1.Müşahidə metodu uşağın psixi həyatının öyrənilməsində geniş tətbiq olunan metodlardan biridir. Müşahidə metodunun vasitəsilə uşağın psixi inkişafının ayrı-ayrı təzahürləri, onun emosional sferası, ünsiyyət fəaliyyəti, yaşlılarla qarşılıqlı əlaqə üsullarının xüsusiyyətləri öyrənilir. Müşahidə metodunun xarakterik cəhəti ondan ibarətdir ki, o, uşağın psixi fəaliyyətinin xarici təzahürlərini təbii şəraitdə izləməyə imkan verir. Müşahidə metodu vasitəsilə əldə edilən nəticələr o zaman obyektiv və etibarlı hesab edilə bilər ki, o, məqsədəyönəlmiş məzmun kəsb etsin.