Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə30/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   26   27   28   29   30   31   32   33   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

1.İstiqamətin səviyyəsi-şəxsiyyətin əxlaqi simasını üzə çıxarır. Yalnız ictimai mənalı fikirlər şəxsiyyətin istiqamətinin səviyyəsini təmin edir və onu fəaliyyətə təhrik edir.

2.İstiqamətin genişliyi-peşə fəaliyyətinə istiqamətləndirilmiş maraq dairəsinin genişliyi əsas götürülür. Maraq və tələbatları hərtərəfli inkişaf etdirmək zəruridir.

3.İstiqamətin intensivliyi-emosional boyaya malikdir. İntensivlik geniş əhatəlidir və dəqiq olmayan zəif meyldən, dərk edilmiş arzu və təşəbbüsdən başlayaraq tam əminlik kəsb edənə qədər davam edir.

4.İstiqamətin davamlılığı-birinci növbədə iradənin inkişafı ilə bağlıdır. İradi keyfiyyətlərin formalaşdırılması şəxsiyyətin istiqamətinin tərbiyə olunmasına müsbət təsir göstərir.

5.İstiqamətin mütəhərrikliyi-fəaliyyət zamanı məqsədin reallaşdırılmasını, həyata keçirilməsini fəallaşdırır. Şəxsiyyətin istiqamətinin mütəhərrikliyini ən vacib keyfiyyət kimi qiymətləndirmək lazımdır.

Şəxsiyyətin istiqamətinin əsas keyfiyyətləri şəxsiyyətin formalaşması prosesində böyük praktik əhəmiyyətə malikdir. Şəxsiyyətin həyatda qazanmış olduğu keyfiyyətləri onun anadangəlmə xüsusiyyətləri ilə müqayisədə daha qeyri-sabitdir. Bu da ona sosial şərait dəyişdikdə, müxtəlif həyat tərzinə uyğunlaşmaqda kömək edir. Deyilənlərə misal olaraq Respublikamızın müstəqillik qazanmasından sonra iqtisadi, siyasi, ideoloji dəyişikliklərin şəxsiyyətin keyfiyyətlərinə təsirini göstərə bilərik.

Şəxsiyyətin istiqaməti müxtəlif formalarda özünü göstərir.

1.Həvəs və meyl-hər hansı bir əşyaya və ya hərəkətə doğru yönəldilmiş, az ifadəli tələbatın nəticəsi kimi aydın dərk edilməyən cəhddir. Həvəs insanın davranış motivlərinin formalaşması mərhələsidir.

2.Arzu-istiqamətin bir qədər yüksək formasıdır ki, bu zaman insan cəhd etdiyini dərk edir və məqsədini anlayır.

3.Maraq-gerçəkliyi dərk etməyə və müəyyən bilik sahəsinə yiyələnməsində ifadə olunan psixi xüsusiyyətdir. Lakin gerçəkliyi dərk etməyə yönəlmiş maraq az və ya çox ola bilər. Maraqlar insanın idrak tələbatlarının emosional təzahürüdür. Maraqlar məzmununa, məqsədinə, genişliyinə və davamlılığına görə təsnif oluna bilər. Fəaliyyət prosesində maraqların rolu çox böyükdür.

4.Qabiliyyət-insanın müəyyən sahəyə nə dərəcədə yararlı olub-olmadığını göstərən psixi prosesdir. Bilik, bacarıq və vərdişlər qabiliyyətlərin inkişafında əsas şərtdir. Lakin qabiliyyətlər bilavasitə bilik, bacarıq və vərdişlərdə deyil, onların qazanılma dinamikasında özünü göstərir.

5.İdeal-(niyyət, xəyal, ehtiras və digər cəhdlər) maraqların və qabiliyyətlərin əsasında formalaşır. İnsanın necə olmaq, kimə oxşamaq, nəyə nail olmaq arzusu onun idealında ifadə olunur.

6.Dünyagörüşü-təbiət və cəmiyyət hadisələri haqqında baxışlar, anlayışlar, təsəvvürlər sistemidir. İnsanın davranışında təfəkkürün və iradənin birləşməsi nəticəsində dünyagörüşü əqidəyə çevrilir. Şagirdlərin dünyagörüşü və əqidəsi onun mənəvi keyfiyyətlərini formalaşdırır.


Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin