Qabiliyyətin növləri və formaları. Qabiliyyət mürəkkəb struktura malik psixi keyfiyyətlərdən ibarətdir. Qabiliyyətin strukturunu təşkil edən xassə və xüsusiyyətləri arasında onların bəziləri əsas, digərləri isə köməkçi rol oynayır. Məsələn, müəllimlik qabiliyyətinin əsaskeyfiyyətlərinəpedaqoji mərifət, müşahidəçilik, uşaqlara yüksək tələbkarlılıqla bağlı olan məhəbbət, təşkilatçılıq qabiliyyəti və s. aiddir. Köməkçikeyfiyyətlərəisə artistlik məharəti, natiqlik qabiliyyəti və s. aiddir. Aydın məslədir ki, müəllimlik qabiliyyətinin əsas və köməkçi keyfiyyətləri bir-biri ilə vəhdət təşkil edir. Bu da öz növbəsində müəllimin şəxsiyyəti ilə əlaqədar olaraq təlim-tərbiyənin müvəffəqiyyətlə keçməsini təmin edir.
Əgər ayrı-ayrı fəaliyyət sahələri üçün zəruri olan qabiliyyətləri müqayisə etsək, onda hər bir fəaliyyət daxilində iki növ qabiliyyət təşəkkül tapır.