Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə64/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   60   61   62   63   64   65   66   67   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

a)Ümumi məfhumlar-müəyyən cisim və hadisələr qrupunun ümumi əlamətlərini əks etdirir. Məsələn, şagird, müəllim, tələbə, bitki, şəhər və s.

b)Fərdi məfhumlar-ayrı-ayrı cisim və hadisələrin mühüm xüsusiyyətlərini əks etdirir. Məsələn, Bakı, dahi şair Nizami və s.

c)Konkret məfhumlar-gerçək cisimlərin mühüm əlamətlərini əks etdirir. Məsələn, qələm, kitab, maşın və s.

d)Mücərrəd məfhumlar-cisim və hadisələrin keyfiyyət və xassələrini əks etdirir. Məsələn, xoşbəxtlik, yaxşılıq, pislik, aclıq və s.

2.Hökm dil materialları əsasında ifadə olunur. Onun əsas ifadə vasitəsi qrammatik cümlədir. Hökmlər ümumi, xüsusi və fərdi formada olur. Hökmlər iqrariinkari olur. Məsələn, “təxəyyül insana məxsusdur” iqrari, “heyvanlarda şüur olmur” inkari hökmdür. İnsanlar həmişə öz hökmlərinin doğru olub-olmamasını yoxlamağa çalışırlar. Bu cəhətdən hökmlərin 3 növünü xüsusilə qeyd etmək lazımdır. Buraya mümkünlük, gerçəklikzərurət hökmləri daxildir. Mümkünlük hökmü ola biləcəkləri, gerçəklik hökmü olanları, zərurət hökmləri isə hökmən olmalıları əks etdirir. Hökmlərin bütün növlərinə adam birdən-birə yiyələnmir. İnsanın fərdi həyat prosesində hökmlər sadə formalardan mürəkkəbə doğru tədricən inkişaf edir. Hökmün səciyyəvi xüsusiyyəti həyatı düzgün əks etdirməsidir. Deməli, hökm o zaman həqiqi ola bilər ki, onun məzmunu obyektiv gerçəkliyə uyğun gəlsin. Şagirdin irəli sürdüyü hökmlərin əlaqəli, ardıcıl, əsaslı olmasına, elmi cəhətdən düzgünlüyünə diqqət yetirilməlidir.

3.Əqli nəticənin 3 növü vardır: induksiya, deduksiya, təşbeh. İnduksiya ayrı-ayrı faktlardan, hallardan müşahidələr əsasında nəticə çıxarmaqdan ibarət olan əqli nəticədir. Deduksiya məlum olan xüsusi hallardan nəticə çıxarmaqdan ibarət olan əqli nəticədir. Təşbeh zamanı isə hadisələr arasındakı qismən oxşarlıq əsasında nəticə çıxarılır. Təşbeh çox da etibarlı əqli nəticə hesab edilə bilməz. Onun nəticəsi bəzən yanlış olur. Məktəbdə fənləri elə tədris etmək lazımdır ki, şagird hər bir nəticəni, qanunu sadəcə olaraq əzbərləyib yadda saxlamaqla kifayətlənməsin, onları özünün canlı müşahidələrinə əsasən çıxardığı nəticələr kimi mənimsəsin. Bunun üçün müəllimin xüsusi səy göstərməsi vacibdir.

Fikri fəaliyyət prosesində insan bir sıra əməliyyatlardan istifadə edir. Bunlar fikri əməliyyatlar və ya təfəkkür prosesləri adlanır. Təfəkkür prosesləri və ya fikri əməliyyatlar aşağıdakılardır.


Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin