7.Fəaliyyət məhsullarının öyrənilməsi metodu birbaşa uşağın psixi fəaliyyətinə deyil, onun nəticələrinə yönəlmiş olur. Uşaq fəaliyyətinin məhsulları olan uşaq rəsmləri, onların hazırladıqları oyuncaqlar, fiqurlar tədqiqatçı üçün məlumat mənbəyidir. Bu metod vasitəsilə əldə edilən psixi faktlar o halda etibarlı hesab edilə bilər ki, onların hazırlanması zamanı uşağın fəaliyyəti müşahidə edilsin.
8.Riyazi-statistik təhlil metodu psixoloji tədqiqatların sonunda müxtəlif tədqiqatlar vasitəsilə əldə edilmiş faktların kəmiyyət və keyfiyyət baxımından təhlili zamanı istifadə olunur. Əldə edilmiş nəticələr müxtəlif cədvəllərdə, qrafik və diaqramlarda, faiz göstəricilərində rəqəmlərlə əks olunur.