Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının torpaq qanunvericiliyi



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə29/121
tarix02.05.2022
ölçüsü1,03 Mb.
#56810
1   ...   25   26   27   28   29   30   31   32   ...   121
Torpaq Mecellesi

verilməsi qaydaları 


 

1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq 

sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında 

nəzərdə  tutulmuş  halda  torpaq  üzərində  mülkiyyət  və  icarə  hüququna  müvafiq  icra  hakimiyyəti 

orqanı  tərəfindən,  əvəzsiz  istifadə  hüququna  isə  müvafiq  icra  hakimiyyəti  orqanının  və  ya 

bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə 

torpaq  üzərində  mülkiyyət,  istifadə  və  icarə  hüququna  məhkəmə,  daimi  istifadə  hüququna  isə 

müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir.

[60]

 

 



2.  Qanunvericilikdə  başqa  hal  nəzərdə  tutulmamışdırsa,  torpaq  sahəsi  üzərində  mülkiyyət, 

istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya 

bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi 

torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş 

verilir. 

 

3. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan 



hallarda  torpaq  sahələri  üzərində  istifadə  və  icarə hüquqlarına  xitam  verilməsi  haqqında  qərar, 

buraxılmış  nöqsanların  (pozuntuların)  müəyyən  edilmiş  vaxtda  aradan  qaldırılması  barədə 

xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir.

[61]


 

 

4. Məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsi üzərində mülkiyyət, 



istifadə və ya icarə hüququna xitam verilməsi barədə qərar qəbul edərkən, torpaq mülkiyyətçilərinə, 

istifadəçilərinə  və  icarəçilərinə  torpaqların  keyfiyyətinin  yaxşılaşdırılmasına  çəkdikləri  xərclərin 

ödənilməsi  və  ya  onların  torpaqdan  səmərəsiz  istifadə  etməsi  nəticəsində  vurduqları  zərərin 

ödənilməsi barədə göstərişlər də verə bilərlər. 

 

5. Torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilməsi barədə məhkəmənin, 



müvafiq  icra  hakimiyyəti  orqanının  və  ya  bələdiyyənin  qərarından  qanunvericilikdə  müəyyən 

edilmiş qaydada müvafiq məhkəməyə şikayət vermək olar. 

 

6.  Torpaq  üzərində  hüquqlara  xitam  verilmə  qaydası  bu  Məcəllə  ilə  nəzərdə  tutulmadıqda, 



Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. 

[62]


 

Maddə 76. Torpaq sahələri üzərində hüquqlara xitam verilərkən nəzərə alınan tələblər 

 

Torpaq sahələri üzərində mülkiyyət, torpaqdan istifadə və ya icarə hüququna xitam verilməsi bu 



hüquqdan  istifadə  edən  şəxsi  məhsulu  yığmaq  hüququndan  məhrum  etmir,  eləcə  də  vergiləri 

ödəmək və torpağın münbitliyinin qorunub saxlanılması məsuliyyətindən azad etmir. 

Maddə 77. Torpaq sahələri üzərində hüquqların məhdudlaşdırılması 

 

Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və ya icarəçilərinin hüquqlarının məhdudlaşdırılması 



torpaqdan  istifadənin  ərazi  planlaşdırılması,  torpaqların  zonalaşdırılması,  kütləvi  servitutların 

müəyyən  olunması  haqqında  müvafiq  qaydada  qəbul  edilmiş  qərarlara  uyğun  olaraq  müəyyən 

edilir. 




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin