keçib. Universitet o vaxtdan indiyədək
həkimlik peşəsini yüksək tutan, Hip-
pokrat Andına sadiq qalan və bu peşənin
şərəfini istər ölkəmizdə, istərsə də
ölkənin hüdudlarından kənarda qoru-
mağa müvəffəq olan həkimlər ordusunun
yetişməsinə öz töhfələrini verə bilib. Sa-
vadlı kadrların yetişməsi və formalaşma-
sında isə kafedraların rolu danılmazdır.
Hazırda universitetdə 70-dən çox
kafedra fəaliyyət göstərir. Biz bu
rubrikamızda ayrı-ayrılıqda ka-
fedraların yaranması, dünəni və
bu günü ilə bağlı oxuculara ətraflı
məlumat verməyi qərarlaşdırmışıq.
Bu dəfə növbə II Daxili xəstəliklər
kafedrasınındır.
Qeyd edək ki, II daxili xəstəliklər
kafedrası 1920-ci ildə Bakı Dövlət
Universitetində təşkil edilən hospital
terapiyası kafedrasının varisi hesab
olunur. O zaman təşkil olunmuş bu
kafedraya 1920-1921-ci illərdə pro-
fessor A.Levin rəhbərlik edib. 1922-
1926-cı illərdə isə kafedra müdiri
professor Polien Mezernitski olub-
dur. 1926-cı ildən 1951-ci ilə qədər
kafedraya profesor Nikolay Afons-
ki rəhbərlik edib. N.Afonski Bakı-
da hospital terapiyası kafedrasına
rəhbərlik etdiyi illərdə əsasən qan
dövranı orqanlarının patologiyası-
na dair elmi-tədqiqat işləri aparıb.
O, həmçinin 1934-cü ildə çap edil-
miş “Daxili xəstəliklər” dərsliyinin
müəlliflərindən biri olub.
1943-cü ildə kafedranın əsasında 2
sərbəst hospital terapiyası (birinci və
ikinci) kafedrası yaradılıb. Onlardan
birinə N.Afonski, digərinə isə pro-
fessor Cahangir Abdullayev rəhbərlik
edib. 1951-1953-cü illərdə dosent
M.Həsənov, 1954-cü ildə isə ə.e.x.,
professor S.Məmmədzadə təyin
edilib. S.Məmmədzadə bu vəzifədə
1965-ci ilə qədər çalışıb. 1966-cı
ildən 1976-cı ilə qədər II hospital
terapiyası kafedrasına professor Sa-
leh Salihov rəhbərlik edib. Professor
S.Salihovun vəfatından sonra kafed-
raya 1976-1977-ci illərdə profes-
sor H.Abdullabəyov, 1977-1989-cu
illərdə isə professor Zərifə Zeynalova
rəhbərlik edibdir.
1984-cü ildə N.Nərimanov adı-
na
ATİ-də
aparılan
struktur
dəyişikliklərilə əlaqədar, I hospi-
tal terapiyası kafedrasına II daxi-
li xəstəliklər kafedrası adı verilib.
1974-cü ildən 1989-cu ilə qədər II
daxili xəstəliklər kafedrasına t.e.d.,
professor Sədrəddin Kərimov
rəhbərlik edib. 1989-1999-cу illərdə
kafedra müdiri professor E.Qorin
olub.
1999-cu ilin dekabr ayından isə
kafedranın müdiri vəzifəsinə profes-
sor Vəsadət Əzizov seçilib.
V.Əzizov 1985-ci ildə Ümumit-
tifaq Kardioloji Mərkəzdə (Mosk-
va şəhərində) namizədlik və 1993-
cu ildə doktorluq dissertasiyası
müdafiə edib. Onun rəhbərliyi al-
tında 3 doktorluq və 22 namizədlik
dissertasiyası müdafiə edilib. Hazır-
da rəhbərliyi altında 10 doktorluq və
5 namizədlik işi davam
etdirilir. V.Əzizov 500-
ə qədər çap olunmuş
elmi işlərin, o cümlədən
25 dərslik, dərs vəsaiti,
monoqrafiya, 6 meto-
dik tövsiyə, 38 metodik
işləmələrin, 3 müəlliflik
şəhadətnaməsinin, 1
ixtiranın
müəllifidir.
Onun elmi işləri dün-
yanın bir çox dillərində
çap olunub.
Vəsadət
müəllimin
“Təbib”ə verdiyi açıqlamaya görə,
hazırda kafedrada 33 nəfər çalışır.
Onlardan 3-ü professor, 16-sı do-
sent, 14-ü assistentdir. Rəhbərlik
etdiyi kollektivin indən sonra da tibb
elminin inkişafına layiqli töhfələrini
vermək və tibbi kadrları yetişdirmək
üçün fədakarlıq göstərmək əzmində
olduğunu bildirən kafedra müdiri
son 15 ildə çap olunan kitab və dərs
vəsaitləri barədə də məlumat verdi.
Onun sözlərindən məlum oldu ki,
2001-ci ildə V.Əzizov, İ.Əfəndiyev,
L.Əmra hovanın həmmüəllifliyi ilə
“Кəskin zəhərlənmələr” dərs vəsaiti,
V.Əzizov, S.Alimetov, Q.Kərimli,
X.Qurbanovanın həmmüəllifliyi ilə
“Sarılıq sindiromu”, 2002-ci ildə
S.Alimetov, V.Əzizov, A.Əliyevin “Pa-
rakardiologiya”, V.Əzizov, O,Quliyev,
Z.Əlixanova, T.Mirzəyevin “Tibbi
terminlərin izahlı lüğəti”, V.Əzizovun
“Xroniki ürək çatışmazlığı” monoq-
rafiyası işıq üzü görüb. Bu ənənə
növbəti illərdə də davam edib.
Belə ki, 2004-cü ildə V.Əzizov,
İ.Əfəndiyev, A.Maqsudovun “Kli-
niki
toksikologiya”,
V.Əzizov,
Ş.İbrahimova, X.Qurbanova, İ.Nə-
si rov,
S.Alimetovun
“Labora-
tor müayinələrin normal və pato-
loji göstəriciləri” dərs vəsaitləri,
V.Əzizov, O.Quliyev, X.Nəsibovanın
həmmüəllifliyi ilə “Kardiofunksi onal
yük sınaqları” kitabı nəşr olunub.
Sonrakı illərdə V.Əzizov, V.Mirzəzadə,
M.Əsgərovun “Arterial hipertenzi-
ya”, V.Əzizovun “Daxili xəstəliklər”
(I
cild-Kardiologiya),
“Daxili
xəstəliklər (I cild- Pulmonolоgiya),
V.Əzizov, M.Ağayev, N.Hüseynova,
Ş.İbrahimova, L.Əmrahovanın “Da-
xili xəstəliklər” (tibb tələbələri üçün
dərslik), V.Əzizov, S.Şahbazbəyova,
Z.Əlixanova, L.Əmrahova, M.Əsgə-
rovun “Revmatik xəstəliklər və oxşar
sindromlar”, V.Əzizov, T.Sadıqova,
L.Əfəndiyeva, N.Hüseynova, S.Məm-
mədlinin “Kəskin koronar sindrom”
kitabları çap olunanlar siyahısına da-
xil edilib. Təbii ki, nəşr olunanlar təkcə
dərs vəsaitləri ilə məhdudlaşmayıb.
V.Əzizov, F.Tağızadə, İ.Əfəndiyev,
L.Əmrahovanın həmmüəllifliyi ilə
“Kimyəvi xarakterli kütləvi zəhər-
lənmələr zamanı və digər fövqəladə
hallarda toksikoloji yardım” metodik
tövsiyə və V.Əzizov, V.Qurbanov,
S.Məmmədli “Kardiovaskuliyar xəs -
təliklərin yeni risk faktorları” mo-
noqrafiyası da çap olunub. Tə-
ləbələrin bilik səviyyəsinin artırılma-
sı istiqamətində hazırda yeni dərs
vəsaitləri üzərində işlərin getdiyini
bildirən Vəsadət müəllim, növbəti
illərdə də kitabların nəşr olunacağını
diqqətimizə çatdırdı.
Dostları ilə paylaş: |