GİRİŞ
Mövzunun aktuallığı. Müasir maliyyə-kredit sisteminin əsasında
dayanan əsas anlayışlardan biri də bank riskləridir. Bank risklərinin
mövcud olması hər bir bankın fəaliyyətində mühim əhəmiyyət kəsb edən
məsələlərdən biridir. Bank riskinin yüksək səviyyədə olması bankların
gələcək dövrlərdə fəaliyyətinə əhəmiyyətli dərəcədə öz təsirini göstərir.
Bu baxımdan da hər bir kommersiya bankı öz fəaliyyətində bank
risklərini analiz etməli, həmin risklərin indiki və gələcək dövrlərdəki
nəticələrini analiz etməlidirlər.
Risklərin idarə olunması dedikdə. elə risk forması başa düşülür ki.
həmin risk son nəticədə müəssisəyə, daha da konkretləşdirsək banka
mənfəət gətirməyə imkan versin.
Hər bir bankın fəaliyyətinin əsasında bank fəaliyyəti zamanı
yaranmış və yaxud da yarana biləcək risklərin müəyyən olunması və
eləcə də həmin risklərin düzgün idarə olunmasının təmin olunmasıdır.
Risklərin idarə edilməsi prosesi kifayət qədər nəzəri və mürəkkəb proses
olmaqla yanaşı, eyni zamanda da müəssisənin dayanıqlı fəaliyyəti
baxımından kifayət qədər aktual prosesdir. Bu baxımdan da hər bir bank
öz fəaliyyətində mövcud risklərin müəyyən olunması, həmin risklərdən
sığortalanmaq, bu risklərin maliyyə xarakterli təsirlərini aradan
qaldırmaq, bir sözlə isə bankların fəaliyyərində risklərin idarə
edilməsinin təmin edilməsi prosesi öz aktuallığını qoruyaraq
saxlamaqdadır.
Banklar öz fəaliyyətlərinin düzgün qiymətləndirilməsində
özlərinin stress-test modellərini yaratmalı və bu modelə uyğun olaraq
bankın qarşılaşa biləcəyi hər hansı bir problemi, risk amillərini müəyyən
etməlidir.
Stress-testlər hazırlanarkən istifadə olunan bütün məlumatların
mötəbərliliyi və eləcə də aktuallığı qiymətləndirilməli və əhatəli şəkildə
7
təhlil olunmalıdır. Eyni zamanda da stress-testlər hazırlanarkən “ən
yaxşı”, “ən pis” və “ehtimal olunan” bütün ssenarilər nəzərdən
keçirilməli, hər bir ssenari üçün ayrılıqda götürülmüş şoklar müəyyən
edilməlidir.
Azərbaycan
Respublikasında fəaliyyət göstərən bankların
fəaliyyətinin tənzimlənməsi üzrə nəzarəti Azərbaycan Respublikasının
Mərkəzi
Bankı
həyata
keçirir.
Azərbaycan
Respublikasının
Konstitusiyasına əsasən, Mərkəzi Bank həmçinin dövlətin müstəsna
mülkiyyətindədir. Mərkəzi Bank kommersiya xarakteri daşımır, o, yalnız
bankların normal fəaliyyətinin təminatçısı, eyni zamanda da bankların
fəaliyyətinin tənzimlənməsində çıxış edir.
Yuxarıda qeyd olunanlar əsasında deyə bilərik ki, dissertasiya
işinin mövzusu kifayət qədər aktualdır və bu sahənin tədqiqi məsələyə
kompleks yanaşmanın olmasını tələb edir.
Dostları ilə paylaş: |