1.Böyük qruplar
2.Kiçik qruplar
Psixoloji ədəbiyyatda böyük qrupun iki tipini-kontakt və şərti qrupları göstərirlər. Kontakt qruplara xeyli sayda insanların ümumi zaman və məkan daxilində sosial birliyi aid edilir. Belə qruplara əmək müəssisələrinin kollektivlərini, böyük məktəblərin pedaqoji kollektivlərini göstərmək olar. Bu kollektivlərdə çoxsaylı insanlar çalışır və bir-birilə bilavasitə qarşılıqlı əlaqədə olurlar. Şərti qruplarda insanlar müəyyən əlamətlərə görə birləşirlər. Bu, yaş, cinsi xüsusiyyətlər, milli mənsubiyyət, peşə və ya hər hansı başqa bir əlamət ola bilər. Şərti qrupa aid edilən insanlar çox vaxt qarşılıqlı münasibətdə olmurlar. Onlar nəinki bir-birilə görüşməyə, hətta bir-birləri haqqında tam xəbərsiz ola bilərlər. Bununla belə, bu qrupa aid edilən insanların müəyyən qismi az və ya çox dərəcədə qarşılıqlı münasibətdə ola bilərlər.
Dostları ilə paylaş: |