4) Meliorativ landşaftşünaslıq-təbii ərazi komplekslərinin meliorasiyasını yəni kompleks yaxşılaşdırılmasını, məhsuldarlığın artırılmasını öyrənir. Bu bölmə suvarmanın, qurutmanın, su təchizatının, torpaqların şor duzlardan yuyulmasının, fito və kimyəvi meliorasiyalar vasitəsilə landşaftın əsaslı yaxşılaşdırılmasını da tədqiq edir.
5) Mühəndis landşaftşünaslığı-müəyyən tikintilərin, mühəndisi işlərin (yol, kanal, kollektor, körpü, su qovşağı, su anbarı, kəmər və s.) şəhər salma, yaşıllaşdırma, mülki və hərbi obyektlərin tikintisi və s. tədbirlərin yerinə yetirilməsi ilə bağlı xüsusi landşaft tədqiqatlarını əhatə edir. Göstərilən obyektlərin tikiləcəyi məkanda və onun nüfuz edəcəyi, təsir göstərəcəyi ətraf sahələrdə landşaft vahidləri əsaslı şəkildə öyrənilir. Həmin landşaftlarla tikiləcək müəssisələrin uzlaşdırılması (harmoniyası) dəqiq müəyyən edilir. Bu elm sahəsi landşaftların tətbiqi sahəsinə aiddir.