1.Uşağın necə olursa olsun öz bildiyi kimi hərəkət etməsi.
2.Uşağın onun üçün yeni olan məsələləri qavraya bilməməsi.
3.Uşağın özünə az, başqalarına qarşı isə çox tələbkar olması.
4.Uşağın öz qüvvəsinə inanmaması.
Məktəbəqədər yaşlı uşaqlarda müşahidə olunan iradi nöqsanlardan biri də tənbəllikdir. Tənbəllik halı uşaq ailədə əzizləndikdə, onun bütün arzu və tələbləri başqaları tərəfindən yerinə yetirildikdə, özünə inam hissi yaradılmadıqda baş verir. Qeyd olunan iradi nöqsanların qarşısını elə onların təzahür etdiyi ilk anlardan alınmalıdır. Əks təqdirdə, uşağı yenidən tərbiyə edərkən valideynlər çox ciddi çətinliklərlə qarşılaşmalı olacaqlar.
Dostları ilə paylaş: |