Eşitmə duyğuları da uşaqların ümumi inkişafında mühüm yer tutur. Yeni doğulmuş uşaqda eşitmə üzvünün tam inkişaf etməsinə baxmayaraq, orta qulaq selikli maye ilə dolu olduğundan uşaq hələ səsləri aydın şəkildə eşidə bilmir. Bu maye birinci həftənin sonunda orqanizmə sorulur və uşaq səsə qarşı reaksiya verir. Əgər uşaq ikinci həftənin sonunda səsə qarşı reaksiya vermirsə, deməli, onun eşitmə üzvlərində müəyyən qüsur var və dərhal mütəxəssisə müraciət etmək lazımdır.
Uşaqlarda taktil duyğuları da nisbətən yaxşı inkişaf etmiş olur. Onlarda xüsusilə toxunma və təzyiq duyğusu daha tez müşahidə olunur. Çağanın dərisinə toxunduqda diksinir. Ümumiyyətlə, bədənə qıcıq təsir etdikdə başqa hərəkətlər dayanır, diqqət bilavasitə qıcığa tərəf yönəlir.
Dostları ilə paylaş: |