Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının torpaq qanunvericiliyi


TORPAQ MÜLKİYYƏTÇİLƏRİNİN, İSTİFADƏÇİLƏRİNİN



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə32/121
tarix02.05.2022
ölçüsü1,03 Mb.
#56810
1   ...   28   29   30   31   32   33   34   35   ...   121
Torpaq Mecellesi

TORPAQ MÜLKİYYƏTÇİLƏRİNİN, İSTİFADƏÇİLƏRİNİN 

 

VƏ İCARƏÇİLƏRİNİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ 

Maddə 80. Torpaq mülkiyyətçilərinin hüquqları 

 

Torpaq mülkiyyətçilərinin hüquqları aşağıdakılardır: 



 

torpaqdan müstəqil təsərrüfatçılıq əsasında istifadə etmək; 




 

öz  torpaq  sahəsində  olan  meşə  örtüyündən,  geniş  yayılmış  faydalı  qazıntılardan  və  su 

ehtiyatlarından  təsərrüfat  ehtiyacları  üçün  müvafiq  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada 

istifadə etmək; 

 

torpağın itirilmiş təbii münbitliyinin bərpası və digər səbəblərlə əlaqədar müvafiq icra hakimiyyəti 



orqanı tərəfindən əkin dövriyyəsindən müvəqqəti çıxarılan (dincə qoyulan) torpaq sahələrinə görə 

əvəz almaq; 

 

torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-



məişət təyinatlı və digər tikililər və qurğular inşa etmək; 

 

torpağın geri alındığı və torpaq sahəsindən könüllü imtina edildiyi hallarda torpağın keyfiyyətinin 



yaxşılaşdırılmasına  çəkilən  xərclərin  əvəzini,  torpağın  bu  Məcəllədə  və  digər  normativ-hüquqi 

aktlarda nəzərdə tutulan qaydada hesablanmış dəyərini və ya onun naturada əvəzini almaq; 

 qan

unvericilikdə  müəyyən  edilmiş  qaydada  yerquruluşu  layihələrinə  və  təbiəti  mühafizə 



tələblərinə  uyğun  olaraq,  torpaq  sahələrində  meliorasiya  işləri  aparmaq,  gölməçələr  və  digər 

sututarlar yaratmaq; 

 

bu Məcəllə və digər normativ-hüquqi aktlarla müəyyən olunmuş qaydada torpaq sahəsini və ya 



onun bir hissəsini istifadəyə və ya icarəyə vermək; 

 

qanunvericilikdə  müəyyən  olunmuş  qaydada  torpağı  satmaq,  bağışlamaq,  dəyişmək,  girov 



(ipotekaya)  qoymaq,  nizamnamə  (pay)  fonduna,  habelə  vərəsəliyə  və  irsən  vermək  və  onunla 

əlaqədar qanunvericiliklə qadağan edilməmiş digər əqdlər bağlamaq və fəaliyyətlə məşğul olmaq. 

Maddə 81. Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları 

 

Torpaq istifadəçilərinin və icarəçilərinin hüquqları aşağıdakılardır: 



 

torpaqdan təyinatı üzrə istifadə etmək; 

 

qadağan edilmiş bitkilər istisna olmaqla, kənd təsərrüfatı bitkilərinin əkinləri və istehsal edilmiş 



məhsul üzərində mülkiyyət hüququnu həyata keçirmək; 

 

torpaq  sahəsində  geniş  yayılmış  faydalı  qazıntılardan,  su  ehtiyatlarından  öz  təsərrüfat 



ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək; 

 

torpağın  verilməsi  şərtlərinə  müvafiq  surətdə  istehsal  təyinatlı  müvəqqəti  yardımçı  tikililər  və 



qurğular ucaltmaq; 

 

torpaqdan istifadəyə və icarəyə xitam verildikdə torpaqda öz hesabına aparılmış yaxşılaşdırma 



işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada 

almaq; 


 

bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada torpaq sahəsini və 

ya onun bir hissəsini başqasının müvəqqəti istifadəsinə və icarəsinə (subicarəsinə) vermək; 

 

qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyəti həyata keçirmək. 




Maddə 82. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin vəzifələri 

 

Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə borcludurlar: 



 

torpaqdan təyinatı üzrə,  səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, 

təbiətqoruyucu  istehsal  texnologiyalarını  tətbiq  etmək,  təsərrüfat  fəaliyyətində  ərazinin  ekoloji 

vəziyyətinin pisləşməsinə yol verməmək; 

 

torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirmək; 



 

torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-memarlıq, tikinti, 

sanitariya-gigiyena,  y

anğından  mühafizə  və  müəyyən  edilmiş  digər  tələblərə  (normalara, 

qaydalara, normativlərə) uyğun olaraq həyata keçirmək

 

torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl 



etmək; 

 

torpaq vergisini və ya icarə haqqını vaxtında ödəmək; 



 

başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq; 

 

torpaq  sahəsində  olan  mərzləri,  təbiət  abidələrini,  geoloji  təzahürləri,  geodeziya-istinad 



məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya 

və irriqasiya sistemlərini qoruyub saxlamaq; 

 

torpağın  istifadəsi  vəziyyətinə  dair  müəyyən  edilmiş  məlumatları  müvafiq  orqanlara  vaxtında 



vermək; 

 

qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. 



Maddə 83. Torpaq sahəsi üzərində hüquqların həyata keçirilməsi 

 

1. Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə 



başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 

 2. 


Torpaq  sahəsi  üzərində  hüquqların  həyata  keçirilməsindən  imtina  edilməsinə  o  şərtlə  yol 

verilə bilər ki, belə imtina başqa şəxslərin hüquq və mənafelərinə toxunmasın və ətraf təbii mühitə 

zərər vurmasın. 

 

3. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində öz hüquqlarından imtina etmələri onları bu 



Məcəllənin 88-ci maddəsi və bağladıqları müqavilə ilə müəyyən edilmiş vəzifələrindən azad etmir. 

 

4. İmtina səbəbindən torpaq sahəsi üzərində hüquqlara xitam verilməsi bu Məcəllə ilə müəyyən 



edilmiş qaydada həyata keçirilir və dövlət qeydiyyatında (reyestrində) əks etdirilir. 

Maddə  84. Torpaq  mülkiyyətçilərinin,  istifadəçilərinin  və  icarəçilərinin  hüquqlarının 




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin