17. Vergilər, ƏDV (əlavə dəyər vergisi) Vergilərin, ƏDV-nin cəmi Qiymət Sorğusunda hər bir spesifik xidmət növü üçün təqdim olunan qiymətdə ayrica faiz/məbləğ kimi göstərilməlidir. ƏDV və başqa müvafiq vergilər ödəniş üçün olan qaimələrdə ayrıca qeyd olunmalıdır.
18. Razılaşdırılmış fərdi dərman qiymətləri Razılaşdırılmış hər bir dərmanın qiyməti - qiymət təklifində təqdim edilən qiymətlər hesab olunur.
19. Razılaşdırılmış dərman qiymətlərinə yenidən baxilması Razılaşdırılmış hər bir dərmanın qiyməti müqavilə müddəti ərzində dəyişdirilə bilməz. Əgər hər hansi qiymətin orta bazar qiymətlərinə uyğun dəyişdirilməsi üçün ona yenidən baxılmasına ehtiyac olarsa, o zaman müqaviləçi müvafiq əsaslandırmalar da daxil olmaqla razılaşdırılmış qiymətin dəyişdirilməsini yazıli olaraq xahiş etməlidir.