Ümumi Regional landşaftşünaslıq


Torpaqların şoranlaşması, landşaftların deqradasiyası



Yüklə 125,42 Kb.
səhifə45/56
tarix02.01.2022
ölçüsü125,42 Kb.
#38861
1   ...   41   42   43   44   45   46   47   48   ...   56
Dünya landş

Torpaqların şoranlaşması, landşaftların deqradasiyası.

Dünya torpaq fondunun ümumi sahəsi 149 mln. km2 və ya 14,9 mlrd.hektardır.

Antarktida və Qrenlandiya sahələrini nəzərə almasaq bu 135 mln, kv. km və ya 13,5 mlrd. hektara çatır.

Ayrı-ayrı regionlar içərisində torpaq fondunun böyüklüyünə görə fərqlənən ərazilər Afrika, MDB, Xarici Asiya, Şimali və Cənubi Amerikadır.

Dünya torpaq fondunun 11%-i becərilir.

Yaşayış məntəqələri, sənaye və nəqliyyatın altında olan torpaqlar həm dünya üzrə və həm də regionlar üzrə 1-2% arasında tərəddüd edir.

Şoranlaşma və bataqlaşma səbəbindən isə hər il 1,5 mln. ha torpaqlar yararsız vəziyyətə düşür.

Tərkibində duzların miqdarı mədəni bitkilərin inkişafı və böyüməsi üçün zərərli təsir göstərəcək həddədirsə, belə torpaqlar şoran torpaqlar adlanır. ŞORANLAR – üst qatında 1%-dən artıq suda həll ola bilən duzlar olan azonal torpaq tipi. Avtomorf və hidromorf şəraitdə əmələ gəlir. Aftomorf Ş.-da duzların mənbəyi duzlu süxurlar, hidromorf Ş.-da isə, əsasən, kapillyarlarla üst qata qalxıb buxarlanan minerallaşmış qrunt sularıdır.

Şorlaşmış torpaqları ilk dəfə 1882-ci ildə A.Middendrof, sonra V.Dokuçayev öyrənmişlər. Q.N.Vısotski birinci olaraq, torpaq profilində duzların toplanmasına görə şorlaşmış torpaqların bölgüsünü verməyə çalışmışdır (1900).

Dünyada şoran torpaqların sahəsi təxminən 950 milyon hektar, Avropada 50,8 milyon hektardır. Ayrı-ayrı ölkələrdə və qitələrdə paylanmasının təbiəti vahid deyil. Beləliklə, Afrika, Cənubi Amerika, Asiya, Avstraliyada şoran və solonçaq torpaqları geniş yayılmışdır, Avrasiya və Şimali Amerikada isə solonetz və solonetzik torpaqlar üstünlük təşkil edir. Bu, iqlimin özəlliyindən irəli gəlir.

FAO-nun məlumatına görə dünyada suvarılan torpaqların 50%-n çoxu müxtəlif dərəcədə şorlaşmaya məruz qalmışdır.

V.R.Volobuyevin məlumatlarına görə (1959) Azərbaycanda suvarma əkinçiliyi geniş inkişaf edən Kür-Araz ovalığı torpaqlarının 60 %-ə qədəri bu və ya digər dərəcədə şorlaşmış torpaqlardan ibarət olmuşdur. Suvarılan əkin sahələrinin 42.6 %-i m-f dər-də şor-r.

Bundan başqa, Kür-Araz çaylarından, suvarma kanallarından olan sızma suları, suvarma və dəniz suları (dəniz sahili boyunca), yeraltı minerallı basqılı sular və s. torpaq və qruntların şorlaşmasına səbəb olur.

Şorlaşmış torpaqlardakı duzların tərkibi nəzərə alınmaqla onlar əsas aşağıdakı növlərə bölünür: 1) xloridli; 2) sulfatlı; 3) karbonatlı şorlaşma. Bunlarlıa yanaşı çox vaxt torpaq və qrunt qarışıq duzlarla şorlaşa bilər: sulfatlı-xloridli, xloridli-sulfatlı, sulfatlı-karbonatlı və s.

Torpaq məhlulunda müxtəlif duz birləşmələrinin qatılığının artması bitkinin normal inkişafını ləngidir və çox zaman gövdəsinə və yarpaqlarına daxil olan duz məhlulları onun inkişafı ilə əlaqədar fotosintez prosesinin xeyli azalmasına səbəb olur. Bu isə öz növbəsində bitkinin inkişafını zəiflədir və nəticədə onun məhsuldarlığı xeyli aşağı düşür.


Yüklə 125,42 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin