Landşaftşünaslıq- coğrafi təbəqədə təbii ərazi komplekslərinin differensasiya qanunauyğunluqlarını öyrənir.
Kursun əsas məqsədinə aşağıdakı məsələlər də aiddir.
1) Təbii landşaftların formalaşmasını, inkişafını, dinamikasını, müəyyən məkan daxilində ərazi differensasiyasını (həm üfüqi, həm də şaquli şəkildə landşaftların paylanması) tədqiq edir.
2) Landşaftşünaslıq təbii komplekslərin funksional xüsusiyyətlərini, onların daxilində baş verən maddə və enerji mübadiləsini, landşaftı təşkil edən komponent və ünsürlərin qarşılıqlı əlaqəsini öyrənir.
3) Bu elm konkret regionlarda landşaft vahidlərinin insanların təsiri ilə dəyişilməsini, landşaft vahidlərinin antropogenləşməsini, müxtəlif funksiyalı təbii antropogen landşaftın tənzimlənməsini, idarə edilməsini öyrənir.
4) Landşaftın tarixi təkamülünü, konkret ərazi vahidlərinin inkişafını, dinamikasını və gələcək inkişaf tendensiyalarını (təmayüllərini), landşaft daxilində baş verən neqativ dəyişmələrin istiqamətini, landşaft proqnozlarının hazırlanmasını (səhralaşma, qlobal istiləşmə, çirklənmə, bozqırlaşma, bataqlaşma və s) öyrənir.
5) Müasir landşaftların təbii potensialını müəyyən etməklə antropogen yüklərin optimallaşdırılmasını (normallaşmasını), ekoloji-dayanıqlı və tarazlı inkişafa malik landşaftların yaradılması, landşaftın təbii potensialından səmərəli istifadə edilməsi məsələlərini tədqiq edir.
Dostları ilə paylaş: |