vii
Azərbaycan Respublikası
Təhsil Nazirliyi
Azərbaycanda Sağlamlıq İmkanları Məhdud olan Uşaqlara Təhsil
Xidmətlərinin Göstərilməsi Haqqında Tədqiqat.
Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi
Mərkəzi və Şərqi Avropa/MDB regionu, Azərbaycan
vii
Bu tədqiqat işi UNICEF-in dəstəyilə Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi tərəfindən həyata
keçirilmişdir. Yekun hesabat layihənin beynəlxalq məsləhətçisi Almaz İsmayılova tərəfindən
redaktə edilmiş və hesabat yeddi nəfər müəllifin birgə əməkdaşlığı nəticəsində hazırlanmışdır. Belə
ki, Ülviyyə Mikayılova tədqiqat işinin anlayışını hazırlamış və layihənin ilkin təqdimatını redaktə
etmişdir. Tədqiqat işinin alətləri Ülviyyə Mikayılova və Yuliya Kərimovanın köməkliyi ilə
beynəlxalq məsləhətçi tərəfindən hazırlanmışdır. 3-cü bölmə və nəticələr Ramiz Behbudov və
Yuliya Kərimova tərəfindən sahə işləri və Ülkər İsazadənin şərhləri əsasında işlənmişdir.
Qanunvericiliyə dair sənədlər Almaz İsmayılovanın köməkliyi ilə Nigar Əliyeva və Yusif Ağayev
tərəfindən təhlil edilmişdir. Sonuncu bölmə, nəticə və zəmanət məktubları Ülviyyə Mikayılova,
Ramiz Behbudov və Almaz İsmayılova tərəfindən hazırlanmış və yekunlaşdırılmışdır. Məlumatları
isə Siqma İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqat Mərkəzindən sorğunu keçirən qrup
toplamışdır.
Sonda, yekun hesabatın ərsəyə gəlməsində öz şərh və zəmanətlərini əsirgəməyən hər bir kəsə öz
təşəkkürümüzü bildiririk.
vii
Mündəricat
İxtisarların siyahısı ............................................................................................................................... 4
Cədvəllərin siyahısı .............................................................................................................................. 5
Cədvəllərin siyahısı .............................................................................................................................. 6
Xülasə.................................................................................................................................................vii
Ümumi məlumat.................................................................................................................................vii
Məqsəd/Vəzifə....................................................................................................................................vii
Metodologiya.....................................................................................................................................vii
Tədqiqata mane olan amillər.............................................................................................................vii
Əsas nəticələr....................................................................................................................................vii
Tövsiyələr..........................................................................................................................................vii
1. Giriş.................................................................................................................................................1
2. Metodologiya...................................................................................................................................2
2.1. Məlumat toplamaq üsulları ........................................................................................................... 3
2.2. Nümunə seçmək əməliyyatları ...................................................................................................... 5
2.3. Tədqiqat fəaliyyətini məhdudlaşdıran amillər ............................................................................. 6
3. Nəticələr ........................................................................................................................................... 6
3.1. Təhsil imkanları ............................................................................................................................ 7
3.1.1. Evdə təhsil .................................................................................................................................. 7
3.1.2. İnteqrativ və inkluziv təhsil........................................................................................................ 8
3.1.3. Xüsusi təhsil ............................................................................................................................. 11
3.1.4. Digər təhsil imkanları ............................................................................................................... 13
3.2. Təhsilə mane olan amillər ........................................................................................................... 13
3.2.1. Mövcudluq ............................................................................................................................... 13
3.2.2. Rahat istifadə imkanı ............................................................................................................... 14
3.2.3. Münasib qiymət........................................................................................................................ 16
3.2.4. Keyfiyyət .................................................................................................................................. 17
3.3. Ailə, dövlət və qohumlar tərəfindən göstərilən dəstək ............................................................... 19
3.4. Təhsildən gözlənilən nəticələr .................................................................................................... 22
3.5. Bilik və cəmiyyətdə biliyə münasibət ......................................................................................... 23
3.6. Xidmətlər .................................................................................................................................... 24
3.7. Qanunvericilik ............................................................................................................................. 29
3.7.1. Uşaq hüquqları ......................................................................................................................... 29
3.7.2. Strategiya və təşkilati tədbirlər ................................................................................................ 30
3.7.3. Məktəb amili .......................................................................................................................... 311
3.7.4. Pedaqoji heyətin işə götürülməsi və ixtisasartırması ............................................................. 354
3.7.5. Əlavə yardım xidmətləri ....................................................................................................... 355
3.7.6. Ən vacib istiqamətlər ............................................................................................................... 37
3.7.8. Cəmiyyətin təsəvvürü .............................................................................................................. 37
3.7.9. Vəsaitə dair tələbat ................................................................................................................... 38
4. Yekunlar və tövsiyələr ................................................................................................................... 40
İstifadə olunan ədəbiyyatın siyahısı ................................................................................................... 44
vii
İxtisarların siyahısı
MTTYM
Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi
MDB
Müstəqil Dövlətlər Birliyi
NK
Nazirlər Kabineti
UHK
Uşaq Hüquqları Konvensiyası
ƏŞHK
Əlil Şəxslərin Haqları Konvensiyası
ƏU
Əlilliyi olan uşaqlar
HÜT
Hamı üçün Təhsil
HQM
Hədəf qrupunda müzakirələr
AH
Azərbaycan Hökuməti
BTK
Beynəlxalq Tibb Korpusu
MİM
Minilliyin İnkişaf Məqsədləri
TN
Təhsil Nazirliyi
SN
Səhiyyə Nazirliyi
ƏƏSMN
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
MM
Milli Məclis
TPPK
Tibbi-pedaqoji-psixoloji komissiya
TSEK
Tibbi-sosial ekspert komissiyaları
NMR
Naxçıvan Muxtar Respublikası
İTMSP
İnkluziv Təhsil Üzrə Milli Sınaq Proqramı
QHT
Qeyri-Hökumət Təşkilatı
İQ
İşçi Qrupu
ABY
Azərbaycana Birgə Yardım
UNICEF
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu
ÜST
Ümum-dünya Səhiyyə Təşkilatı
vii
Cədvəllərin siyahısı
1-ci cədvəl. Nümunələrin seçilməsi………………………………………………………………...5
2-ci cədvəl. Məktəbə getdikdən sonra ƏU-da müşahidə olunan mütərəqqi dəyişikliklər…………22
3-cü cədvəl. Mürəkkəb cədvəl: ailə gəliri və TPPK haqqında məlumat.......………………………27
4-cü cədvəl. Mürəkkəb cədvəl: təhsil pilləsi və TPPK haqqında məlumat………………………...28
vii
Qrafiklərin siyahısı
1-ci. Əlilliyi olan uşaqlara təhsil xidmətlərinin göstərilməsi…………………………………7
2-ci. Məktəb direktorları, ƏU və inkluziv təhsillə məşğul olan müəllimlər…....................... 9
3-cü. Valideynlərin məktəb infrastrukturundan razılığının dərəcəsi ……………………….. 15
4-cü. ƏU-ın heç bir təhsil almamalarının səbəbləri ………………………………………... 16
5-ci. Təhsil fəaliyyətindən razılıq............…………………………………………………....18
6-cı. Valideynlərin təhsili………………………………………………………………….....19
7-ci. Ailələrin aylıq gəliri....... …………………………………………………………….....19
8-ci. ƏU-ın valideynlərinə köməklik………………………………………………………...20
9-cu. ƏU-ın gələcək həyatlarında təhsilin rolu........…………………………………………21
10-cu. ƏU-ın məktəb təəssüratları.....………………………………………………………..24
11-ci. Müəllimlərin xüsusi xidmətlər haqqında bilikləri…………………………………….25
vii
Xülasə
Ümumi məlumat
Azərbaycanda Deinstitutlaşma (dövlət uşaq müəssisələrdən uşaqların ailələrinə verilməsi) prosesi
çərçivəsində beynəlxalq təşkilatlar, QHT-lər və donorlar hazırda diqqətdən kənarda qalan və təcrid
olunan təbəqələr, məlumatın və fikirlərin yayılması, inkluziv təhsil şəbəkəsinin qurulması və onun
inkişafına köməklik, təhsil almaq imkanlarının artırılması və s. kimi məsələləri ön plana çəkmək
məqsədilə strategiyanın müəyyən edilməsi və sistemin idarəolunması üzrə milli müəssisələr
yaratmağa səy göstərmişdirlər. İnkluziv təhsil diqqətdən kənarda qalmaq və təcrid olunmaq
təhlükəsi yaşayan şəxslərə xüsusi diqqət yetirmək şərtilə bütün uşaqların, gənclərin və böyüklərin
təlim ehtiyaclarını ödəmək üçün nəzərdə tutulan mütərəqqi yanaşmadır. Uşaq hüquqları komissiyası
özünün yekun müşahidələrində Azərbaycana aşağıdakı tövsiyələri etmişdir: 1) BMT-nin Baş
Assambleyasının 23 dekabr 1993-cü ildə qəbul etdiyi, əlil şəxslər üçün bərabər imkanların
yaradılmasının standart qaydalarının həyata keçirilməsini təmin etsin; 2) əlilliyi olan uşaqların öz
təhsil almaq hüquqlarının həyata keçirmələrini təmin etsin və onların ümumi təhsil sisteminə daxil
olmalarına kömək etsin. UNICEF-in Azərbaycan Nümayəndəliyi təlim fəaliyyətində çətinlik çəkən
və geridə qalan əlil şagirdlərə təhsil xidmətlərinin göstərilməsinə həsr olunan bu tədqiqatı
dəstəkləyir və bu yolla həmin şagirdlər onların təhsil aldıqları müəssisələr (xüsusi məktəblər, xüsusi
siniflər və ya adi siniflər) və onların təhsilinin səviyyəsi haqqında ətraflı məlumat əldə etmək
istəyir. Bu tədqiqat Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi (MTTYM) tərəfindən, Azərbaycan
Respublikasının Təhsil Nazirliyi və UNICEF ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilmişdir.
Məqsəd/Vəzifə
Bu tədqiqatı həyata keçirməkdə məqsəd Uşaq hüquqları konvensiyası (UHK) baxımından
Azərbaycanda ƏU-a təhsil xidmətlərinin göstərilməsini tədqiq etməkdir. Bu tədqiqatın məqsədləri
bunlardır:
1)
UHK, qanunvericilik, strategiyalar, vəsaitlər və üsullar baxımından Azərbaycanda ƏU-a
təhsil xidmətlərinin göstərilməsinin vəziyyətini qiymətləndirmək, bu zaman çıxarılan
nəticələrin yeni strategiyanın tərtib edilməsinə göstərdiyi əsas təsirlərə xüsusi diqqət
yetirmək;
2)
Bütün uşaqlara əsas təhsilin verilməsinə mane olan iqtisadiyyat və maliyyə məsələlərini
təhlil etmək;
3)
İnkluziv təhsil sahəsində tətbiq edilən nümunəvi üsulları müəyyən etmək və qeydə almaq,
özünü doğrultmuş səmərəli üsulları və strategiyaları, narahatlıq doğuran məsələləri və ƏU-
ın ümumi təhsil müəssisələrinə uğurlu şəkildə cəlb edilməsinə mane olan amilləri
işıqlandırmaq;
4)
Strateji islahatları həyata keçirmək, lazımi vəsaitin ayrılmasını təmin etmək və inkluziv
təhsilə kömək edən proqramların tərtib edilməsinə şərait yaratmaq məqsədilə Azərbaycanda
hökumətin və digər tərəfdaşların imkanlarının möhkəmləndirilməsinə dair tövsiyələr
vermək.
Metodologiya
Bu tədqiqatın əsas hədəf qrupu 6-10 yaşında olan, əlilliyi olan uşaqlar idi. Onlar haqqında məlumat
valideynlərdən, müəllimlərdən, məktəb direktorlarından, strategiyanı müəyyən edən şəxslərdən,
nazirliyin əməkdaşlarından və digər əsas maraqlı tərəflərdən, məsələn qeyri-hökumət
təşkilatlarından (QHT) toplanırdı. Bu tədqiqat keyfiyyət,və kəmiyyət baxımından həyata keçirildi.
Məlumat toplamaq üçün aşağıda göstərilən üsullardan istifadə edildi:
1)
Əlilliyi olan uşaqların valideynləri və müəllimləri arasında sorğunun keçirilməsi;
2)
Məktəb direktorları, rayon təhsil şöbələrinin müdirləri və hökumət nümayəndələri ilə
aparılan ətraflı müsahibələr;
3)
Tipik uşaqların valideynlərindən, müəllimlərdən və QHT nümayəndələrindən ibarət olan
hədəf qrupunda aparılan və müəyyən mövzuya həsr olunan müzakirələr;
vii
4)
Xüsusi təhsilin, ev təhsilinin, inteqrativ təhsilin (adi məktəblərdə xüsusi siniflər), adi
məktəblərdə tətbiq olunan inkluziv təhsil üsullarının və s. müşahidə olunması;
5)
Yerli və xarici qanunvericiliklərin təhlili.
Tədqiqata mane olan amillər bunlar idi: müxtəlif nazirliklərdən həqiqi statistik məlumatların gec
əldə edilməsi, ƏU-lar və onların təhsil aldıqları məktəblər haqqında məlumatın olmaması.
Respondentlər (xüsusilə valideynlər və müəllimlər) müsahibə zamanı özlərini sərbəst hiss
etmirdilər. Müşahidə zamanı müəllimlər öz fəaliyyətlərinin müşahidə və tənqid edilməsindən
narahat olurdular.
Əsas nəticələr
Bu tədqiqat sayəsində məlum oldu ki, digər keçmiş Sovet İttifaqı respublikalarında olduğu kimi,
Azərbaycanda da təhsil sistemi ƏU-ın təhsil tələbatını ödəyir, lakin bu cəmiyyətdən təcrid olunmuş
formada həyata keçirilir (evdə təhsil, xüsusi təhsil müəssisələri). Azərbaycanda təhsil xidmətlərinin
rahat istifadə edilə bilməsi, münasib qiymətə olması, mövcudluğu və keyfiyyəti ilə əlaqədar olan
ciddi çətinliklər vardır. ƏU-ın və onların ailələrinin həqiqi tələbatına uyğun gələn daha yaxşı dövlət
qaydaları və strategiyaları vasitəsilə bu maneələrin çoxunu aradan qaldırmaq olar. Hökumət (sosial
təminata malik olmayan) sağlamlıq imkanları məhdud olan uşaqlar üçün təhsil tədbirlərinə dair öz
nəzəri planında inkluziv və ya inteqrativ addımlar atmamışdır.
Dövlət təhsili (insanlar, valideynlər və s. arasında məlumatın yayılması) və hökumətin
dəstəklənməsi sahələrində vətəndaş cəmiyyətinin təşkilatları da çoxlu iş görməlidirlər. Tədqiqat
nəticəsində məlum oldu ki, ƏU-a və onların ailələrinə aid olan məsələlər hələ də utanc mənbəyi
hesab olunur, yanlış şəkildə qavranılır və məhdud dərəcədə dərk olunur. Bundan əlavə, özlərinin
əlilliyi olan uşaqları üçün təhsil imkanlarının axtarılması və yaradılması sahəsində aparıcı mövqe
tutmaq üçün kifayət qədər qüvvəyə malik olmayan ailələrdə də həmin utanc hissi və yanlış qavrayış
müşahidə olunur.
Tədqiqatın nəticələri bunu deməyə imkan verir ki, sağlamlıq imkanları məhdud olan uşaqların
tələbatını ödəyən (günərzi, reabilitasiya, inkişaf) xüsusi xidmətlər çox azdır. Bu çatışmazlıq əsasən
Sovet dövrünün köhnəlmiş tibbi yanaşmaları ilə əlaqədardır. Digər tərəfdən, keçmişdə ƏU tipik
uşaqlarla birgə təhsil almadığından ümumtəhsil məktəblərində xüsusi pedaqoqlar yox idi. Bundan
əlavə, Azərbaycanın ali təhsil müəssisələrində həmin çatışmazlığı aradan qaldıra biləcək kadrlar
yetişdirmək üçün lazım olan proqramların sayı kifayət qədər delildir.
Mövcud qaydaların təhlili göstərir ki, bu mövcud normativ hüquqi aktların həyata keçirilməsi
üsulları və monitorinq mexanizmi qeyri-qənaətbəxşdir.
Tövsiyələr
Bu sahədə vəziyyəti nəzərdən keçirdikdən, məlumatı təhlil etdikdən və mövcud qanunvericilik
bazasını nəzərdən keçirdikdən sonra Azərbaycanda inkluziv təhsil istiqamətində daha böyük
irəliləyişə nail olmaq üçün aşağıda göstərilən tədbirlər vacib hesab oluna bilər:
1.
Xüsusi və inkluziv təhsil islahatları ölkənin ümumi təhsil islahatlarının tərkib hissəsinə
çevrilməlidir.
1.1.
Hökumət genişəhatəli ilkin pedaqoji təhsil, müəllim ixtisasartırması və mütəxəssis
hazırlığı proqramını tərtib etməli və həyata keçirməlidir.
1.2.
Gələcək strategiyalarda və qaydalarda təhsil xidmətlərindən rahat istifadə imkanı
hökumətin ən vacib vəzifələrindən birinə çevrilməlidir.
2.
Hökumət tərəfindən xüsusi və inkluziv təhsilə dair milli konsepsiya tərtib edilməlidir.
Hökumətin təhsil strategiyasında Azərbaycanın vahid, ümumi inkluziv təhsil qanunu və ona
nail olmaq üçün lazım olan tədbirlər təsvir edilməlidir.
vii
2.1.
Əlilliyin tərifinə/təsnifatına dair yeni dövlət strategiyasını tərtib etmək məqsədilə yerli
və beynəlxalq ekspertlərdən (həm Sovet dövründə, həm də Qərbdə təhsil alan
ekspertlər), QHT-lərin və dövlət orqanlarının nümayəndələrindən ibarət olan İşçi Qrupu
(İQ) yaratmaq, həmin qrupun məqsədlərini, vəzifələrini, vaxt cədvəlini və fəaliyyət
planını dəqiqliklə müəyyən etmək.
2.2.
Hökumət strategiyadakı çatışmazlıqları müəyyən etmək üçün bu sahədə tədqiqat
aparılmasına münasib şərait yaratmalıdır.
2.3.
Cəmiyyətə bu sahədə üzləşdiyi çətinliklər və məsələlər barədə daim məlumat vermək
məqsədilə, ictimaiyyəti məlumatlandırma kampaniyalarının fasiləsiz surətdə həyata
keçirilməsi üçün illik plan hazırlanmışdır.
3.
Hökumət tərəfindən əlilliyi olan uşaqlara verilən təhsilin keyfiyyətinin təmin edilməsi üçün
müvafiq tədbirlərin görülməsi zəruridir.
3.1.
Xüsusi təhsil xidmətlərinin göstərilməsi qaydalarını tənzimləmək və təkmilləşdirmək
məqsədilə mövcud bərpa- inkişaf mərkəzlərinin əhatə dairəsi genişləndirilməli, onların
təcrübəsindən istifadə edilməlidir.
3.2.
Tibbi-pedaqoji-psixoloji komissiyaların əsasnaməsi və fəaliyyət dairəsi nəzərdən
keçirilməli, əsaslı dəyişikliklər edilməlidir.
Dostları ilə paylaş: |