Nağdəli ZAMANOV,
Azərbaycan Tibb
Universitetinin dosenti, Kəlbəcər
rayon sakini
XIX əsrin əvvəllərində Çar Rusiya-
sı ilə İranın bir-birləri ilə apardıqları
müharibələrdən sonra onların ara-
sında bağlanan “müqavilə” əsasında
Azərbaycan xalqının rəyi soruşulmadan
iki hissəyə parçalanan torpaqlarımızın
Şimali Azərbaycan hissəsi çar Rusiyası-
nın, Cənubi Azərbaycan hissəsi isə in-
diki İran İslam Respublikasının tərkibinə
qatıldı.
1828-ci ildən etibarən İrandan və digər xarici
ölkələrdən 100 minlərlə erməni ailələrini çar Ru-
siyasının İrandakı səfiri Qriboyedovun köməkliyi
və iştirakı ilə Şimali Azərbaycan torpaqları-
na, xüsusən də Qarabağın dağlıq hissəsinə və
qədim Azərbaycan torpağı olan İrəvan Xanlığı
ərazisinə yerləşdirdilər. Geniş qəlbli Azərbaycan
xalqı tolerantlıq nümayiş etdirərək qollarını ge-
niş açdı və ermənilərin bu torpaqlarda firəvan
yaşamaları üçün hər cür şərait yaratdı. Az
keçməmiş dünən ac-yalvac olub, bu gün ha-
rınlaşan gəlmə ermənilər Azərbaycanın çörəyi,
suyu ilə dirçələndən sonra Azərbaycan tor-
paqlarına sahib çıxmaq, onlara çörək verib
bəsləyən azərbaycanlıları qırmaq, öz dədə-
baba yurdlarından deportasiya etmək xülyasına
düşdülər. Ermənilər 1905-1907, 1918-1920,
1948-1950-ci illərdə Azərbaycan xalqına qarşı
zorakılıqlar, qırğınlar, deportasiyalar törətdilər.
Bunun nəticəsində, keçmiş SSRİ təşəkkül tap-
dıqdan sonra Azərbaycan torpaqlarında Lenin-
Stalin-Mikoyan-Şaumyan tetradasının üzdəniraq
göstərişləri ilə süni Ermənistan Respublikası ya-
ratdılar və qədim Azərbaycan şəhəri olan İrəvanı
zorla azərbaycanlıların əlindən alıb ermənilərin
paytaxt şəhəri elan etdilər. Onlar Azərbaycanın
tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətini ya-
radanda N.Nərimanovun Ermənistanın tərkibində
də ermənilərə bağışlanmış Azərbaycan torpaq-
larının bir hissəsində Zəngəzur Muxtar Vilayəti
yaradılması təklifini cavabsız qoydular. Bununla
da gözü doymayan, vandalizm xəstəliyinə tutu-
lan erməni işğalçıları sonuncu dəfə 1988-1994-
cü illərdə - 1987-ci ildə dünya şöhrətli siyasətçi
dahi Heydər Əliyev erməni lobbisinin təkidi ilə
Mixail Qorbaçov tərəfindən Moskvada Mərkəzi
Komitədə tutduğu yüksək dövlət vəzifəsindən
kənarlaşdırıldıqdan dərhal sonra keçmiş SSRİ-
nin 366–cı moto-atıcı alayının köməyi və dəstəyi
ilə yenidən Azərbaycan torpaqlarının daha 20%-
ni işğal etdilər, bir milyondan artıq dinc əhalini
deportasiyaya məruz qoyub, həm qondarma
Ermənistanda, həm də qondarma Dağlıq Qara-
bağ Muxtar Vilayətində etnik təmizləmə apardı-
lar. Xocalı, İrəvan, Quqark, Xocavənd, Xankəndi,
Qaradağlı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli,
Qubadlı, Cəbrayıl, Zəngilan, Kosalar, Kərkicahan,
Meşəli, Daşbulaq, Malıbəyli, Quşçular, Bağa-
nis-Ayrım soyqırımlarını törətdilər. Həmişəki
kimi o vaxtlar da dünya buna göz yumdu. O
illərdən 25 ilə yaxın vaxt keçməsinə baxma-
yaraq ermənilər Birləşmiş Millətlər Təşkilatının
dörd qətnaməsinə məhəl qoymadan Azərbaycan
torpaqlarının işğal edilməsi siyasətini bu gün
də davam etdirirlər. 1994-cü ildən atəşkəs re-
jimi qüvvəyə minsə də, ermənilər hər gün bü-
tün sərhəd boyu atəşi davam etdirir, dinc
əhalini qırır, onları içməli sudan məhrum edir,
əkin sahələrində əkib-becərmə işləri aparma-
larına belə imkan vermirlər. Sərhəd zonasındakı
azərbaycanlı əhali bir növ ermənilərin girovuna
çevrilib. Qarabağdan işğalçı ordunun sülh yolu
ilə çıxarılması məsələsi ilə guya Beynəlxalq qu-
rumlardan ATƏT-in Minsk qrupu məşğul olur.
Əslində isə onlar fəaliyyətsizlik göstərir, işğalçı
Ermənistan ordusunun Azərbaycan torpaqların-
dan çıxarılması haqqında heç bir əməli tədbirlər
görmür, əksinə, işğalçı ordunun Azərbaycan
torpaqlarında lövbər salıb möhkəmlənməsinə
zəmin yaradırlar. ATƏT-in əsl iç üzü də elə bun-
dan ibarətdir. Azərbaycanın işğal olunmuş tor-
paqlarında ermənilər tərəfindən hazırlanan və
xüsusi təlim keçən terroristlər dünyanın hər
yerinə transfer edilir, bununla da onlar bütün
bəşəriyyətdə terror vahiməsi, terror xofu yara-
dır, narkotik maddələr al-verinə geniş meydan
açırlar. Son illərdə sərhəd zonalarında ermənilər
tərəfindən hər gün atəşkəs rejimi pozulur və
onlar Azərbaycan xalqını Xəzər dənizinə töküb
məhv edəcəkləri ilə hədələyirlər.
2016-cı ilin aprel ayının 2-si erməni terror-
çularının bütün sərhəd boyu hücuma keçməsi
Azərbaycanın qalan torpaqlaını da işğal etmək,
xalqımızı, dinc əhalini yenidən qırmaq, soyqırı-
mına məruz qoymaq məqsədi daşıyırdı. Bundan
xəbər tutan Azərbaycan Milli Ordusu erməni
işğalçılarına cavab vermək məcburiyyətində qal-
dı. Azərbaycan xalqı, Azərbaycan ordusu 25
ildən artıq bir müddətdir ki, dözür və erməni iş-
ğalı altında olan torpaqların sülh yolu ilə azad
edilməsinə inananırdı. Lakin bu baş vermədi.
Ermənilər digər ölkələrin torpaqlarının işğa-
lı haqqındakı Beynəlxalq Konvensiyaların heç
birinə, BMT-nin bu haqda mövcud olan dörd
qətnaməsinə məhəl qoymadılar və beynəlxalq
qınağa məruz qalmadıqlarını, cəzasız qaldıq-
larını görüb, daha da şirnikləşdi, qalan tor-
paqlarımızı da zəbt etməyə cəhd göstərdilər.
Xoşbəxtlikdən bu dəfə rəşadətli Milli
Azərbaycan Ordusu ermənilərin bu təxribatının
qarşısını qəhrəmancasına ala bildi və erməni
cəlladlarının özləri də öz evimizin içində bizə
qarşı törətdikləri vandalizmin qurbanı oldular.
Bir daha dünya dərk etdi ki, təkbətək döyüşdə
Azərbaycan oğlu heç vaxt erməniyə uduzmayıb.
Bir daha təsdiqləndi ki, ermənilər yalnız onların
havadarlarının hesabına bizim torpaqlarımızı
işğal ediblər. Bu aksiomanı gələcək nəsillər də
bilməlidir. Gələcək nəsillər həm də bilməlidirlər
ki, 2016-cı il 2 aprel tarixi Milli Ordumuzun
Qəhrəmanlıq salnaməsinə çevrildi.
Mən Xocalıda doğulmuş, Şuşa və Xankəndidə
orta təhsil almış, erməni işğalçılarının təzyiqinə,
işgəncəsinə, deportasiyasına məruz qalmış
Azərbaycan ziyalısı kimi, həm öz adımdan, həm
də ermənilər tərəfindən soyqırımına uğradılmış
613 Xocalı şəhidinin təsadüfən salamat qalmış
doğmaları adından, ailəmiz adından bildirirəm
ki, Milli Ordumuzun qəhrəmanlıqlarını, eləcə
də Ali Baş Komandan, igid Sərkərdəmiz, Pre-
zidentimiz cənab İlham Əliyevin daxili və xari-
ci siyasətini bəyənir, ürəkdən dəstəkləyirik. Biz
Prezidentimizin hər zaman yanındayıq və xalqı-
mızın bir yumruq kimi birləşməsində, torpaq-
larımızın düşməndən azad edilməsi yolunda
əlimizdən gələn hər şeyi etməyə hazırıq. Artıq
xalqımızın səbr kasasının daşdığı an gəlib çatıb.
Dünyanın bütün tərəqqipərvər insanları-
nı, bütün bəşəriyyəti erməni işğalçı ordusunun
Azərbaycan torpaqlarını tezliklə tərk etməsinə
çağırış və tələb etməyə səsləyirəm.
Bizim səsimiz haqq səsidir! Səsimizə səs ve-
rin! Azərbaycan xalqı bütün millətlərə, bütün
xalqlara böyük hörmət və məhəbbətlə yanaşır.
Bizə inanın, ey İnsanlar! Azərbaycan xalqının
Sizə olan məhəbbəti müqabilində Siz də ona
məhəbbət ifadə edin. Səsimizə səs verin! Bu-
nunla Siz həm bizi, həm də bizim timsalımızda
bütün bəşəriyyəti erməni vandalizmindən xilas
etmiş olarsınız.
SƏSİMİZƏ SƏS VERİN
“Xalqımızın haqq işini
müdafiə etməyə çağırıram”
Beynəlxalq təşkilatlara müraciət!
u ATU-nun 3000-ə yaxın tələbəsi Milli Ordunun cəbhə
Dostları ilə paylaş: |