4.Şəxsiyyətin istiqaməti.Buraya şəxsiyyətin dünyagörüşü, əqidəsi, ideyası, baxışları, maraqları və meylləri daxildir. Şəxsiyyətin istiqaməti onun motivləri ilə müəyyən olunur. Motivlərin öyrənilməsi mahiyyət etibarilə şəxsiyyəti fəaliyyətdə öyrənmək deməkdir. Motiv insanı fəaliyyətə təhrik edir və onun fəaliyyətinin istiqamətini müəyyənləşdirir. Şəxsiyyətin istiqaməti onun simasını müəyyən edir.
Şəxsiyyəti tanımaq üçün hər şeydən əvvəl onun öz həyat yolunda nələr etdiyini və nələr etməyə hazırlaşdığını araşdırmaq lazımdır. Şəxsiyyətin istiqaməti onun idraki, emosional və iradi sferasına əsaslı təsir göstərir. Şəxsiyyətin istiqaməti insanın həyat fəaliyyətinin müxtəlif sahələrində özünü göstərir. Şəxsiyyətin istiqamətini səciyyələndirərkən onun əsas keyfiyyətlərinə diqqət yetirmək lazımdır. Şəxsiyyətin istiqamətinin əsas keyfiyyətləri aşağıdakılardır.