ATU-nun mətbuat xidməti
Universitetimizin prorektoru Türkiyədə
Azərbaycanı təmsil edib
Aprelin 11-12-də Türkiyə
Cümhuriyyətinin Ərzurum
şəhəri Atatürk Universitetinin
ev sahibliyi və sədrliyi ilə Türk
dilli ölkələrin Universitetlər bir-
liyinin II baş toplantısı keçirilib.
Türkdilli ölkələrin Türk Keneşinin
iştirakı və bilavasitə dəstəyilə keçirilən
toplantıda Azərbaycan, Qırğızıstan,
Qazaxıstan və Türkiyənin 14 univer-
sitetinin rəhbərləri və ya səlahiyyətli
nümayəndələri ilə bərabər TÜRKSOY,
Türkiyə Cümhuriyyəti Yüksək Öyrətim
Kurulu, Türk Akademiyası, müxtəlif
layihələrin rəhbərləri və konsullar iştirak
edib.
Toplantıda Azərbaycan Tibb Universi-
tetini elmi işlər üzrə prorektor, profes-
sor İbrahim İsayev təmsil edib.
Toplantıda ortaq ikili diplomların ta-
nınması, tələbə təşkilatlarının fəallığının
artırılması, qarşılıqlı tələbə, müəllim,
elmi işçi, mütəxəssis mübadiləsini
nəzərdə tutan ORHUN layihəsinin
təsdiqi, Avropa Təhsil Proqramına inteq-
rasiyanın sürətləndirilməsi, üzvlüyə yeni
universitetlərin qəbulu kimi məsələlər
müzakirə olunaraq təsdiq edilib. Bun-
larla bərabər, yığıncaqda Türkdilli
ölkələrin müstəqillik qazanmasının 25
illik yubileyinə həsr olunmuş tədbirlərə
hazırlığın vəziyyəti barədə də məlumat
verilib.
Təşkilata
üzv
universitetlərin
nümayəndələrinin
səsverməsi
nəticələrinə əsasən, Türk Kene-
şi Türk Universitetlər Birliyinin sədrliyi
növbəti iki il üçün Qırğızıstanın Manas
Universitetinə keçib.
Qeyd edək ki, təbabət elminin
yüksək templə inkişaf etdiyi indiki
dövrdə Azərbaycan Tibb Universite-
ti dünya elminə çıxış, bilik və təcrübə
mübadiləsinin aparılması baxımından
beynəlxalq əlaqələri ildən-ilə gücləndirir.
Hazırda bu təhsil ocağı dünyanın 80-dən
çox nüfuzlu ali məktəbi ilə sıx əməkdaşlıq
edir, fəal tələbə və mütəxəssis mübadiləsi
aparır. Türkiyə Universitetlər Birliyinin
üzvü kimi Azərbaycan Tibb Universiteti
bir sıra layihələrdə aktiv iştirak edir, elmi
konfrans və simpoziumlara qatılır.
15 aprel 2016-cı il
http://www.amu.edu.az
5
Dostları ilə paylaş: |