6.İnkişaf prinsipi. Bu prinsip mərkəzi sistemyaradıcı komponentdir. Burada əqli inkişafa daha çox üstünlük verilir.
Mövcud psixoloji ədəbiyyatda qeyd olunan prinsipləri əsas götürməklə məktəbdə psixoloji xidmətin aşağıdakı mərhələlər üzrə həyata keçirilməsini məqsədəuyğun sayırlar.
1.Psixodiaoqnostik metodların köməyi ilə imkan daxilində məktəbin bütün şagirdləri yoxlamadan keçirilir. Bu cür diaqnostikanın aparılmasını direktorun müavinlərindən biri təşkil edir.
2.Məktəbin müəllimləri üçün psixoloji-pedaqoji seminarlar keçirilir. Bu seminarların məqsədi müəllimləri aparılacaq işlərlə, şagirdlərin hansı cəhətlərini öyrənməklə tanış etməkdir.
3.Diaqnostik işlər başa çatdıqdan sonra əldə edilmiş nəticələrin işlənməsi həyata keçirilir. Hər bir şagird haqqında məlumat sinfin xüsusi psixoloji xəritəsində qeyd olunur. Psixoloji xəritələr adətən psixologiya kabinetində saxlanılır.
4.Əldə edilmiş nəticələrin psixoloq və müəllimlər tərəfindən birgə təhlili mərhələsi başlayır. Bütün siniflər üzrə fərdi qrafik tərtib olunur. Sinif rəhbəri psixoloqun köməyi ilə sinifdəki psixoloji iqlimi müəyyənləşdirir və fərdi yanaşmanın taktikasını işləyib hazırlayır.
5.Əldə edilmiş nəticələr əsasında məktəb psixoloqu tərəfindən şagirdlərlə psixokorreksiya işləri aparılır.
6.İşin nəticələri barədə valideyn iclasında ümumiləşmiş məlumat verilir, eləcə də məktəbin pedaqoji şurasında müzakirə olunur.