Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə87/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   ...   83   84   85   86   87   88   89   90   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

18. Qabiliyyət

Plan:

1. Qabiliyyətlərin ümumi səciyyəsi

2. Qabiliyyətlərin bilik, bacarıq və vərdişlərlə qarşılıqlı əlaqəsi

3. Qabiliyyət və maraqlar

4. Uşaqların qabiliyyətlərinin inkişafında ailənin rolu

5. Qabiliyyətin növləri və formaları

Qabiliyyət müəyyən fəaliyyətin müvəffəqiyyətlə icrasına zəmin yaradan fərdi-psixoloji xüsusiyyətə deyilir. Şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri çoxdur. Temperament və xarakter də şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləridir. Onların hər birinin fəaliyyət prosesində öz yeri, öz vəzifəsi vardır. Fəaliyyətin müvəffəqiyyətli icrası isə yalnız qabiliyyətlə şərtlənir. Yəni qabiliyyətlər yalnız fəaliyyət prosesində formalaşır. İnsanı fəaliyyət prosesində izləmədən onda müvafiq qabiliyyətin olub olmamasını söyləmək olmaz. Əgər uşaq musiqi ilə məşğul olmayıbsa və ya musiqi təhsili almayıbsa onun musiqi qabiliyyətinin olub olmadığını bilmək mümkün deyil. İnsan yalnız anadangəlmə hansısa qabiliyyətlərlə doğulmur. Qabiliyyət düzgün təşkil olunmuş fəaliyyət prosesində inkişaf edir. Müxtəlif araşdırmaların təhlili göstərir ki, qabiliyyətlər müvafiq konkret fəaliyyətdən kənarda təşəkkül edə bilməz. Qabiliyyətlərin müvafiq təbii imkanlar əsasında təşəkkülü və inkişafı fəaliyyətin motivlərindən, məzmunundan, xüsusiyyətlərindən və inkişaf səviyyəsindən asılıdır.

Qabiliyyətlər bilik, bacarıq və vərdişlərlə qarşılıqlı əlaqədardır. Lakin onları eyniləşdirmək olmaz. Bu cəhəti düzgün başa düşmək üçün iki məsələni ayrıca qeyd etmək lazımdır.

1.Bilik, bacarıq və vərdişlər qabiliyyətlərin inkişafı üçün zəruri şərtlərdən biridir. Uşaq müvafiq fəaliyyət sahəsi üçün zəruri olan bilik və bacarıqlara yiyələnməyibsə, onun qabiliyyətləri yaxşı inkişaf edə bilməz. Uşaqların qabiliyyətlərini inkişaf etdirmək üçün onların müvafiq bilik, bacarıq və vərdişlərə yiyələnməsinə ardıcıl surətdə fikir verilməlidir.

2.Qabiliyyət bilavasitə bilik, bacarıq və vərdişlərdə deyil, onların qazanılma dinamikasında, yəni bilik, bacarıq və vərdişlərə yiyələnmə prosesinin nə qədər tez, dərin, asan və möhkəm icra olunmasında təzahür edir.

Qabiliyyət sözü geniş əhatəyə malikdir. Bir şəxsə qabiliyyətlidir dedikdə, onun öz yerini bilməsi, böyüklərə hörməti, kiçiklərə əl tutması başa düşülür. Hər cür fərdi psixi xassə qabiliyyət ola bilməz. Məsələn, əgər biri hər sözündə, hər cümləsində söyüş işlədirsə, digəri yersiz danışığı ilə başqalarından fərqlənirsə, biz bütün bunlara qabiliyyətsizliyin xüsusiyyəti kimi baxırıq.

Qabiliyyətləri inkişaf etdirən mühüm amillərdən biri insanın davamlı xüsusi maraqlarıdır. Marağın əmələ gəlməsi həmin fəaliyyətə olan qabiliyyətlərin oyanması ilə sıx surətdə bağlıdır. Müəllim şagirdlərin maraq sahəsinə elə münasibət göstərməlidir ki, onların idrak tələbatı genişlənsin və dərinləşsin. Əgər, hətta şagird məktəbi bitirərək hər hansı bir peşəyə davamlı maraq göstərməsə belə, bu, onun öz marağını yanlış müəyyən etməsindən daha yaxşıdır.

Ailələrdə istedadlı uşağın olması ailə kollektivi qarşısında duran tərbiyə məsələlərini heç də yüngülləşdirmir, əksinə, bəzən hətta daha da mürəkkəbləşdirir. Məhz ona görə də uşağın qabiliyyətlərinin inkişafı üçün müvafiq şərait yaratmaqla yanaşı, onda kollektivçilik tələbatının formalaşmasına da xüsusi fikir vermək lazımdır.

Görkəmli adamların bir çoxunu kiçik yaşlarında valideynlər və müəllimlər adi uşaqlar hesab etmiş, hətta onların bir çoxunu “tənbəl”, “qabiliyyətsiz” adlandırmışlar. Bu nöqsanlar ondan irəli gəlir ki, müəllimlər çox vaxt uşaqların qabiliyyətləri haqqında təkcə təlim müvəffəqiyyətinə görə mühakimə yürüdürlər. Halbuki qabiliyyətlərin müxtəlif inkişaf variantları vardır. Müəllimin çox ciddi psixoloji səhvlərindən biri hərtərəfli yoxlama aparmadan uşağın qabiliyyətli və ya qabiliyyətsiz olması haqqında fikir söyləməsidir. Müəllim bu cür nəticə çıxarırsa, elmi cəhətdən kobud, praktik cəhətdən isə zərərli addım atmış olur. Məsələn, Albert Eynşteyn orta məktəbdə qətiyyən gözə çarpmayan, orta səviyyəli şagird hesab olunurdu və heç bir şey onun gələcək dahiliyindən xəbər vermirdi.

Qabiliyyətlər insanda müxtəlif yaşlarda inkişaf edə bilər. Lakin qabiliyyətin inkişafı qayğısına erkən yaşlardan qalmaq lazımdır. Bu, uşağın təbii imkanlarının daha yaxşı inkişaf etməsinə müsbət təsir göstərir. Uşaqlarda qabiliyyətlərin inkişaf etdirilməsi üçün istifadə olunan yol və vasitələr çoxdur. Əsas məsələ müəyyən yaş dövründə şagirdlərin psixoloji xüsusiyyətlərini ciddi nəzərə alıb, həmin yol və vasitələrin düzgün təşkili və yüksək nəticə verməsinə nail olmaqdır. Təlim-tərbiyə işi düzgün qurulduqda, insan öz qarşısına qoyduğu məqsəd uğrunda ciddi çalışanda, həmin qabiliyyətin inkişafına nail olmaq mümkündür.




Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin