İnformasiya -axtarış dilləri
Yuxarıda baxılan səbəblər üzündən informasiyanın təsviri üçün təbii dildən istifadə edilə bilməməsi bu məqsədlə süni dillərin tətbiqinə ehtiyac yaratmışdır. Bu cür dillərə informasiya-axtarış və ya informasiya dilləri deyilir.
İnformasiya -axtarış dili (İAD) –sistemə daxil edilən və axtarış üçün nəzərdə tutulan məlumatın əsas məzmununu təsvir etmək üçün xüsusiləşdirilmiş süni dildir[53]. İAD təbii dil əsasında yaradılır, lakin ondan yığcamlığı, dəqiq qrammatik qaydaların mövcudluğu və semantik çoxmənalığın olmaması ilə fərqlənir.
İnformasiya -axtarış dillərini iki tipə ayırmaq olar:
-təsnifat dilləri;
-deskriptor dilləri.
Bu tip dillər arasında prinsipial fərq dilin cümlələrinin (frazalarının) qurulma prosedurundadır.
Dostları ilə paylaş: |