1.2. Bank risklərinin idarə olunmasının mahiyyəti.
Bank kreditlərinin idarə edilməsinə sahəsində müxtəlif səpkili
iqtisadi ədəbiyyatlar, monoqrafiyalar, konfrans məqalələrində və digər
bu tipli yazılarda rast gəlinmişdir. Bu sahənin kifayət qədər
araşdırılmasına baxmayaraq, hələ də bank kreditlərinin idarə olunması
sahəsində müxtəlif problemlər qalmaqdadır. Həmin problemləri
aşağıdakı sxem vasitəsilə verə bilərik:
16
Sxem 1.2. Bank risklərinin idarə olunması sahəsində mövcud
problemlər.
Mənbə: Aydın Əliyev. “Bank riskləri və onun idarə edilməsi”. Bakı-
2011 məlumatları əsasında müəllif tərəfindən tərtib olunmuşdur.
Sxem 1.2-dən də göründüyü kimi, bankda olan risklərinin idarə
olunması sahəsində müxtəlif probleümlər hələ də müzakirəyə açıq olaraq
qalmaqdadır. Belə ki, bank risklərinin mahiyyətinin düzgün müəyyən
edilməməsi, bank risklərinin mövcud təsnifatlarına vahid yanaşmanın
olmaması, faiz dərəcələri və eləcə də likvidlik dərəcələrini nəzərə alıb
deyə bilərik ki. bu sahələrdə hələ də mübahisəyə səbəb olan müxtəlif
tipli yanaşmalar mövcuddur. Hər şeydən öncə, xüsusi vurğulamalıyıq ki,
bank kreditləri sahəsində risklərin idarə olunmasının mahiyyətiunin
düzgün müəyyən olunmaması son nəticədə müxtəlif problemlərin
yaranmasına səbəb olur. Digər tərəfdən də yaranmış əsas problemlərdən
biri də banklarda risklərin mövcud olan təsnifatlarına vahid yanaşmanın
mümkün olmamasıdır. Belə ki. iqtisadçı və nəzəriyyəçilər arasında bu
baxımdan müxtəlif fikir ayrılıqlarına rast gəlinməkdədir. Bankda olan
Bank risklərinin mahiyyətinin şərhi
bank kreditlərinin mövcud
təsnifatlarına vahid yanaşmanın
olmaması
Kredit və faiz dərəcəsi, eləcə də
likvidlik riskinin mahiyyəti
17
risklərinin idarə olunması sahəsində ortaya çıxan ən böyük və
mübahisəyə səbəb olacaq amil isə faiz dərəcələri ilə əlaqədardır. Belə ki,
kredit fazinin əsas məqsədi mənfəətin əldə olunmasına yönəldilməsidir.
lakin bir çox hallarda bu əks nəticə verir. Belə ki. kredit faiz
dərəcələrinin kifayət qədər yüksək olması nəticəsində kredit
istehlakçıları götürdükləri krediti ödəyə bilmir və bunun nəticəsində də
borclanma prosesi daha da sürətlənmiş olur.
Odur ki, bank kreditlərinin idarə olunmasının mahiyyətini xüsusilə
nəzərə almaq lazımdır.
Risklərin idarə olunması dedikdə. elə risk forması başa düşülür ki.
həmin risk son nəticədə müəssisəyə, daha da konkretləşdirsək banka
mənfəət gətirməyə imkan versin.
Kreditin təsnifləşdirilməsi müxtəlif əlamətlərə əsasən həyata
keçirilir. Bu təsnifatlara borc alanın və borc verenin kateqoriyaları,
kreditin verilmə qaydası, müddəti və kredit formalarını aid etmək olar.
Kreditin aşağıdakı formaları vardır: (Kaşıyeva, 2012:109)
Bank krediti
Dövlət krediti
İstehlak krediti
Kommersiya krediti
İpoteka krediti
Beynəlxalq kredit
Bank krediti ən geniş yayılmış kredit forması olmaqla müvafiq
əməliyyatları aparmaq üçün xüsusi icazəsi (lisenziyası) olan sadəcə
ixtisaslaşdırılmış təşkilatlar tərəfindən verə bilər. Bank kreditində borc
götürən rolunda sadəcə hüquqi şəxslər çıxış edə bilər. Kreditin bu cür
formasından gəlir. Orta faiz normaları və tərəflər arasında bağlanmış
kredit müqaviləsində göstərilmiş faizlər şəklində əldə olunur.
18
Dövlət krediti isə borcverən qismində dövlətin və yerli icra
hakimiyyəti orqanlarının, kredit alan qismində isə əhali və özəl müəssisə
idarə və təşkilatların çıxış etdiyi kredit münasibətlərinin məcmusudur.
Vəsait mənbəyi qismində dövlətin və yerli icra hakimiyyəti orqanlarının
maliyyə-kredit qurumları tərəfindən istiqrazlar şəklində buraxılmış
qiymətli kağızları çıxış edir.
İstehlak kreditini ixtisaslaşmış banklarla yanaşı, əmtəənin satışı ilə
məşğul olan hüquqi şəxslər də verə bilər. Bu kredit forması bahalı
müalicələr aparılarkən, təhsil haqqı ödənilərkən, bir sözlə zəruri istehlak
tələbatının ödənilməsi məqsədilə bank ssudası kimi pul şəklində və
ödəniş müddəti uzadılmaqla isə əmtəə şəklində fiziki şəxslərə verilir.
Kommersiya kreditininin verilməsində əsas məqsəd məhsul satışı
prosesini sürətləndirmək və əlavə gəlir, mənfəət əldə etməkdir.
Kommersiya kreditinin icra vasitəsi vekseldir. Veksel borc alanın borc
verən qarşısında öhdəliyini əks etdirməklə 2 növə bölünür:
Borc alan tərəfindən müəyyən edilmiş məbləğin borc verənə
ödəmək barədə öhdəliyi əks etdirən sadə veksel
Borc alan tərəfindən müəyyən məbləğin 3-cü şəxsə ödəmək
barədə borc verənə yazılı əmrini əks etdirən köçürmə
vekseli (tratta)
İpoteka krediti banklar, bank olmayan qeyri-kredit təşkilatları və
ya ixtisaslaşmış maliyyə-kredit təşkilatları tərəfindən daşınmaz əmlakın
girov qoyulması şərtilə mənzil alınması və ya tikilməsi və torpaq
alınması üçün uzunmüddətli borc şəklində verilir.
İpoteka kreditləşməsi kənd təsərrüfatında torpağın girov
qoyulması şərtilə əsas fondların yeniləşdirilməsi üçün geniş istifadə
olunur ki, bu da kapitalın bu istehsal sahəsində toplanmasına rəvac verir.
İpoteka kreditləşməsinin səviyyəsi ABŞ, İngiltərə və Kanadada
xüsusilə yüksəkdir, bu kredit növü üzrə faiz iqtisadi konyunkturadan
19
asılı olaraq 10%-dən 30%-ə qədər və daha yüksək olur. İnkişaf etmiş
ölkələrdə istehlak və ipoteka kreditlərinin geniş yayılması bir sıra
səbəblərlə şərtlənir:
• Birincisi, bu cür kreditlər gələcəkdə kifayət qədər maddi vəsait
qazanmağa imkan verir və bu, yaşlılarla birlikdə yaşamaq istəməyən
gənc ailələr üçün xüsusilə cəlbedicidir;
• ikincisi, işləyən hər bir kəsə layiq olduğu yaşayış səviyyəsini
təmin etməyə imkan verir;
• üçüncüsü, kapitalist əmtəə istehsalının qarşısında dayanan əsas
məsələlərdən biri isə - əmtəə istehsalçılarının hazır məhsulu satması
məsələsini həll etməyə kömək edir.(
www.banco.az)
Kreditin verilməsi yalnız o halda mümkün ola bilər ki, borc alan
obyektin istehlak xüsusiyyətlərindəndə istifadə olunsun, və həmçini o
çıxdığı nöqtəyə geri qayıda bilsin. Bu baxımdan borc verilən dəyərin
hərəkətini belə xarakterizə etmək olar:
K
y
-K
ba
-K
i
-...R
s
...D
q
...-K
q
Mənbə: www.banco.az
Burada, Ky- kreditin yerləşdirilməsi;
Kba-kreditin borcalan tərəfindən alınması;
Ki-kreditin istifadəsi;
Rs-resursların sərbəstləşdirilməsi;
Dq-müvəqqəti borc alınan dəyərin qaytarılması;
Kq-kredit formasında yerləşdirilən vəsaitlərində kreditor tərəfindən geri
alınması
Yığım və investisiyaların ayrı-ayrı şəxslərin əlində cəmləndiyi
cəmiyyətdə
yığımın investisiyaya çevrilməsi kredit sisteminin
yaranmasını zəruri edir. Kredit sistemi şirkət və ayrı-ayrı şəxslərdən
maliyyə vəsaitini yığır və daha sonra isə həmin vəsaiti dövlət, müəssisə,
idarə və təşkilatlar arasında, eləcə də fərdlər arasında təkrar bölgüsünü
20
həyata keçirir. Kredit sisteminin ən vacib olan çalışma mexanizmi
borcalma və həmdə borcvermə əməliyyatlarını asanlaşdırmaq və bununla
yanaşı nizamlı bir şəkildə işləməsini təmin etməkdir.
Kredit sisteminin strukturuna çox təsir edən başlıca amillər:
(Kaşiyeva, 2012:184)
Qurumların sayı və ölçüləri;
Təklif edilən xidmətlərin xüsusiyyəti;
Sektora giriş və çıxış şərtləri (mobilitə);
İstehsal, marketinq və istehlak proseslərinin xüsusiyyətləri;
Texnoloji dəyişikliklər;
Qanun dəyişiklikləri;
Müştəri seçimləri;
Faiz nisbətləri;
Qloballaşma və qiymətli kağızların geniş istifadəsi.
Bank sistemi ikipilləli təşkil olunur. Belə ki, ölkənin kredit
sisteminin mərkəzində duran Mərkəzi Bank “Banklar Bankı” kimi çıxış
edir və ona iqtisadi baxımdan bir sıra vəzifə və funksiyalar verilmişdir.
Hər şeydən əvvəl Mərkəzi Bank son kredit instansiyasıdır və
qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək bank sistemini
tənzimləyir, onların iqtisadiyyata təqdim etdiyi kreditləri və depozit
qəbulunu dolayı yolla müəyyən edir.
Azərbaycan Respublikasında isə pul nişanlarının tədavülə
buraxılması və həmçinin tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi
Banka mənsubdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin
müstəsna
mülkiyyətindədir.
(Azərbaycan
Respublikasının
Konstitusiyası, 1995)
Hal-hazırda kredit sistemi anlayışına iki cəhət daxildir. Bunlar
aşağıdakılardır:
21
Funksional cəhət;
İnstitutsional cəhət;
Funksional cəhət dedikdə, kredit sisteminin kredit münasibətlərinin,
kreditləşmə formaları və bununla yanaşı metodlarının məcmusu olduğu
anlaşılır.
İnstitutsional cəhət dedikdə isə, kredit sistemi olaraq borc
kapitalları bazarında sərbəst pul vəsaitlərini özündə cəmləyən və onları
borc verən maliyyə-kredit təşkilatlarının məcmusu başa düşülür.
Bankların fəaliyyət sferasında kredit riskləri çox böyük əhəmiyyətə
malikdir. Kredit riski dedikdə, borc alanın defolt və ya iflasa uğraması
səbəbindən krediti qaytara bilməməsi və ya qaytarmaması proseduru
başa düşülür. (Apostolik, 2016:211). Borcalanın müəyyən səbəblərdən
(defolt olma və ya iflasa uğrama) krediti qaytarmaması, daha doğrusu
riskli kreditlərin verilməsi maliyyə qurumlarının kredit itkisi ilə
üzləşməsi ilə nəticələnir. Ədəbiyyatda bu itkilər iki yerə bölünür:
(Bölgün, 2009:187)
Gözlənilən itkilər;
Gözlənilməyən itkilər.
Gözlənilən itkilər iqtisadi, maliyyə vəziyyəti yüksək olmayan, lakin
ödəmə qabiliyyəti olan müəssisə, idarə və təşkilatlara kreditin verilməsi
və onların defolt olma səbəbindən götürdükləri kreditləri geri qaytara
bilməməsi nəticəsində kredit verənə vurmuş olduqları itkilərdir. Bu tip
itkilər öncədən proqnozlaşdırıldığı üçün kredit verən təşkilatlarda bu tip
itkilərə qarşı “immunitet” formalaşmış olur. Yəni, dəyəcək ziyanın
alternativ qazanc yeri mütləq şəkildə doldurulur.
Bankların və ya bank olmayan kredit təşkilatlarının qarşısında
duran ən təhlükəli itkilər məhz gözlənilməyən itkilərdir. Bu tip itkilər
iqtisadi və maliyyə nöqteyi-nəzərindən kifayet qədər inkişaf etmiş
müəssisə, idarə və təşkilatlara verilmiş kredit nəticəsində baş vermiş itki
22
formasıdır. Burada da götürülmüş kreditin qaytarıla bilməmə səbəbi
eynidir: defolt olma və ya iflasa uğrama. Belə itkilər qabaqcadan
proqnozlaşdırılmadığı üçün daha ağır nəticələrə səbəb olur. Anidən
itirilmiş maliyyə resursunun yerinin doldurulması kredit verən təşkilat
üçün çətinlik törədir.
Ümumiyyətlə kredit riski dedikdə, verilmiş kreditin debitor
tərəfindən müqavilədə nəzərdə tutulmuş şərtlərlə geri qaytarmaması
nəzərdə tutulur. Deməli, banka kredit almaq üçün müraciət etmiş
müştərinin həmin krediti müqavilədə nəzərdə tutulmuş şəkildə geri
qaytarmaması və ya qaytarması bank üçün çox dərin və həyati
əhəmiyyətə malikdir. (Apostolik, 2009:290)
Kredit riskini tədqiq edən maliyyəçilər müxtəlif nəzəriyyələr
yaratmışlar. Bunların içində E. Altmanın “Z-yanaşma”sı xüsusilə diqqət
çəkir. Altman seçmə əsasında götürdüyü müəssisələrin müxtəlif maliyyə
göstəriciləri əsasında maliyyə əmsallarını müəyyənləşdirmiş və bu
əmsalları yaratdığı Z-score modelində istifadə etmişdir. Belə ki, Altman
1968-ci ildə müşahidə apardığı 66 şirkətin əsas maliyyə göstəriciləri
əsasında Z-score metodologiyasını hazırlamışdır. Sonrakı illərdə Altman
bu nəzəriyyəsini daha da təkmilləşdirmiş və 1962-1975-ci illəri əhatə
edən dövr ərzində 111 şirkət tədqiqat obyekti kimi götürülmüşdür. Bu
müəssisələrdən 53-ü iflas olmuş müəssisələrdir. İflas olmuş
müəssisələrin 29-u istehsal, 24-u isə pərakəndə ticarət müəssisələridir.
İflas olmamış müəssisələrin 32-i istehsal, 24-u isə pərakəndə ticarət
müəssisələridir. (Altman, 1977:345)
Altmanın Z-score yanaşması aşağıdakı kimidir: (Hayes, 2010:402)
Z = 1.2 X
1
+ 1.4 X
2
+ 3.3 X
3
+ 0.6 X
4
+ 0.999 X
5
Burada; Z- Z-score defolt modeli;
X
1
-Dövriyyə kapitalı / Cəmi Aktivlər
X
2
-Divident ödənişindən sonrakı gəlir / Cəmi aktivlər
23
X
3
-Vergi və faiz xərclərindən əvvəl gəlir / Cəmi aktivlər
X
4
-Aktivlərin bazar dəyəri / Cəmi öhdəliklər
X
5
-Satışlar / Cəmi aktivlər
Fərqləndirmə zonaları:
Z>2.99- “etibarlı” zona
1.81
Z<1.81- “defolt” zona.
Altmanın “Z-score” yanaşmasının tətbiqi banklara kredit
risklərini vaxtında və düzgün qiymətləndirməyə imkan verir. Yanaşma
həmçinin bank sektorunun əsas tənzimləyicisi olan mərkəzi banklar üçün
də faydalıdır. Belə ki, bu yanaşmaların tətbiqi əsasında real sektorun
sahələri üzrə alınan nəticələr maliyyə sabitliyinin idarə olunması
siyasətində istifadə oluna bilər.
Dostları ilə paylaş: |