Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə35/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   31   32   33   34   35   36   37   38   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

8. Duyğular

Plan:

1. Duyğuların ümumi səciyyəsi

2. Duyğuların insan həyatında rolu

3. Duyğuların fizioloji əsasları

4. Duyğunun pozulması halları

5. Duyğuların növləri

6. Duyğuların xüsusiyyətləri

7. Mütləq hədd və mütləq həssaslıq

8. Fərqləndirmə həddi və fərqləndirmə həssaslığı

9. Adaptasiya, sensibilizasiya və sinesteziya

Duyğular-hazırda hiss üzvlərinə bilavasitə təsir edən cisim və hadisələrin ayrı-ayrı xassələrinin beyində inikasıdır. Duyğular idrak proseslərinin bünövrəsini təşkil edir. O, orqanizmlə mühit arasında ilkin əlaqədir. Duyğular varlığın ən sadə, ən bəsit xassələri haqqında bilavasitə məlumat verir. İşığın, səsin, təzyiqin, istinin, soyuğun və s. əks etdirilməsi duyğudur. Duyğular xarici aləm haqqında biliklərimizin mənbəyidir. Əgər insan bütün hiss üzvlərindən məhrum olsaydı, o özünün ətrafında nələr baş verdiyini bilməzdi, onu əhatə edən adamlarla ünsiyyətə girməyə müvəffəq olmazdı, qida tapmağı, təhlükədən yayınmağı bacarmazdı. Duyğular həmişə müəyyən emosional boyaya malik olur. Məsələn, yaşıl rəng insanı sakitləşdirir, qırmızı rəng coşdurur, yaxud, iki eyni həcmli yeşiyin biri ağ, digəri qara rənglənmişsə, ağ qaraya nisbətən adama yüngül gəlir.

Duyğular həm xarici aləmdə, həm də orqanizmin daxilində baş verən proseslər barədə informasiya verir. Bunun sayəsində orqanizmin ətraf aləmə bələdləşməsi mümkün olur. İnsan uzun müddət tam təcrid şəraitində qala bilməz. Belə ki, həmin şəraitdə qalan adamlarda bir gündən sonra şüur pozğunluğu əmələ gəlir. Yəni onda qarabasmalar, qarayaxa ideyalar özünü göstərir. Deməli, insan daima duyğuların verdiyi məlumata istinad edir, onları beynində təhlildən keçirir və beləliklə də onda mürəkkəb idrak fəaliyyəti baş verir.

Bəzi heyvanlar insanlara nisbətən daha güclü duyğulara malikdirlər. Məsələn, qartal insanla müqayisədə daha yaxşı görür, itlərin eşitmə və iybilmə duyğusu daha həssasdır. Qarışqalar ultrabənövşəyi işığı fərqləndirə bildikləri halda insan ümumiyyətlə onu görmür. Yarasalar və delfinlər ultra səsləri eşidir, insan isə eşitmir. Lakin insan gözü və qulağı qartaldan da, itdən də fərqli olaraq daha çox şeyləri fərqləndirə bilir. Çünki insanın duyğularını onun təfəkkürü zənginləşdirir.

İdealistlər duyğuları yalnız şərti işarələr, xarici təsirlərin simvolları hesab edirlər. Bu faktlar ondan ibarətdir ki, eyni qıcıqlandırıcılar müxtəlif hiss üzvlərinə təsir göstərərək müxtəlif duyğular əmələ gətirə bilər. Bu nəzəriyyə tamamilə səhvdir. Duyğular insandan asılı olmadan onun hiss üzvlərinə təsir edən cisim və hadisələrin həqiqi xassələrini əks etdirir. Duyğular obyektiv gerçəkliyin dəqiq əksini verir, daha doğrusu, gerçəkliyi olduğu kimi əks etdirir. Hər bir hiss üzvünün müvafiq qıcıqlandırıcısı vardır. Müəyyən hiss üzvləri üçün adekvat olan qıcıqlandırıcıları onun üçün adekvat olmayan qıcıqlandırıcılardan fərqləndirmək lazım gəlir. Hiss üzvlərinin özləri də ətraf mühitin təsirlərinə uyğunlaşmanın məhsuludur, öz quruluşuna və xassələrinə görə həmin təsirlərə adekvatdır.

Duyğu başqa psixi hadisələr kimi reflektor xarakter daşıyır. Duyğuların fizioloji əsasını qıcıqlandırıcıların müvafiq analizatorlara təsiri nəticəsində yaranan sinir prosesləri təşkil edir. Analizator üç hissədən ibarətdir.


Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin