Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə129/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   125   126   127   128   129   130   131   132   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

14. Körpənin psixi inkişafı

Plan:

1. Körpənin nitq inkişafı

2. Körpəlik dövründə diqqətin və hafizənin inkişafı

3. Körpəlik dövründə təfəkkürün inkişafı

4. Körpəlik dövründə hisslərin inkişafı

5. Körpəlik dövründə yaş böhranı

Üç yaşın axırlarına yaxın uşaqda meydana gəlməyə başlayan yeni fəaliyyət növləri-oyun və fəaliyyətin məhsuldar növləri onun psixi inkişafı üçün əsas zəmin yaradır. Bu dövrdə uşaq, adətən ətraf aləmdə nə varsa, onların hamısına maraq göstərir, özünün çoxlu sualları ilə yaşlıları cana yığır. Onu hər şey maraqlandırır. Bu suallara valideyn və yaşlılar uşağın anlaq səviyyəsinə müvafiq olaraq cavab verməlidirlər. Yalan və başdansovdu cavablar vermək olmaz, əks təqdirdə uşaq düzgün təsəvvürə malik olmayacaqdır.

Körpəlik dövrü uşağın nitqə yiyələnməsinin ən senzitiv, səmərəli dövrü hesab olunur. Əgər uşaq həmin dövrdə nitqə yiyələnmək imkanından məhrum olarsa, sonradan bu qüsuru aradan qaldırmaq çətin olur. Ona görə də 2-3 yaşında uşağın nitqini inkişaf etdirmək üzərində ciddi və səmərəli iş aparılmalıdır. Bir yaşdan üç yaşa qədər olan dövr- dilin ilkin mənimsənilməsi (psixi-hissi) və dilin qrammatik quruluşa yiyələnmək mərhələsini əhatə edir. Uşaq ikinci yaşın sonunda 300-ə qədər, üçüncü yaşın sonunda isə təxminən 1000-1500-ə qədər sözdən istifadə edə bilir ki, bu da nitq ünsiyyətinə girməyi təmin edir.

Ünsiyyət prosesində uşağın biliyi, təcrübəsi tədricən artır. Ailədə tərbiyəvi işin təsiri sayəsində onda müşahidəçilik qabiliyyəti meydana gəlir. Ona görə də uşaq diqqətini müəyyən məqsədə tabe etməyə başlayır. Bütün bunlar uşaqda ixtiyarı diqqətin təzahürünə səbəb olur. Üçüncü yaşdan başlayaraq uşaqlarda ixtiyari diqqətin ilk təzahürünə rast gəlinir. Lakin bu dövrdə uşaqlar iradi səy göstərərkən tez yorulurlar.

Bu dövrdə hafizə sürətlə inkişaf edir. 18-22 aylıq uşaq özünü güzgüdə tanıyır. Uşaqda tanıma ilə yanaşı, xatırlama da inkişaf edir. Xatırlama birinci ilin axırı, ikinci ilin əvvəllərində özünü göstərməyə başlayır. Körpə uşaqlarda hafizə qeyri-ixtiyari xarakter daşıyır. Bu dövrdə uşaqlar onları maraqlandıran, tələbatları ilə əlaqədar olan məsələləri qeyri-ixtiyari şəkildə yadda saxlayırlar.

Bu dövrdə uşaqların təfəkkürü əsasən konkret cisim və hadisələrlə bağlı olur. Uşaqlar hər hansı bir əməliyyatı yeni şəraitdə eyni tipli başqa məsələnin həllinə tətbiq etməkdə çətinlik çəkirlər. Bu, həmin dövrdə uşaqların fəal danışıq nitqinə yiyələnmədiklərindən irəli gəlir. Uşağın yaşlılarla ünsiyyəti, onun şəxsi həyat təcrübəsi, uşağı əhatə edən sosial mühit də onda təfəkkürün inkişafına təsir göstərir.

Uşaqlar müəyyən təsəvvür ehtiyatına yiyələndikdən sonra onlarda təxəyyül inkişaf edir. Bu dövrdə uşaq kiçik həcmli nağıllarla əlaqədar məsələləri təsəvvür edə bilir. Bütün bunlar uşaq təxəyyülünün ilk təzahürləridir. Lakin bu zaman uşaqlarda təxəyyül surətləri çox məhdud xarakter daşıyır.

Bu dövrdə hisslər də sürətlə inkişaf edir. Xüsusilə də utancaqlıq hissi özünü daha çox büruzə verir. Uşağı başqa yerə aparanda, evə qonaq gələndə uşaq ya tamamilə sakitləşib bir küncə çəkilir, ya da qızarır, başını aşağı salır və ya ağlayır. Kiçik yaşlı uşaqlarda məsuliyyət hissinin inkişafına da təsadüf etmək mümkündür. Bu hissə malik olan uşaq ləyaqətlə davranmağa, öz üzərinə düşən işi layiqincə yerinə yetirməyə can atır. Uşaqda müşahidə olunan belə məsuliyyət hissini daha da inkişaf etdirmək lazımdır.

Uşaq şəxsiyyətinin formalaşmasında ilk yaş böhranı adətən, üçüncü yaşda özünü büruzə verir. Bu mərhələdə uşağın psixi və fiziki keyfiyyətlərinin qeyri-adi surətdə inkişafı orqanizmin bütün fəaliyyətini gərginləşdirir. Uşaq bu dövrə özündən yaşlıları adla çağırmağa, özünü onlardan ayırmağa, özü haqda “Mən” deyə danışmağa başlayır. Beləliklə, uşaq böyüklərdən asılı olsa da müstəqil hərəkət etməyə, şəxsi fəallıq göstərməyə başlayır. Yaş böhranı böyüklərlə qarşılıqlı münasibət zamanı, uşağın tələbinə əhəmiyyət verilmədikdə o, tərslik, utancaqlıq, höcətlik kimi neqativ keyfiyyət halında diqqəti cəlb edir. Belə psixoloji halı adətən üç yaş böhranı adlandırırlar. Uşağın müstəqil olaraq öz tələbatını ödəmək cəhdi, özünü başqa adamlarla müqayisə etməsi, böyüklərin verdiyi tələblərdən boyun qaçırması və hərəkətlərindəki sərbəstliyi də buraya əlavə etsək üç yaş böhranı haqqında tam təsəvvür yaranır. Əgər yaşlılar uşağın müstəqilliyini, sərbəstliyini lazımi şəkildə tənzim və təşkil edərlərsə, yaş böhranı, hər cür narazılıq və çətinlik tədricən aradan qaldırıla bilər. Bu böhran uşağın psixi və fiziki inkişafında mühüm addım sayılır.

Böyüklərlə qarşılıqlı ünsiyyət prosesi, xüsusi təlim və tərbiyə uşaq şəxsiyyətini formalaşdırır. Beləliklə, uşağın özü haqda ilkin təsəvvürləri, özünü dərketməyə başlaması, müstəqilliyə can atması, onun şəxsiyyətinin təşəkkülü üçün ilk şərt olur.




Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin