Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə205/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   201   202   203   204   205   206   207   208   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

2.Kim və necə öyrədir? Bu sahədə təlimin xarakteri müəllimin şəxsi keyfiyyətindən, pedaqoji və metodiki ustalığından, şagirdlərin psixologiyasını dərindən bilməsindən və s. asılıdır. Müəllim öz şəxsi keyfiyyətləri ilə şagirdlərə nümunə olmalıdır. Müəllim şagirdlərə zəruri məlumatı verməyi, onların fəaliyyətini səfərbər etməyi, şagirdlərin əqli inkişafına təkan verməyi bacarmalıdır. Təlimin müasir metodlarından istifadə edə bilməyən müəllim öz vəzifəsinin öhdəsindən lazımınca gələ bilməyəcəkdir.

3.Kimi öyrədirlər? Bu sahədə təlimin xarakteri şagirdin fərdi xüsusiyyətlərindən, təlimə münasibətindən, meyl və maraqlarından, tələbat və öyrənməyə qabillik imkanlarından çox asılıdır. Bu cəhətlər nəzərə alınmadan təlim fəaliyyətini təşkil etmək və lazımi müvəffəqiyyətə nail olmaq mümkün deyildir.

Təlim fəaliyyətini təşkil etmək üçün təlimin strukturunu bilmək lazımdır. Təlimin psixoloji strukturuna aşağıdakı komponentləri daxil etmək mümkündür: idrak tələbatları, təlim motivləri, təlim məqsədləri və vəzifələri, tədris işləri, nəzarət və qiymətləndirmə.

Ümumiyyətlə, psixoloji tədqiqatlar əsasında əldə edilmiş faktlar belə bir cəhəti əsaslandırmağa imkan verir ki, idrak tələbatlarının ödənilməsi insanın normal şəkildə inkişafı üçün zəruri şərtdir. Eyni cəhət insanın təlim fəaliyyətinə də aiddir. Təlim məhz insanın idrak tələbatından başladıqda onun fəallığını təmin edən əsas amilə, motivə çevrilir.

Təlimin vəzifələri aşağıdakılardır.




Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin