1.Konstant cinsi mənlik şüuru-bütün cinsi davranış aktlarında iştirak edir, cinsi davranışa nəzarət funksiyasını yerinə yetirir.
2.Konseptual cinsi mənlik şüuru-əsasən stress şəraitində, şəxsiyyət üçün bu və ya digər şəraitdə mühüm məna kəsb edən, ümumiyyətlə həyati əhəmiyyətə malik olan problemləri həll etmək zərurəti meydana çıxdıqda aktivləşir.
Yeniyetmənin şəxsiyyətində mühüm yer tutan psixi keyfiyyətlərdən biri kimi əxlaqi şüur vasitəsilə uşaqlar etik anlayışlara və təsəvvürlərə yiyələnir, başqalarının rəftar və davranışını əxlaqi etalonlarla müqayisə etməyi bacarırlar. Şərəf, ləyaqət, təvazökarlıq, iftixar, ciddilik, təkidlilik, səmimiyyət və s. kimi mücərrəd etik anlayışları onlar düzgün mənalandıra bilirlər. Məsələn, təkidlilik odur ki, adam öz üzərinə ən çətin işlər götürür, işi axıra çatdırır, çətinlikdən qorxmur, yaxud təvazökarlıq-geyimdə, danışıqda, davranışda və bu kimi məsələlərdə təbii görünməkdir.
Yeniyetmənin öz davranış və rəftar xüsusiyyətlərini, şəxsiyyətin digər əlamətlərini dərk etməsi psixi keyfiyyət olaraq qalmır. Bu sahədə özünüdərketmə şagirdə öz şəxsiyyətindəki, davranışındakı qüsurları aradan qaldırmaq, müsbət keyfiyyətləri inkişaf etdirmək imkanı verir. Ona görə də müəllim və valideynlər yeniyetmələrin özünüqiymətləndirməsinə, özünüdərketməsinə lazımi şərait yaratmalı, onlarda özünütərbiyə tələbatının formalaşmasının qayğısına qalmalıdırlar.
Dostları ilə paylaş: |