METODOLOJİ ƏSASLARI.
1.1. Bank riskləri anlayışı və onların təsnifatı
Müasir maliyyə-kredit sisteminin əsasında dayanan əsas
anlayışlardan biri də bank riskləridir. Bank risklərinin mövcud olması
hər bir bankın fəaliyyətində mühim əhəmiyyət kəsb edən məsələlərdən
biridir. Bank riskinin yüksək səviyyədə olması bankların gələcək
dövrlərdə fəaliyyətinə əhəmiyyətli dərəcədə öz təsirini göstərir. Bu
baxımdan da hər bir kommersiya bankı öz fəaliyyətində bank risklərini
analiz etməli, həmin risklərin indiki və gələcək dövrlərdəki nəticələrini
analiz etməlidirlər. Elə isə bank riski nədir?
Bank riski ilə əlaqədar müxtəlif yanaşmalar mövcuddur. Həmin
yanaşmalardan bəzilərini diqqətinizə çatdırırq və bunun üçün aşağıdakı
sxemdən istifadə edirik:
Dostları ilə paylaş: |