XÜSUSİ ŞƏRTLƏR
12. Əməkdaşliğin şərtləri
“Uşaqların Xilası” təşkilatı dərmanlarin təchizatini monitorinq etmək məqsədi ilə göndəriş və sənədləşmə sistemi yaradacaq. Aptekə göndərilmiş hər bir xəstə təşkilat tərəfindən hazırlanmış formanı təqdim edəcək (bu sənədə Qoşma 1). Etibarlı sənəd kimi bu formanın Aptek tərəfindən tanınması üçün aşağıdakı bölmələr doldurulmalı, həkimin imzası və möhürü ilə təsdiqlənməlidir.
-
Xəstə haqqında məlumatlar (familiyası və adı, doğum tarixi, hazırki ünvanı, telefon nömrəsi);
-
Diaqnoz
-
Təyin edilmiş dərmanlar (dozası və miqdarı daxil olmaqla)
Əgər tələb olunan dərmanın əvəzinə onun başqa zavodda istehsal olunmuş analoqu istifadə olunarsa farmasist dərmanların istehsalını qeyd etməli və tamamlanmış formaya imza atmalıdır.
Xəstə tamamlanmış formaya imza atmaqla dərmanların alınmasını təsdiq etməlidir.
Dostları ilə paylaş: |