Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə162/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   158   159   160   161   162   163   164   165   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

1.“Real mən”

2.”Əxlaqi mən”

3.”İdeal mən

Mənlik şüurunun formalaşması və inkişafı yeniyetmənin psixikasına, təlim fəaliyyətinə, onun ətrafdakılarla qarşılıqlı münasibətinin xarakterinə öz təsirini göstərir. Yeniyetmənin mənlik şüurunun əsasını ətrafdakı adamların onun haqqında formalaşmış təsəvvürləri və qənaətləri təşkil edir. Yaş artdıqca yeniyetmə özünüdərketmə və özünüqiymətləndirmə əsasında öz şəxsi keyfiyyətlərini təhlil edir, özü haqqında təsəvvürlərə malik olur. İnsanın özü haqqında təsəvvürlərinin formalaşması bilavasitə özünüqiymətləndirmə ilə bağlıdır. İnsan özü özündə mühüm olan hər şeyi qiymətləndirir. Bununla yanaşı müəyyən həyati situasiyalarda, xüsusilə ailədə və kollektivdə insan öz üzərinə məsuliyyət götürüb mühüm bir addım atdıqda, özünüqiymətləndirmə xüsusilə mühüm əhəmiyyət kəsb edir. Özünüqiymətləndirmə özünümüşahidə və özünütəhlil yolu ilə formalaşır. Özünüqiymətləndirmə özünüsevmə, özünəhörmət, öz ləyaqətini saxlamaq və s. kimi emosional qiymətlərə əsaslanır. Psixoloji tədqiqatlar özünüqiymətləndirmənin üç səviyyəsini müəyyənləşdirmək imkanı verir.




Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin