığın tərtib edilməsi;
3- layihələndirmə;
4- hazırlama;
5- sazlama və testləmə;
6- sistemin istismara verilməsi;
7- sistemin müşayiət edilməsi.
2-ci və 3-cü mərhələləri adətən sistem layihələndirməsi, 4-cü, 5-ci və 6-cı mərhələləri isə reallaşdarma adlandırırlar.
Dostları ilə paylaş: |