Unec sabah


Sxem 1.1. Bank risklərinə olan müxtəlif yanaşmalar



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix02.01.2022
ölçüsü0,82 Mb.
#39769
1   ...   4   5   6   7   8   9   10   11   ...   25
dis. Bank risklərinin idarə edilməsinin təkmilləşdirilməsi

Sxem 1.1. Bank risklərinə olan müxtəlif yanaşmalar. 

 

 



Mənbə:  Richard  Apostolik.  “Foundation  of  banking  risk”,  2016 

kitabının məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir. 

 

 

Risk qeyri-müəyyənlikdir 



Risk simmetrikdir 

Risklərin idarə olunmasının dəyəri 

mövcuddur 



 

10 


 

Sxem  1.1-dən  də  göründüyü  kimi,  bank  riskləri  ilə  əlaqədar 

müxtəlif yanaşmalar mövcuddur. Belə ki, əsas yanaşmalardan biri riskin 

qeyri-müəyyən  xarakterə  malik  olması  iləı  əlaqədardır.  Belə  ki.  risklər 

həqiqətən  məlum  xarakterli  deyil.  Bir  çox  hallarda  bank  risklərini 

müəyyən  etmək  olur.  Bu  isə  heç  də  həmişə  o  demək  deyildir  ki, 

müəyyən edilmiş həmin risklər mütəmadi olaraq bütün dövrlərdə də eyni 

xarakter daşıyır. Çünki bazar münasibətləri şəraitində bank sektoru bir-

biri ilə qarşılıqlı əlaqədədir. İqtisadiyyatda məşhur olan “domino effekti” 

anlayışı burada öz sözünü deyir. Hər hansısa bir bankın öz fəaliyyətində 

uğursuzluğa  düçür  olması  son  nəticədə  digər  banklara  da  zəncirvari 

qaydada  öz  təsirini  etmiş  olacaqdır.  Ona  görə  də  risklərin  müəyyən 

edilməsi həmişə böyük əhəmiyyət kəsb etməklə yanaşı, eyni zamanda da 

qeyri-müəyyən xarakterə malikdir. 

Bank  risklərinə  olan  digər  bir  müddəa  isə  onunla  əlaqədardır  ki, 

bank  riskləri  simmetrikdir.  Belə  ki,  bu  risklərin  iki  tərəfi-müsbət  və 

mənfi  tərəfləri  mövcuddur.  Bank  risklərinin  idarə  olunması  sahəsində 

narahatlıqların və yaxud da çalışmazlıqların həmişə mövcud olması bank 

risklərinin  simmetrikliyinin  mənfi  tərəfi  kimi  öz  mövcudluğunu  ortaya 

çıxartmış olur.  

Sxem  1.1-də  qeyd  edildiyi  kimi,  bank  risklərinin  idarə 

olunmasının  xüsusi  bir  dəyəri,  qiyməti  vardır.  Belə  ki,  hər  bir 

kommersiya  bankının  normal  fəaliyyət  göstərməsində  risklərin  idarə 

olunması  xüsusilə  önəm  daşımaqla  eyni  zamanda  da  bankın 

fəaliyyətində  dəyər  yaradır.  Başqa  sözlə  desək,  risklərin  düzgün 

planlaşdırılması  və  idarə  olunması  müəssisənin,  xüsusən  də  bankın 

gələcək  dövrlərdəki  fəaliyyətində  ona  iqtisadi  fayda-səmərə  gətirə 

biləcək.  bu  baxımdan  da  bank  risklərinin  idarə  edilməsi  xüsusi  dəyərə 

malik olan vasitələrdən biridir. 



 

11 


 

Bank  risklərinin  əsasında  kredit  siyasətinin  düzgün  təhlil 

olunması,  eyni  zamanda  da  devalvasiya  siyasətlərinin  mahiyyəti  öz 

əksini tapır. Kredit latın sözü olan “gredetem-gredere” sözlərindən əmələ 

gəlib,  etimadetmə  və  ya  inanma  mənasına  gəlir.  Kredit  ilə  mübadilənin 

aparılması  iqtisadi  inkişafın  ən  son  mərhələsini  təşkil  edir.  Belə  ki, 

insanlar  pul-kredit  münasibətləri  yaranmadığı  dövrlərdə  malı  mal  ilə 

əvəz etmişlər. Daha sonralar isə pul və kredit anlayışları formalaşmağa 

başlamışdır.  Kredit  qarşılığı  gələcəkdə  ödəniləcək  və  etimad  üzərində 

qurulmuş  bir  tədiyyə  forması  olaraq  yaranmağa,  formalaşmağa 

başlanılmışdır.  Kredit  münasibətlərində  yalnız  kredit  alanın  ödəmə 

arzusu  yetərli  deyil,  hətta  kreditin  məbləği  qədər,  hətta  ondan  daha 

yüksək  dəyərdə  qarşılığı  və  təminatı  olmalıdır.  Kredit  etimada  və  ya 

həmçinin  təminata  söykənən  bir  əməliyyatdır.  Kreditdə  qənaət  edilə 

bilən  pulların  bazara  axmasına  və  ya  malların  ən  faydalı  şəkildə 

istifadəsinə  yardımçı  olur.  Kredit  əldə  olan  pul  ilə  gələcəkdə  ələ  keçə 

biləcək pulun mübadiləsidir. 

Kredit münasibətlərinin iki tərəfi vardır: (Kaşimova. 2012:57) 

  Kreditverən (kreditor) 



  Kreditalan (debitor) 

Kredit münasibətlərinin tərəfləri olan kreditverən ödəmə vədi alıb 

pul  verməkdə  olan,  kreditalan  isə  ödəmə  vədi  verib  pul  almaqda  olan 

şəxslərdir. Pul sonsuz sayda likvid olduğu ümüb pul ilə istənilən qədər 

mal  və  həmçinin  bununla  yanaşı    xidmət  satın  alına  bildiyinə  görə, 

kredit,  kreditverənlərin  bu  gün  mal  və  xidmət  satın  almadan  əl  çəkərək 

gələcək zamanda mal və həmçini  xidmət satın almasını, kreditalanın isə 

gələcək zaman içərisin də mal və xidmət satınalmadan əl çəkərək bu gün 

mal və xidmət satınalmasınıda mümkün edir. 




 

12 


 

Kredit  münasibətləri    baş  verən  zaman  tərəflər  müəyyən  edilmiş 

prinsiplərə  əməl  etməlidirlər.  Bu  prinsiplərə  aşağıdakılar  aiddir: 

(Kaşimova. 2012:81) 

 

Qaytarılmaq 



 

Müddətlilik 



 

Ödənclik 



  Təminat 

Kreditin qaytarılmalı  olması kredit  münasibətlərinin  tərəfləri olan 

kreditor  və  debitorda  ciddi  maddi  məsuliyyət  aşılayır.  Debitorun 

götürmüş  olduğu  kredit  vəsaiti  müəyyən  müddət  sonra  kreditorun 

hesabına  qaytarılmalıdır.  Bu  o  deməkdir  ki,  kredit  müəyyən  olunmuş 

müddətlərdə  qaytarılmalıdır.  Bu  prinsipə  görə  borc  vəsaiti  borcalanın, 

yəni  debitorun  dövriyyəsində  müəyyən  müddət  iştirak  etdikdən  sonra 

kreditora geri qaytarılmalıdır. 

Müddətlilik prinsipi dedikdə, borcun əvvəlcədən müəyyən edilmiş 

müddətlərdə qaytarılması və alınmış borcdan səmərəli istifadə olunması 

prinsipi başa düşülür. Kreditin ödənilməsi müddətləri tərəflər arasındada 

bağlanmış  müqavilə  ilə  qüvvəyə  minir.  Müddətlilik  prinsipinə  əməl 

etməyənlər borcalanlara iqtisadi sanksiyalar, yəni yüksək faiz dərəcələri 

tətbiq  edilir  və  gələcək  kredit  münasibətində  borcalanın  intizamsızlığı 

nəzərə alınır. 

Ödənclik prinsipi sırf kreditin xarakterindən irəli gələn prinsipdir. 

Ödənc kreditorun verdiyi kreditin müqabilində debitordan aldığı faizdir. 

Kreditin  ödəncli  olması      debitorda  kreditdən  səmərəli  istifadə  etmək 

məsuliyyətini  aşılayır.  Belə  ki,  bu  prinsipə  əsasən  debitor  götürmüş 

olduğu  kreditdən  maksimum  səmərəli  istifadə  etməyə  çalışır  ki,  krediti 

müəyyən  olunmuş  müddətdə  geri  qaytarmaqla  yanaşı,  kredit  faizini  də 

ödəmiş olsun. Ödənclik prinsipinin iqtisadi mahiyyəti ondan ibarətdir ki, 

debitorun qazanmış olduğu gəlir kreditorla bölüşdürülür. 




 

13 


 

Kreditin  təminatlı  olması  dedikdə,  debitorun  kreditor  qarşısında 

etimadını yüksəldəcək vəsait başa düşülür. Bu vəsait əsasında borcverən 

borcalana  kredit  verir.  Təminat  isə  yalnız  borc  tam  qaytarılmadıqda  və 

ya  müəyyən  edilmiş müddət bitdikdən sonra qaytarılmazsa,  əvvəlcədən 

müəyyən edilmiş müqavilə əsasında debitordan kreditorun mülkiyyətinə 

keçmiş olur.  

Müasir bazar konyukturası şəraitində kredit borc kapitalının. Yəni 

borca verilmiş pul kapitalının hərəkət formasıdır. O, kreditverən və borc 

götürənlər  arasında  münasibətləri  əhatə  edir  və  bu  zaman  azad  pul 

kapitalının borc kapitalına çevrilməsini təmin edir.  

Pulun  mahiyyətinin  onun  funksiyalarında  təzahür  etdiyi  kimi, 

kreditin də mahiyyəti onun funksiyaları ilə izah olunur. Mürəkkəb bazar 

konyukturası şəraitində kreditin aşağıdakı funksiyaları vardır: 

 

Bölüşdürücü 



  Emissiya 

  Nəzarət 



Bölüşdürücü  funksiya  dedikdə,  pul  vəsaitlərinin  qaytarılmaq 

şərtilə bölüşdürülməsi başa düşülür. Burada bölüşdürücü funksiya  idarə, 

müəssisə  və    həmçinin  təşkilatlara  qaytarılma,  ödənilmə  şərti  ilə  pul 

vəsaitlərinin təqdim olunması prosesində reallaşır. 

Emissiya  funksiyası  isə  nağd  pulların  tədavülü  və  əvəz  edilməsi 

nəticəsində  kredit  vəsaitlərinin  yaradılmasıdır.  Emissiya  funksiyası 

kreditləşmə prosesində ödəmə vasitələrinin yaradılması, yeni dövriyyədə 

nağd  pullarla  yanaşı  nağdsız  formada  pulların  buraxılmasında  özünü 

göstərir. 

Kreditin  nəzarət  funksiyası  adından  göründüyü  kimi  iqtisadi 

subyektlərin  fəaliyyətinin  səmərəliliyinə  və  rentabelliliyinə  nəzarəti 

həyata  keçirən  ən  əsas  funksiyadır  və  kredit  almış  subyektin  təsərrüfat 

fəaliyyətinə hərtərəfli nəzarətdə özünü göstərir. 



 

14 


 

Kredit  yixarıdakı  funksiyaları  həyata  keçirtmək  üçün  öz 

vəzifələrini  düzgün  icra  etməlidir.  Kreditin  həmin  vəzifələri 

aşağıdakılardır: 

 

Pul kapitalının toplanması və həmçinin səfərbər edilməsi



 

Pul kapitalının təkrar bölgüsü; 



 

Nağd pulların kredit pulları ilə də əvəzlənməsi; 



 

Kredit kapitalının təmərküzləşməsi və mərkəzləşməsi; 



 

Bazar 



iqtisadiyyatında 

iqtisadiyyatın 

tənzimlənməsi 

mexanizmi 

Kreditin  pul  kapitalının  toplanması  və  səfərbər  edilməsi  vəzifəsi 

dedikdə,  pul  kütləsinin  ayrı-ayrı  şəxslərin  əlində  cəmləşərək 

iqtisadiyyatın  müxtəlif  sahələrinin  inkişafı  üçün  ayrı-ayrı  fiziki  və 

hüquqi  şəxslərə  verilməsidir.  Kreditin  bu  funksiyası  tarixən  ictimai 

istehsal çərçivələrini xeyli genişləndirməyə imkan verir.  

Kreditin  pul  kapitalının  təkrar  bölgüsü  vəzifəsi  dedikdə  isə, 

əhalinin  sərbəst  pullarının,  müəssisənin  mənfəətlərinin  və  dövlətin 

gəlirlərinin  borc  kapitalına  çevrilməsi  və  kredit  mexanizmi  vasitəsilə 

ödənişlilik  və  qaytarılmaq  şərtilə  istehsalın  ən  gəlirli  sahələrinə  və 

iqtisadiyyatın  ən  prioritet  sahələrinə  təkrar  bölünməsi  funksiyası  başa 

düşülməlidir. 

Nağd  pulların  kredit  pullarlar  əvəzlənməsi  vəzifəsinin  mahiyyəti 

ondadır  ki,  kredit  tədavüldə  nağd  pulların  kredit  pulları  -  veksellər, 

çeklər  və  banknotlarla  əvəzlənməsi  hesabına  tədavül  məsrəflərinin 

azalmasına səbəb olur.  

Kredit  inkişafı  prosesində  banklar  və  məskunlaşma  mərkəzləri 

vasitəsilə  nağdsız  dövriyyədə  sürətlə  artım  müşahidə  olunur,  müxtəlif 

bank  hesabları  və  qənaət  növləri  mövcuddur  (kredit  kartları,  depozit 

sertifikatları və müxtəlif növ hesablar), pul dövriyyəsi prosesi sürətlənir. 



 

15 


 

Yuxarıda qeyd olunanlar kreditin əsas xarakterik xüsusiyyətlərinin 

təhlilinə  yönəlmişdir.  Bu  təhlilin  nəticəsi  olaraq  bankların  qarşısında 

durduğu  ən  əsas  problemlərdən  biri  də  məhz  bank  risklərinin  düzgün 

təhlili  və  onların  analiz  olunmasıdır.  Çünki  müasir  maliyyə  sistemində 

devalvasiya  kimi  proseslərin  baş  verməsi  kreditlərin  gecikdirilməsinə 

şərait  yaradan  əsas  amillərdən  birinə  çevrilir.  Eyni  zamanda  da  xarici 

valyuta  ilə  verilmiş  kreditlərin  ödənişinin  təmin  olunmasında  çox  ciddi 

problemlər  yaranır.  Belə  bir  hal  ilə  Respublikamız  son  devalvasiya 

siyasətinin  nəticəsində  qarşılaşmış,  devalvasiyanın  yüksək  həcmi 

kreditlərin  ödənilməsini  çətinləşdirmiş,  eyni  zamanda  da  əhalinin 

borclanma əmsalını kifayət qədər artırmışdır. Məhz bu səbəbdən də bank 

risklərinin  düzgün  təhlil  olunması  xüsusi  əhəmiyyət  kəsb  edən  əsas 

amillərdən birinə çevrilmişdir. 

 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin