Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə90/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   86   87   88   89   90   91   92   93   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

1.İstedad

2.Talant

3.Dahilik

Bir neçə qabiliyyətin özünəməxsus birliyinə istedad deyilir. İstedad hər hansı bir fəaliyyət sahəsində yüksək yaradıcılıq nümunəsi yaratmaq, o sahədə yüksək uğurlar qazanmaqdır. İstedad istənilən fəaliyyət sahəsində özünü göstərə bilər. Məsələn, dərin müşahidəçilik, zəngin nitq ehtiyatlarına malik olmaq, öz fikrini səlis və aydın ifadə edə bilmək kimi qabiliyyətlərin birliyi yazıçının istedadını göstərir. Belə xüsusiyyətlərə malik yazıçı istedadlı yazıçı adlanır. İstedadlı insan öz sahəsində yenilik yaradır. Məsələn, qabiliyyətli musiqiçi yaxşı ifa edir, istedadlı musiqiçi isə özünəməxsus, yüksək səviyyədə yenilik yaradır. İstedadın inkişafı insan fəaliyyətinin düzgün təşkil olunması ilə bağlıdır.

Qabiliyyətin ən yüksək inkişaf mərhələsi talant adlanır. Talant müəyyən fəaliyyət sahəsində mürəkkəb məsələləri müvəffəqiyyətlə və orijinallıqla həll etməkdir. Talant gərgin yaradıcı əmək tələb edir. Öz talantı ilə bütün insanlığı heyran etmiş şəxsiyyətlər həmişə əmək, zəhmət qəhrəmanı olmuşlar. Yalnız əmək sayəsində onlar kamil ustad səviyyəsinə yüksəlmiş və dünya şöhrəti qazanmışlar. Talant yüksək ustalıq və uğur əldə etmək üçün imkandır. Əgər talant imkandırsa, məharət həqiqətə çevrilmiş imkandır. Yaradıcı fəaliyyət prosesində ilham mühüm rol oynayır. İlham yaradıcılıqda bir andır və əzəldən talanta mənsub olub. İlham yaradıcılıq prosesində diqqətin hədsiz cəmlənməsini, hafizənin, təxəyyülün və təfəkkürün səfərbər olmasını tələb edir.

Dahilik isə talantın ən yüksək inkişaf dərəcəsidir. Dahilik gələcəyi qabaqcadan görmək, yeni nəzəriyyələr irəli sürməkdə, böyük kəşflərdə meydana çıxır. Dahilik psixoloji cəhətdən tükənməz iradə, dərin ehtiras, hüdudsuz zəka, fövqəladə hafizə, parlaq təxəyyül, dərin, geniş və tənqidi təfəkkür, daim alovlanan əməksevərlik kimi qabiliyyətlərin özünəməxsus birliyindən ibarətdir. Dahilər elm, texnika, ədəbiyyat və ictimai həyatın inkişaf yollarını uzaqgörənliklə müəyyən edirlər. Onların fəaliyyəti nəinki yaşadıqları dövrə böyük təsir göstərir, həm də gələcəyi işıqlandırır, uzun illər, hətta əsrlər boyu yaşayırlar.


Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin