Azərbaycan Respublikası



Yüklə 0.71 Mb.
PDF просмотр
səhifə2/9
tarix07.12.2016
ölçüsü0.71 Mb.
1   2   3   4   5   6   7   8   9

1. Giriş 

 

Bütün  dünyada  sağlamlıq  imkanları  məhdud  olan  uşaqlar  adətən  məktəb  daxilində  diqqətdən 

kənarda  qalırdılar  və  ya  ümumiyyətlə,  məktəbə  getmirdilər.  1990-cı  ildə  keçirilən  “Hamı  üçün 

təhsil:  təlimə  dair  əsas  tələbatların  ödənilməsi”  adlı  dünya  konfransının  nəticəsində  bir  çox 

ölkələrdə  uşaqların  təhsil  almaq  imkanından  məhrum  olması  məsələsi  gündəliyə  daxil  edildi.  Bu 

təşəbbüs təhsil almaqda aşkar surətdə çətinlik çəkdiklərinə görə təhsil almaq imkanından tamamilə 

məhrum olan və ya təhsil sistemləri daxilində diqqətdən kənarda qalan uşaqlara diqqət yetirilməsinə 

kömək  etdi.  Artıq  məktəbə  qəbul  edilən,  lakin  müxtəlif  səbəblərdən  tam  yaxşı  nailiyyət  əldə  edə 

bilməyən, məktəbə qəbul edilməyən, habelə hər hansı şəkildə əlavə yardıma ehtiyacı olan, nisbətən 

azsaylı uşaqları diqqətdən kənarda qalan uşaqların sırasına aid etmək olar.  

 

Müstəqil  Dövlətlər  Birliyi  (MDB)  ölkələrinin,  o  cümlədən  Azərbaycan  Respublikasının  dövlət 



təhsil  sistemlərində  təhsil  islahatı  aparılmışdır.  Son  tədqiqatlar  onu  göstərir    ki,  təhsil  amaq  üçün 

bərabər  imkanlar,  habelə  təhsilin  maliyyələşdirilməsi  və  idarəolunması  sahələrində  müəyyən 

irəliləyiş əldə edilmişdir. Hələ də həmin ölkələrin bir çoxu Minilliyin inkişaf məqsədlərinə (MİM) 

və Hamı üçün təhsilə  (HÜT) dair öhdəlikləri tam  yerinə  yetirməmişdir.  BMT-nin  Uşaq Fondunun 

(UNICEF)  2007-ci  ildə  keçirdiyi  regional  tədqiqat  nəticəsində  məlum  olmuşdur  ki,  “sağlamlıq 

imkanları  məhdud  olan”  uşaqların  evdə  və  ya  xüsusi  təhsil  müəssisələrində  təhsil  alması  hələ  də 

üstünlük  təşkil  edir.  İslahatların  miqyasının  genişləndirilməsi  bu  cür  uşaqların  təhsil  almaq 

imkanından  məhrum  olmalarına  səbəb  ola  bilər.”

1

  MDB,  Şərqi  və  Mərkəzi  Avropanın  müxtəlif 



ölkələrində  islahatlar  zamanı  sağlamlıq  imkanları  məhdud  uşaqlar  diqqətdən  kənarda  qalırlar.   

Təhsil  almaq  üçün  bərabər  imkanlara  gəldikdə  isə  eyni  hesabatda  deyilir  ki,  “...müəssisələrdən 

kənarda  sağlamlıq  imkanları  məhdud  olan  uşaqlar  üçün  təhsil  almaq  imkanları  məhduddur  və 

əlilliyi  olan  bir  çox  uşaq  (ƏU)  məktəblərə  qəbul  edilmir.”  Bu  hesabatdan  belə  nəticə  çıxarılır  ki, 

MDB  ölkələrində  təhsil  almaq  üçün  bərabər  imkanları  artırmaq,  təhsilin  idarəolunmasını  və 

maliyyələşdirilməsini  yaxşılaşdırmaq üçün, o cümlədən  əlilliyi  olan uşaqlara və  imkansız ailələrin 

uşaqlarına təhsil xidmətlərini göstərmək üçün tədbirlər görülməlidir.   

 

Azərbaycan  Respublikasının  dövlət  təhsil  sistemi  keçmiş  Sovet  təhsil  sistemləri  əsasında 



qurulmuşdur. Bu təhsil sistemi Sovet dövründə əsasən defektologiya elmi əsasında fəaliyyət göstərir 

və  adətən  digər  uşaqlardan  təcrid  edilmiş  şəkildə,  xüsusi  məktəblərdə  və  ev  məktəblərində  ƏU-a 

təhsil  verməkdən  ibarət  idi.  Beləliklə,  hazırda  dövlətin  göstərdiyi  təhsil  xidmətlərinin  əksəriyyəti 

ƏU-ın  öz  həmyaşıdlarından  və  bütövlükdə  cəmiyyətdən  təcrid  olunmasına  səbəb  olur.  Bundan 

əlavə, Azərbaycanda xüsusi təhsil xidmətləri bəzi rayonlarda göstərilmir, buna görə də əlilliyi olan 

uşaqlar  xüsusi  təhsilə  cəlb  edilmək  üçün  digər  rayonlarda  fəaliyyət  göstərən  xüsusi  təhsil 

müəssisələrinə  müraciət  edirlər.  Buna  baxmayaraq,  Azərbaycan  Hökuməti  (AH)  son  zamanlar  

əlilliyi  olan uşaqların  tipik həmyaşıdları ilə birlikdə təhsil almalarına şərait  yaradılmasını  nəzərdə 

tutan  “Azərbaycan  Respublikasında  xüsusi  qayğıya  ehtiyacı  olan  (sağlamlıq  imkanları  məhdud) 

uşaqların  təhsilinin  təşkili  üzrə  İnkişaf  Proqramı  2005-2009-cu  illər”    kimi  təşəbbüsləri  irəli 

sürmüşdür.  

 

Tədqiqatın aparılması UNICEF-in dəstəyilə Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi (MTTYM) 



tərəfindən  həyata  keçirilmişdir.  Bu  tədqiqatı  aparmaqda  məqsəd:  1)  UHK,  qanunvericilik, 

strategiyalar,  vəsaitlər  və  üsullar  baxımından  Azərbaycanda  ƏU-a  göstərilən  təhsil  xidmətlərinin 

vəziyyətini  qiymətləndirmək,  habelə  çıxarılan  nəticələrin  strateji  islahata  göstərdiyi  əsas  təsirləri 

vurğulamaq;  2)  bütün  uşaqların  əsas  təhsilə  cəlb  edilməsinə  mane  olan  iqtisadiyyat  və  maliyyə 

məsələlərini  təhlil  etmək;  3)  inkluziv  təhsil  sahəsində  rast  gəlinən  nümunəvi  üsulları  müəyyən 

etmək və qeydə almaqdır, habelə özünü doğrultmuş səmərəli mexanizm və strategiyaları, narahatlıq 

doğuran  istiqamətləri  və  ƏU-ın  adi  məktəblərdə  uğurla  təhsil  almalarına  mane  olan  amilləri 

                                                 

1

 UNICEF, 2007-ci il,



 

Digərləri ilə müqayisədə bəziləri üçün daha çox təhsil?, Cenevrə, UNICEF-in MŞA və MDB üzrə 

regional şöbəsi

 


 

işıqlandırmaq; nəhayət 4) strateji islahatları həyata keçirmək, lazımi miqdarda vəsaitin ayrılmasını 



təmin etmək, inkluziv təhsilə yardım proqramlarının həyata keçirilməsinə kömək etmək məqsədilə 

Azərbaycanda  hakimiyyət  orqanlarının  və  digər  tərəfdaşların  imkanlarının  artırılmasına  dair 

tövsiyələr verməkdir.  

 

Bu  tədqiqatın  hədəf  qrupu  6-10  yaşlarında  olan  ƏU  idi,  məlumatlar  isə  valideynlərdən, 



müəllimlərdən,  məktəb  direktorlarından,  strategiya  müəyyən  edən  şəxslərdən,  nazirliyin 

əməkdaşlarından  və  qeyri-hökumət  təşkilatlarından  (QHT)  toplanmışdır.  Məlumatın  toplanması 

zamanı  sorğular,  müsahibələr,  hədəf  qruplarının  müzakirələri  (HQM),  müşahidələr  və  sənədlərin 

nəzərdən keçirilməsi kimi tədqiqat üsullarından istifadə edilmişdir.  

 

Tədqiqat  nəticəsində  aşkar  edilmişdir  ki,  sağlamlıq  imkanları  məhdud  olan  uşaqların  tələbatını 



ödəyən  xüsusi  xidmətlər  çox  azdır.  Bu  çatışmazlıq  əsasən  Sovet  dövrünün  köhnəlmiş,  dar  tibbi 

yanaşmaları  ilə  əlaqədardır.  Digər  tərəfdən,  keçmişdə  ƏU-ın  digər  uşaqlardan  təcrid  edilməsi 

strategiyalarının tətbiq edilməsi nəticəsində bir çox ümumi məktəbdə xüsusi xidmət mütəxəssisləri 

yoxdur,  çünki  sistem  bunu  tələb  etmirdi  və  indi  də  etmir.  Bundan  əlavə,  Azərbaycanın  ali  təhsil 

müəssisələrində həmin çatışmazlığı aradan qaldıra biləcək kadrlar yetişdirmək üçün müvafiq sistem 

yoxdur. Kadr hazırlığı ilə bağlı ixtisaslar açılmamışdır.  

 

Müvafiq  normativ  hüquqi  aktların  təhlili  göstərir  ki,  əlil  uşaqların  təhsili  ilə  bağlı  nəzarət  və 



monitorinq qaydaları mövcud deyildir. 

 

Tədqiqatın  yerdə  qalan  hissəsinin  quruluşu  aşağıda  göstərilmişdir.  Növbəti  fəsildə  məlumatı 



toplamaq və təhlil etmək üçün istifadə olunan metodologiya və üsullar təsvir edilir. Həmin fəsildə 

həm  də  nümunə  seçmək  üsulları  və  tədqiqat  qrupunun  nümunə  seçərkən  rast  gəldiyi  çətinliklər 

müzakirə  edilir.  3-cü  fəsildə  tədqiqatın  nəticələri  haqqında  ümumiləşdirilmiş  məlumat  verilir. 

Həmin  fəslin  bölmələri  təhsil  imkanlarına  və  maneələrinə,  hazırda  mövcud  olan  ailə,  dövlət  və 

qohumlar  tərəfindən  göstərilən  dəstəyə;  ƏU-a  göstərilən  münasibətə,  təhsil  xidmətlərinə  və  əlavə 

xidmətlərə həsr olunmuşdur. Bundan əlavə, həmin fəsildə yerli qanunvericilik və uşaq hüquqlarına 

dair əsas beynəlxalq sənədlər müqayisə edilmiş, təhsil xidmətləri və əlavə xidmətlər dərindən təhlil 

edilmişdir. Sonuncu fəsildə nəticələr verilmiş, habelə hökumətin və digər maraqlı tərəflərin gələcək 

fəaliyyətinə dair tövsiyələr verilmişdir.       

 

 



 

2. Metodologiya 

 

Bu tədqiqat keyfiyyəti və miqdari müvafiq üsullarla həyata keçirilmişdir. Tədqiqat iştirakçılarının 

tədqiqatın  nəticələrinə  təsir  göstərmələrinin  qarşısını  almaq  üçün  məhz  həmin  üsullar  istifadə 

edilmişdir.  Əsas  məqsəd  keyfiyyət  və  kəmiyyət  baxımından  toplanan  məlumatların  bir-birini 

tamamladığını, təsdiq etdiyini və sübuta yetirdiyini göstərməkdən ibarət idi.  

 

Müsahiblər üçün müsahibə üsulları üzrə, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqlardan 



və onların valideynlərindən müsahibə götürmək və HQM keçirmək qaydaları üzrə iki günlük təlim 

kursu  təşkil  edilmişdir.  Təlim  əsnasında  iştirakçılara  layihələr,  onların  təyinatları,  Azərbaycanda 

xüsusi və inkluziv təhsilin vəziyyəti haqqında məlumat verilmişdir. Sahə işi 2008-ci ilin aprelində 

başlamış  və  2008-ci  ilin  iyununda  bitmişdir.  Sonra  tədqiqatçılar  qrupu  toplanan  məlumatı  təhlil 

edərək  hesabat tərtib etmişdir. Hesabatda aşağıda göstərilən terminlər əks olunmuşdur:  

 

-



 

Əlilliyi  olan  uşaqlar:  sağlamlıq  imkanları  məhdud  olan,  fiziki,  psixoloji  və  əqli  çətinliklər 

yaşayan, müvafiq xidmətlər göstərilmədiyi təqdirdə təhsil almaqda çətinlik çəkən uşaqlar

2

 



                                                 

2

 



Azərbaycan Respublikasının Hökuməti (2001), Xüsusi təhsil haqqında qanun

   


 

-



 

Evdə  təhsil:  Azərbaycanda  ev  təhsilinin  iki  növü  vardır:    1)  xüsusi  ev  təhsili,  yəni  yalnız 

evlərdə  təhsil  xidməti  göstərən  məktəblər.  Xüsusi  ev  təhsilinin  şərtlərinə  uyğun  olaraq, 

evlərdə  şagirdlərə  dərs  keçdiklərinə  görə  müəllimlərə  əlavə  məvacib  ödənilir;  2)  əlavə 

xidmət  kimi  evlərdə  təhsil  verən  adi  məktəblər.  Məktəb  direktorları  əlavə  məvacib 

ödəmədən evlərdə dərs keçməyi müəllimlərin öhdəsinə qoyur.  

-

 

Xüsusi məktəb: yalnız əlilliyi olan uşaqları qəbul edən, adətən internat və ya sığınacaq kimi 



fəaliyyət göstərən məktəblər.  

-

 



İnteqrativ təhsil: ümumtəhsil məktəblərində, ayrıca siniflərdə əlilliyi olan uşaqlara təhsil 

verilməsi

3

.  


-

 

İnkluziv  təhsil:  xüsusi  tələbatlarından  asılı  olmayaraq,  bütün  uşaqlara  təhsil  verən  adi 



(ümumtəhsil)  məktəblər.  Əlilliyi  olan  uşaqlara  köməklik  göstərilir,  hər  uşağın  tələbatını 

fərdi qaydada ödəmək üçün müvafiq məktəb kurrikulumu təsdiq edilir. Məktəbdə psixoloq, 

əmək gigiyenası üzrə terapevt, nitq terapevti və s. mütəxəssislər tərəfindən xüsusi xidmətlər 

göstərirlər.  

 

 

2.1. Məlumat toplamaq üsulları  



Məlumat toplamaq üçün aşağıda göstərilən üsullardan istifadə edilmişdir: 

 

1.



 

Əlilliyi olan uşaqların valideynləri arasında sorğular (821 valideyn) 

Əvvəlcə  əlil  və  tipik  uşaqların  valideynləri  arasında  sorğu  keçirmək  nəzərdə  tutulmuşdur 

(hər  qrupda  400  valideyn).  Lakin  sonra  tədqiqat  qrupu  belə  razılığa  gəldi  ki,  yalnız  ƏU-ın 

valideynləri  arasında  sorğu  keçirmək  daha  məntiqi  olardı;  HQM  isə  tipik  uşaqların 

valideynləri üçün nəzərdə tutulmuşdur. Tipik uşaqların valideynlərinin inkluziv və inteqrativ 

təhsil  haqqında  kifayət  qədər  məlumatı  olmadığından,  onlarla  fərdi  şəkildə  keçiriləcək 

müsahibələr səmərəsiz ola bilərdi. Bu məqsədlə HQM keçirildi.  



 

2.

 



Müəllimlər arasında sorğu (300 müəllim) 

Bu  tədqiqat  çərçivəsində  ƏU-ın  təhsili  ilə  məşğul  olan  300  müəllim  arasında  64  sualdan 

ibarət  olan  sorğu  vərəqəsi  vasitəsilə  sorğu  keçirildi.  Müəllimlərin  əksəriyyəti  şəhər 

məktəblərindən  olub  (88,6%)  əsasən  evlərdə  dərs  keçir  (33%)  və  inkluziv  təhsillə  məşğul 

olurdular  (30%).  Sorğu  iştirakçılarının  10%-i  xüsusi  internat  məktəblərini,  10%-i  xüsusi 

məktəbləri,  12%-i  ümumtəhsil  orta  məktəbləri,  2,4%-i  isə  inkluziv  sinifləri  təmsil  edirdi. 

Sorğuda  iştirak  edən  müəllimlərin  təxminən  yarısı  20  ildən  artıq  tədris  fəaliyyəti  stajına 

malik idi. Müəllimlərin 60%-dən çoxu 40 və daha yuxarı yaş həddində idi.  

 

3.

 



Məktəb direktorları ilə ətraflı müsahibələr (51 direktor) 

Sorğu ərazilərində (regionlarında) yerləşən 51 məktəbin direktorlarından məlumat toplamaq 

üçün 61 sualdan ibarət olan sorğu vərəqəsindən istifadə edildi. Direktorların 30-u kişi, qalanı 

isə  qadınlar  idi.  Sorğuda  iştirak  edən  direktorların  45%-dən  çoxu  50  və  daha  yuxarı  yaş 

həddində idi və onların əksəriyyəti 20 ildən artıq tədris fəaliyyəti stajına malik idi. Onların 

62%-dən çoxu isə məktəb idarəetməsi sahəsində təxminən 15 illik staja malik idi.  

 

4.

 



Rayon təhsil şöbələrinin müdirləri ilə ətraflı müsahibələr (13 müsahibə) 

 

5.



 

Hökumət nümayəndələri ilə ətraflı müsahibələr (11 müsahibə) 

Müsahibə  verən  hökumət  nümayəndələri  Təhsil  Nazirliyi  (TN),  Səhiyyə  Nazirliyi  (SN), 

Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyin  (ƏƏSMN),  Milli  Məclis  (MM)  və  Ailə, 

Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən idilər. İki nümayəndə, təhsil nazirinin 

müavini  və  parlamentin  insan  haqları  komissiyasının  sədri  vaxt  məhdudiyyəti  səbəbindən 

                                                 

3

 



Azərbaycan Respublikasının Hökuməti (2001), Xüsusi təhsil haqqında qanun

   


 

müsahibə verə bilmədilər. Beləliklə, tədqiqat qrupu nəzərdə tutulan 13 müsahibədən yalnız 



11-ni keçirə bildi.  

 

6.



 

Tipik uşaqların valideynləri və müəllimləri ilə keçirilən HQM (30 nəfərdən ibarət qrup) 

Tipik uşaqların cəmi 271 nəfər müəllim və valideyni hədəf qrupunun müzakirələrində iştirak 

etdi. Onlardan yalnız 33 nəfəri kişi, 237-si isə qadın idi.  

 

7.

 



QHT nümayəndələri ilə HQM (10 nəfərdən ibarət bir qrup) 

QHT-lərin  10  nəfər  nümayəndəsi  HQM-də  iştirak  etdi.  Onlardan  3  nəfəri  Azərbaycanda 

ƏU-ın təhsili və müalicəsi sahəsində fəaliyyət  göstərən beynəlxalq QHT-ləri təmsil edirdi. 

Onlardan beşi isə ƏU-ın təhsili/müalicəsi və valideynlərin cəlb edilməsi ilə birbaşa məşğul 

olan  təşkilatları  təmsil  edirdi.  Qalan  iki  təşkilat  təbliğat  və  digər  kömək  xidmətləri  ilə 

məşğul olurdu.  



 

8.

 



Xüsusi  təhsilin,  ev  təhsilinin,  inteqrativ  təhsilin  (adi  məktəblərdə  xüsusi  siniflər), 

ümumtəhsil məktəblərdə tətbiq olunan inkluziv təhsil üsullarının və s. müşahidə edilməsi  

MTTYM-nin  mütəxəssisi  tərəfindən  İSSA  standartları  əsasında  müşahidə  vasitəsi 

hazırlandı.  İki  müşahidəçidən  ibarət  olan  tədqiqat  qrupu  hər  rayonda  iki  gün  qaldı  və  35 

sinif otağında oldu. Müşahidəçilər ümumtəhsil, xüsusi və internat məktəblərində oldular və 

əlillik dərəcəsi müxtəlif olan uşaqlar üçün xüsusi məktəblər tərəfindən həyata keçirilən evdə 

təhsil ilə bağlı dərsləri  müşahidə etdilər. Müşahidə vasitəsi dərs prosesi zamanı mühitin və 

müəllimlərin pedaqoji yanaşmalarına kömək etmək üçün nəzərdə tutulmuşdu. Həmin vasitə 

dərs prosesində dörd mühüm istiqaməti əks etdirirdi:  

a)

 



Fiziki  mühit  –  şagirdlər  üçün  ayrılan  iş  sahəsinin,  sinif  otağının  tərtibatının,  təhsil 

vasitələrindən və əyani vəsaitlərdən istifadə etmək imkanının tədqiq edilməsinə xüsusi 

diqqət yetirilməsi;  

b)

 



Təlim  mühiti  –  bütün  uşaqlar  üçün  öyrənmək,  təlim  fəaliyyətində  iştirak  etmək, 

həmyaşıdlarla  və  heyətlə  məqsədəuyğun  qarşılıqlı  ünsiyyətə  girmək  imkanı  yaratmaq 

üçün müəllimin yaratdığı mühitin tədqiq edilməsinə xüsusi diqqət yetirilməsi; bu zaman 

həm  də  uşaqların  tələbatlarının  nəzərə  alınması  və  onlara  dözümlü  münasibət 

göstərilməsi məsələləri də tədqiq olunur;  

c)

 



Tədris  üsulları  və  təlim  tədbirləri  –  dərs  zamanı  uşaqların  təlim  fəaliyyətini 

genişləndirmək  məqsədilə  müəllimlərin  həyata  keçirdikləri  tədris  üsullarına  və  təlim 

tədbirlərinə həsr olunan üçüncü qiymətləndirmə istiqaməti;  

d)

 



İctimai  mühit  –  sinif  otağındakı  ictimai  mühitə,  habelə  uşaqların  öyrənmək  və  birgə 

yaşamaq  bacarıqlarını  inkişaf  etdirən,  müsbət  ictimai  dəyərləri  təbliğ  edən  və 

möhkəmləndirən,  uşaqların  davranışını  qiymətləndirməyə  imkan  verən  davranış 

formalarını  tərtib  etmək  qabiliyyətinin  müəllimlərdə  olub-olmadığına  xüsusi  diqqət 

yetirilməsi. 

Təklif  olunurdu  ki,  hər  dörd  istiqamət  üç  göstərici  əsasında  qiymətləndirilsin:  müşahidə 

edilmir,  nadir  hallarda  müşahidə  edilir  və  ardıcıl  surətdə  müşahidə  edilir.  Hər  göstəriciyə 

müşahidəçinin fikrini təsdiq edən qeydlərin əlavə olunması tövsiyə olunurdu.  Bundan əlavə, 

məktəblərə edilən səfərlər və evdə aparılan dərslər nəticəsində ətraflı qeydlər aparılmışdır.  

 

9.



 

Yerli və beynəlxalq qanunvericiliklərin təhlili 

Əsasən  dövlət  orqanlarının  internet  saytlarından  götürülən  milli  qanunlar,  qərarlar  və 

əsasnamələr tədqiqatçılar tərəfindən təhlil edilmişdir

4

. Məlumatlar hesabat üçün lazım olan, 



təhsilə aid olan və hazırda qüvvədə olan qanunvericilik sənədlərindən ibarətdir. UHK, Əlil 

şəxslərin  haqları  konvensiyası  (ƏŞHK),  Salamanka  bəyannaməsi  və  s.  kimi  beynəlxalq 

sənədlər də təhlil edilmişdir.  

 

                                                 

4

  

www.edu.gov.az, www.justice.gov.az, www.preseident.az, www.meclis.gov.az, www.cabmin.gov.az, www.health.gov.az



 

 

 



2.2. Nümunə seçmək əməliyyatları  

Məlumat  toplamaq  üçün  çoxmərhələli  nümunə  seçmək  üsulundan  istifadə  edilmişdir.  Həmin  üsul 

püşk yolu ilə seçilən məktəblərdə aparılmışdır. Bu tədqiqat üçün ƏU Səhiyyə Nazirliyinin təqdim 

etdiyi  siyahılardan  püşk  yolu  ilə  seçilmişdir.  Tədqiqat  iştirakçılarının  qalan  hissəsi  ƏU  vasitəsilə 

seçilmişdir,  yəni  ƏU-la  sorğu  keçirildikdən  sonra  onların  valideynlərindən,  həmin  məktəblərdə 

təhsil alan tipik uşaqlar və onların valideynlərindən,   məktəb direktorlarından, habelə rayon təhsil 

şöbələrinin əməkdaşları ilə sorğular keçirilmişdir.  

 

SN-in  təqdim  etdiyi  siyahıya  uyğun  olaraq,  Azərbaycanda  2006-cı  ildə  qeydiyyata  düşən,  əlilliyi 



olan uşaqların sayı 23 533 idi. SN-in təqdim etdiyi ƏU siyahısından məlum olur ki, onların 83,8%-i 

5-17  yaş  həddindədir.  Nəticələri  optimallaşdırmaq  üçün  tədqiqat  qrupu  qeydiyyata  alınmış  ən  çox 

ƏU-ın  yaşadığı  13  rayonu  seçməyi  qərara  aldı.  Daha  çox  ƏU-ın  Bakı  (paytaxt)  və  Sumqayıt 

şəhərlərində  yaşadığını  nəzərə  alaraq,  nümunə  seçərkən  həmin  şəhərlərdən  daha  çox  müsahib 

seçilmişdir.

5

 Yekun nümunələr 1-ci cədvəldə (6-cı səh.) göstərilmişdir.   



 

Sorğuda iştirak edən valideynlərin təxminən 22%-i kəndlərdən, 78%-i isə şəhərlərdən (şəhərlər və 

rayon  mərkəzləri)  idi.  Valideynlərin  böyük  əksəriyyəti  yalnız  bir  əlil  uşağa  malik  olduğunu 

bildirmişdi.  Müşahidə  əraziləri  TN-in  təqdim  etdiyi  məlumat  əsasında  seçilmişdi.  İki  meyar 

əsasında  müşahidə  yerləri  seçildi.  Birinci  meyar  təhsil  alan  ƏU-ın  sayı,  ikinci  meyar  isə  ƏU-a 

göstərilən təhsil xidmətlərinin növü idi.  

 

Bakı  ən  çox  ƏU-a  (33,5%)  və  təhsil  müəssisələrinin  bütün  növlərinə,  yəni  ev  təhsilinə,  xüsusi 



məktəblərə,  internat  məktəblərə,  ümumtəhsil  məktəblərdə  birləşdirilmiş  siniflərə,  ümumtəhsil 

məktəblərdə  sınaq  səciyyəli  inkluziv  təhsil  siniflərinə  malik  olan  şəhər  kimi  seçildi.  Biləsuvar 

(9,8%)  ən  çox  ƏU-a  malik  olan  kənd  rayonudur  və  həmin  uşaqlara  yalnız  evlərdə  dərs  keçilir. 

Sumqayıt  şəhəri  ƏU-ın  ümumi  sayının  8%-inə  malik  olan  və  təhsil  xidmətlərinin  bütün  növlərini 

göstərən digər böyük şəhər kimi seçildi.  

 

                                                 



5

 Etiraf etmək lazımdır ki, KSİ ölkələrində, o cümlədən Azərbaycanda adətən rəsmi rəqəmlər etibarlı olmur. Məsələn, tədqiqat qrupu 

qeydiyyata düşən uşaqları öz ünvanlarında tapmamışdır. Dövlət orqanlarının nümayəndələri anonimlik şərtilə bildirdilər ki, bir çox 

uşaq öz ünvanını dəyişir, lakin heç də bütün hallarda yeni ünvanı təqdim etmir. Bu vəziyyət təkcə ƏU-ın ümumi sayı baxımından 

deyil, həm də kənd/şəhər nisbəti kimi məsələlər baxımından bütün ölkəyə xas olan nümunəvi qayda tərtib etməkdə tədqiqat qrupu 

üçün müəyyən çətinliklər yaratdı. Bu səbəbdən tədqiqat metodologiyasının bəzi zəif cəhətləri ola bilər. 

 

1-ci cədvəl. Nümunələrin seçilməsi 

Rayonun adı 

ƏU-ın ümumi 

sayı 

(5-17 yaş) 

Nümunələrin 

seçilməsi 

(nəzərdə 

tutulan) 

Nümunələrin 

seçilməsi 

(həqiqi icra) 

Nümunələrin 

seçilməsi 

(həqiqi icra %) 

1.

 



Bakı 

3567 


220 

240 


6.7% 

2.

 



Biləsuvar 

1043 


60 

59 


5.6% 

3.

 



Masallı 

915 


80 

80 


8.7% 

4.

 



Sumqayıt 

852 


100 

100 


11.7% 

5.

 



Gəncə 

775 


100 

99 


12.7% 

6.

 



Ağcəbədi 

665 


40 

40 


6% 

7.

 



Qax 

562 


20 

20 


3.5% 

8.

 



Naxçıvan 

484 


40 

40 


8.2% 

9.

 



Şəki 

470 


20 

22 


4.6% 

10.


 

Goranboy 

463 

20 


20 

4.3% 


11.

 

Tovuz 



437 

20 


21 

4.8% 


12.

 

Bərdə 



428 

20 


21 

4.9% 


13.   Yevlax 

 

60



6

 

59 



 

Cəmi 

10661 

800 

821

7

 



7.7% 

 

Şəki  və Yevlax təhsil xidmətlərinin bütün  ənənəvi  növlərini göstərən kənd rayonlarıdır və burada 



ƏU-ın  4.4%-i  yaşayır. Yevlax həm  də  sınaq səciyyəli inkluziv təhsil siniflərini açan kənd rayonu 

kimi seçilmişdir

8

.  Bundan əlavə, Şağan və Saray kəndlərində Əmək və  Əhalinin  Sosial  Müdafiəsi 



Nazirliyinin  nəzdində  fəaliyyət  göstərən,  ağır  əlillik  dərəcəsinə  malik  olan  uşaqlar  üçün  nəzərdə 

tutulan internat məktəbinə baş çəkilmiş, sinif otaqları və mühit müşahidə edilmişdir.    

 

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə