Landşaft proqramının hazırlanması. Bu proqram ölkələrin sosial-iqtisadi inkişafından irəli gəlir və dövlətin mühüm inkişaf xəttinin tələblərinə uyğun olaraq iqtisadi-sosial obyektlərin tikilməsi, köçürülməsi və s. məqsədlər üçün landşaft tədqiqatları aparılır.
Landşaft planının hazırlanması.Bu tədqiqat nəticəsində müəyyən bir regionun yaşayış məntəqəsinin və yaxud kiçik ərazinin təbii və antropogen landşaftların ümumi fonunda landşaft tədqiqatları aparılır. Bu zaman sahibkarlarla, təsərrüfatı idarə edən, planlaşdıran məsul şəxslərlə razılşdıqdan sonra landşaft proqramına müvafiq xüsusi materiallar toplanılır, təbii landşaftların xüsusiyyətləri, gələcək təsərrüfat sahələri təhlil edilir. Bu təchizatı, infrastrukturlar, yaşıllaşdırma işləri və yerli sakinlərlərazılaşdırılır. Landşaftın inkişaf və proqnozunu əks etdirən materiallar tədqiqata qatılır.