12. Çağanın psixi inkişafı
Plan:
1. Çağada görmə duyğuları
2. Çağada eşitmə duyğuları
3. Çağada taktil düyğuları
4. Çağada dadbilmə və iybilmə duyğuları
5. Nitqin inkişaf mərhələləri
Uşağın ətraf mühitlə ilkin əlaqəsində duyğuların böyük rolu vardır. Uşaqda duyğu üçün lazım olan analizator mövcud olur. Bunun sayəsində yeni şəraitə uyğunlaşmaq üçün uşaqda bir sıra şərtsiz reflekslər özünü göstərir. Lakin ətraf mühitdən baş çıxarmaq üçün bunlar hələ kifayət deyildir. Ona görə də orqanizmin tələbatını ödəmək üçün uşaqda yaşlıların təsiri altında müəyyən şərti reflekslər yaranmağa başlayır. Bu cür şərti reflekslərin yaranması duyğuların inkişafının fizioloji əsasını təşkil edir. Nəticədə duyğuların ayrı-ayrı növlərinin inkişafı üçün əlverişli şərait yaranır.
Yeni doğulmuş uşaqda görmə duyğusu hələ normal fəaliyyət üçün hazır olmur. Gözlərin uzlaşmış hərəkəti birinci ayın sonunda, ikinci ayın əvvəllərində meydana gəlir. İkinci aydan sonra uşaqda görmənin mərkəzləşməsi daha tez-tez müşahidə olunur. Bu zaman uşağın baxışları hərəkət edən cismə doğru yönəlir.
Dostları ilə paylaş: |