Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə61/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   57   58   59   60   61   62   63   64   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

Hafizə prosesləri. Hafizə mürəkkəb psixi prosesdir. Bu cəhət insanın həyat və fəaliyyətində aydın surətdə nəzərə çarpır. Hafizə proseslərini müqayisə edərkən, onların funksional istiqamətləri bir-birinə zidd görünsə də, həmin prosesləri vəhdətdə nəzərdən keçirmək zəruridir. Hafizə prosesləri aşağıdakılardır.

1.Yaddasaxlama

2.Hifzetmə və unutma

3.Yadasalma

1.Yaddasaxlama-xarici və daxili mühitin təsirinin beyində həkk olunmasıdır. Yaddasaxlama həmişə seçici olur. Yəni hiss üzvlərinə təsir edən cisim və hadisələrin hamısını yadda saxlamırıq. Yaddasaxlama 3 əsas formada cərəyan edir.

a)Əksinialma və ya nəqşləndirmə-emosional sarsıntı yaradan, həyat əhəmiyyətli hadisələrin beyində həkk olunmasıdır. İnsanın taleyində mühüm rol oynayan çox ağır kədər və ya böyük sevinc də uzun müddət insanın beynində həkk oluna bilər. Əksinialma və ya nəqşləndirmə qeyri-adi hadisələrin doğurduğu qüvvətli təəssüratla əlaqədardır.

b)Qeyri-ixtiyari yaddasaxlama-cismin dəfələrlə, təkrarən qavranılması sayəsində baş verir. Bu halda qarşıya xüsusi məqsəd qoyulmur və iradi cəhd göstərilmir. Əlbəttə, qeyr-ixtiyari yaddasaxlama ətraf aləm haqqında məlumat toplamaq üçün əhəmiyyətlidir, lakin onlar sistematik və dərin bilik üçün kifayət deyildir. Çünki qeyri-ixtiyari yaddasaxlama tam dəqiq olmur, bəzən, hətta gerçəklik təhrif olunmuş şəkildə əks etdirilir.

c)İxtiyari yaddasaxlama-bu halda insan qarşısına məqsəd qoyur, materialı yadda saxlamaq üçün iradi səy göstərir, müəyyən üsul və qaydalardan istifadə edir. Bu, şüurlu surətdə tənzim edilən, müəyyən istiqamətə yönəldilən prosesdir. İxtiyari yaddasaxlamanın xüsusi bir növü kimi öyrənmə ayırd edilir. Öyrənmə müntəzəm, planlı və müəyyən üsullardan istifadə etməklə xüsusi təşkil edilən yaddasaxlamadır.

2.Hifzetmə və unutma-dialektik əlaqədə formalaşır. İlk növbədə unutmanın mənfi cəhətləri diqqəti cəlb edir. Halbuki unutmanın faydası da çoxdur və onsuz şəxsiyyətin fərdi təcrübəsini təşkil etmək olmaz. Belə ki, gərəksiz, lazımsız informasiyalar unudulur. Hifzetmə əslində unutma ilə mübarizə sayəsində mümkün olur. Bu mənada unutma çox məqsədəuyğun, təbii və zəruri prosesdir, onsuz beynimiz çox yüklənmiş olardı. Bəzən insan üçün həyati əhəmiyyətə malik olan materiallar da unudulur. Təkrarların düzgün təşkil edilməməsi unutmanın əsas səbəblərindən biridir. Unutmanın qarşısını almaq üçün öyrənilmiş materialı unutduqdan sonra deyil, unutma başlamazdan əvvəl təkrar etmək lazımdır. K.D.Uşinskinin dediyi kimi “hafizənin təbiətini anlayan tərbiyəçi tez-tez təkrara dağılanları təmir etmək üçün deyil, binanı möhkəmləndirmək və onun üzərində yeni mərtəbə ucaltmaq üçün müraciət edəcəkdir”.

3.Yadasalma-keçmiş təcrübədən indiki an üçün zəruri olan informasiyanı canlandırmasıdır. Yadasalmanın xarakterindən asılı olaraq tanıma, xatirə, niyyətsiz və niyyətli yadasalma ayırd edilir. Tanıma yadasalmanın nisbətən aşağı səviyyəsi kimi cismin təkrarən qavranılmasına istinad edir. Bu mənada tanıma yadasalmadan sadə prosesdir. Cisim və ya hadisə təkrar olaraq təsir etdikdə bizə tanış gəlir, onu keçmişdə qavradığımızı başa düşürük, deməli tanıyırıq. Yadasalmanın xüsusi bir forması xatirədir. Xatirə prosesinin mərkəzində şəxsin özü, onun başına gələn və ya şahidi olduğu hadisələr durur. Xatirə zamanı keçmiş obyektləri təkcə yada salmırıq, eyni zamanda onları harada, nə vaxt, hansı şəraitdə qavradığımızı yada salırıq. Niyyətsiz yadasalma müəyyən bir cisim və hadisənin qarşıya xüsusi məqsəd qoymadan sanki öz-özünə yada düşməsidir. Niyyətli yadasalma hər hansı bir cismi, hadisəni, materialı qarşıdakı məqsədlə əlaqədar olaraq xüsusi səy göstərməklə yadasalınmasıdır.

Beləliklə, hafizə proseslərinin inkişafı mühüm əhəmiyyətə malikdir və hər kəs öz hafizəsinin fəaliyyətini düzgün təşkil etməyə səy göstərməlidir. Hafizənin tərbiyə edilməsi şəxsiyyətin ümumi inkişafı ilə qarşılıqlı vəhdətdə həyata keçirilir.

Bəzən hafizədə müəyyən pozuntular (amneziya) özünü göstərir. Həmin pozuntuları iki qrupa bölürlər.




Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin