Azərbaycan Respublikası



Yüklə 0.71 Mb.
PDF просмотр
səhifə9/9
tarix07.12.2016
ölçüsü0.71 Mb.
1   2   3   4   5   6   7   8   9

 

Bu sahədəki vəziyyəti nəzərdən keçirdikdən, məlumatları təhlil etdikdən və mövcud qanunvericilik 

bazasını nəzərdən keçirdikdən sonra, aşağıda göstərilən əsas strateji tövsiyələr tərtib edilmişdir. Hər 

bir tövsiyədə onun həyata keçirilməsi yollarına dair təkliflər və tədbirlər təsvir olunmuşdur.   

 

1.

 

Xüsusi  və  inkluziv  təhsil  islahatları  ölkədə  aparılan  Ümumi  təhsil  islahatlarının  tərkib 

hissəsi olmalıdır.  

 

TN inkluziv təhsili hökumətin strateji məqsədi kimi təqdim edir. Eyni zamanda qeyd etmək 



lazımdır  ki,  əsas  təhsil  qanunu  layihəsində  inkluziv  təhsil  barədə  qeydlər  öz  əksini 

tapmamışdır. Buna görə də aşağıdakı tövsiyələr təqdim edilir: 

 

1.1.

 

“İnkluziv təhsil haqqında qanun” dövlət tərəfindən qəbul edilməlidir. 

 

1.2.



 

Bu qanundan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün müvafiq normativ baza 

yaradılsın. 

 

1.3.

 

Hökumət  genişəhatəli  ilkin  pedaqoji  təhsil,  müəllim  ixtisasartırması  və  mütəxəssis 

hazırlığı proqramını tərtib etməli və həyata keçirməlidir.  

Tədqiqat  nəticələri  göstərdi  ki,  tədris  və  xüsusi  xidmətlər  sahəsində  mütəxəssis 

çatışmazlığı  təhsil  sisteminin  müvafiq  təhsil  imkanları  yaratmasına  mane  olan  əsas 

amillərdən biridir. Bu məsələnin miqyasını və ölçüsünü, habelə yerlərdə mövcud şəraiti 

nəzərə alaraq, aşağıda göstərilən üç mərhələli əməliyyatı tövsiyə etmək olar:  

 

a.



 

Qısa  müddət:  Hazırkı  işçi  qüvvəsi  üçün  qısa  müddətli  ixtisasartırma  kursu  təşkil 

etmək.  Hədəf  qrupu  müəllimlərdən  və  müəllim  köməkçilərindən,  məktəblərdə  və 

uşaq bağçalarında fəaliyyət göstərən xüsusi xidmət işçilərindən ibarətdir.  

b.

 



Orta  müddət:  Ölkənin  orta  müddətli  tələbatını  ödəmək  məqsədilə  bir-iki  illik  ilkin 

pedaqoji  təhsil  və  müəllim  ixtisasartırması,  yəni  kollec  (müəllim  hazırlığı  və  tibbi 

kolleclər)  proqramları  tərtib  etmək  və  həyata  keçirmək.  Bunun  nəticəsində  orta 

məktəbi bitirən gənclər təhsil alaraq, orta ixtisaslı mütəxəssis kimi fəaliyyət göstərə 

bilərlər. Həmin proqramın hədəf qrupları mövcud işçi qüvvəsindən və orta məktəbi 

bitirən  gənclərdən  ibarətdir.  Hökumətin  son  zamanlar  peşə  təhsili  sistemini  əsaslı 

surətdə  yenidən  qurmaq  öhdəliklərini  qəbul  etməsi  və  rayonlarda  orta  məktəbləri 

yenicə  bitirən  gənclərin  gələcək  əmək  fəaliyyətinə  dair  istəkləri  bu  məqsədi 

həqiqətəuyğun və cəlbedici edir.  

c.

 



Uzun  müddət:  Mütəxəssis  hazırlığını,  müəllim  hazırlığını,  tədqiqat  və  inkişaf 

tədbirlərinin həyata keçirilməsini, habelə strategiyanın tərtib edilməsini təmin etmək 



42 

 

üçün  universitetin  əyani  şöbəsində  müvafiq  ixtisaslar  üzrə  elmi  proqramlar 



(bakalavriat, magistratura və doktorantura) tərtib etmək. Ölkənin Bolonya prosesinə 

qoşulmaq  istəyi  həmin  proqramların  həyata  keçiriləcəyinə  ümid  verən  amillərdən 

biridir. Bundan əlavə, son illərdə bir neçə dövlət universiteti xarici, xüsusilə ABŞ və 

Avropa  universitetləri  ilə  birgə  təhsil  proqramları  həyata  keçirmişdir;  bu  cür 

təcrübələr gələcək təşəbbüslər üçün nümunə kimi istifadə oluna bilər, çünki ölkənin 

bir çox universiteti qeyd olunan ixtisaslar üzrə keyfiyyətli tədris proqramları həyata 

keçirmək üçün lazım olan elmi və inzibati vəsaitlərə malik deyildir.  

 

      1.4. Hökumətin gələcək strategiyalarında və qaydalarında rahat istifadə imkanı əsas və ən 



vacib məsələlərdən biri kimi nəzərə alınmalıdır. Hökumət dövlət büdcəsindən və digər 

mənbələrdən sərmayə cəlb etmək yolu ilə infrastruktur məxariclərini xeyli artırmışdır. 

Təqdirəlayiq haldır ki, 2003-08-ci illərdə hökumət ölkədə 1300-dən artıq məktəb inşa 

etmiş  və  ya  yenidən  qurmuşdur,  bu  isə,  ölkənin  bütün  məktəblərinin  təxminən  üçdə 

biridir.  Biz  tövsiyə  edirik  ki,  hökumət  yeni  məktəb  binalarını  və  digər  müvafiq 

qurğuları layihələndirərkən əlillərin rahat istifadə imkanlarına dair planları və layihələri 

də tərtib etsin.  

 

      Hökumət  bütün  ölkədə  ƏU-ın  ailələrinə  nəqliyyat  xərclərini  ödəmək  üçün  maliyyə 



yardımınını  ayrılması  üsullarını  tərtib  etməlidir.  Xüsusi  nəqliyyatın  təmin  edilməsi 

nəticəsində  ƏU-ın  əksəriyyətinin  təhsilə  cəlb  edilməsi  mümkün  olar.  Buna  nail  olmaq 

üçün  bu  müəssisələrin  nəqliyyatla  təmin  olunmasının  həyata  keçirilməsi  üçün  xüsusi 

qaydalar  hazırlanmalı  və  ya  müəssisələrin  nümunəvi  əsasnamələrinə  vacib  şərt  kimi 

əlavə edilməlidir. 

  

2.



 

Hökumət xüsusi və inkluziv təhsilə dair milli konsepsiya tərtib etməlidir. Hökumətin təhsil 

strategiyası  tərtib  edilərkən  Azərbaycan  üçün  vahid  və  ümumi  inkluziv  təhsil  nümunəsi 

təyin edilməlidir və onu həyata kçeirmək üçün lazımi tədbirlər görülməlidir.   

 

Tədqiqat göstərir ki, ölkədə inkluziv təhsil haqqında vahid aydın təsəvvür yoxdur. Bir çox 



tədqiqatın nəticələri ona dəlalət edir ki, inklüziv təhsilin və əlilliyin tərifinin verilməsi çətin 

məsələdir,  çünki  ayrı-ayrı  ölkələrdə  bu  barədə  təsəvvürlər  fərqlidir.  Sorğu  nəticələrində 

deyilir ki, bir çox sorğu iştirakçısı inkluziv təhsilin tərifini bilmir: inkluziv təhsil necə olur? 

və ya bütün uşaqlar bir yerdə təhsil ala bilərmi? Buna görə strateji tövsiyələrdən biri ondan 

ibarətdir  ki,  əlilliyin  rəsmi  təsnifatı  Xəstəliklərin  Beynəlxalq  klassifikasiyasına 

uyğunlaşdırılsın..  Bu  məqsədə  nail  olmaq  üçün  aşağıda  göstərilən  tədbirlərin  həyata 

keçirilməsi məqsədəuyğundur: 

 

2.1.



 

Əlilliyin  tərifinə/təsnifatına  dair  yeni  dövlət  strategiyası  tərtib  etmək  məqsədilə  yerli 

və  beynəlxalq  ekspertlərdən  (həm  Sovet,  həm  də  Qərb  təhsili  almış  ekspertlərdən), 

QHT-lərin və dövlət orqanlarının nümayəndələrindən ibarət olan, dəqiqliklə müəyyən 

edilmiş  məqsədlərə,  vəzifələrə,  vaxt  cədvəlinə  və  fəaliyyət  planına  malik  olan  İşçi 

Qrupu  (İQ)  yaratmaq.  İQ-nun  öz  fəaliyyətini  həyata  keçirə  bilməsi  üçün  onun 

büdcədən maliyyələşdirilməsi məqsədəuyğun olardı. 



2.2.

 

Bu  sahədə  mövcud  olan  çatışmazlıqları  aradan qaldırmaq  üçün  hökumət  bu  sahədə 

tədqiqatın  aparılmasını  dəstəkləməlidir.  Hal  hazırda  tədqiqatların  aparılmasına 

əhəmiyyət  verilir  müasir  ədəbiyyatdan  və  kitabxanalardan  istifadə  imkanlarının 

olmaması da tədqiqatın aparılmasına mane olan amillərdəndir.

 

Bu sahənin məsələləri və 



çətinlikləri barədə cəmiyyətə daim məlumat vermək üçün ictimaiyyəti məlumatlandırma 

kampaniyalarının  fasiləsiz  surətdə  həyata  keçirilməsi  qaydalarını  tərtib  edilməsi 

vacibdir.  Tədqiqat  nəticəsində  məlum  oldu  ki,  ölkədə  inkluziv  təhsillə  bağlı    ƏU-ın 

hüquqları  və  onlar  üçün  müəyyən  edilmiş  yardım  növləri  barədə  azməlumatlılıq 

mövcuddur. 


43 

 

2.3.



 

Əhalinin məlumatlandırılması üçün məlumatlandırma kampaniyaları keçirilməlidir. 

 

3.

 

Hökumət  xüsusi  xidmətin  göstərilməsi  sistemini  əlilliyi  olan  uşaqların  təhsilinin 

keyfiyyətini təmin edən əsas məsələlərdən biri kimi qəbul etməlidir.  

 

İnkluziv  təhsil  strategiyalarının  uğurla  həyata  keçirilməsi  üçün  xüsusi  xidmətlərin 



göstərilməsi  (psixoloqlarının,  nitq və  əmək gigiyenası  terapevtlərinin,  sosial  işçilərin və s.) 

çox  əhəmiyyətlidir  Hökumət  tərəfindən  hal-hazırda  bu  xidmətlər  təklif  olunmur.

 

Böyük 


şəhərlərdə və rayon mərkəzlərində ailə və uşaqlara yardım mərkəzlərinin yaradılması da çox 

məqsədəuyğun  olardı.  İnkluziv  təhsilə  cəlb  olunmuş  məktəblərin  nəzdində  reabilitasiya-

inkişaf xidmətləri göstərən mərkəzlər yaradılmalıdır. 

 

3.1.



 

Mövcud  icma  əsaslı  reabilitasiya  mərkəzləri  inkişaf  etdirilməlidir,  onların  təcrübəsi 

xüsusi xidmətlərin göstərilməsi və təkmilləşdirilməsi üçün istifadə edilməlidir. Dövlət 

maliyyə və texniki yardımı mexanizmləri (məsələn, fəaliyyət keyfiyyətinin standartları, 

müalicə  metodologiyası  və  s.)  vasitəsilə  alternativ  müəssisələri  dəstəkləməyə  və  bu 

mərkəzlərin şəbəkəsini genişləndirə bilər. 

 

3.2.

 

Nəhayət,  Tibbi-pedaqoji-psixoloji  komissiyaların vəzifələri,, səlahiyyətləri  öhdəlikləri 

nəzərdən  keçirilməli  və  əlilliyi  olan  uşaqların  təhsilə  olan  tələbatını  ödəmək  üçün 

mövcud  strukturu  dəyişdirilməlidir.  Yuxarıda  qeyd  edildiyi  kimi,  əldə  edilən  ümumi 

razılığa  uyğun  olaraq,  TPPK  heç  də  bütün  hallarda  ƏU-ın  və  onların  ailələrinin 

tələbatını  tam  ödəyə  bilmir.  Bir  çox  ekspert  qanunverici  və  tənzimləyici  amillərin  bu 

orqanın  fəaliyyətinin  səmərəsinə  və  çevikliyinə  mənfi  təsir  göstərdiyini  bildirirlər. 

Bununla  bağlı  tövsiyə  olunur  ki,  komissiyanın  vəzifə  və  səlahiyyətlərini 

dəyişdirilməlidir.  TPPK-larını  Təhsil  nazirliyinin  nəzdində  xüsusi  şöbələrə  çevirmək 

olar.  Komissiya  evlərə  getmək,  ümumi  məktəblərdə  və  ya  yerli  təhsil  şöbələrində 

müvafiq xidmətlər göstərmək üçün işə götürülən ekspertlər vasitəsilə xidmətlər göstərə 

bilər. ƏU-ın  ümumi  məktəbə qəbul  edilməsi  zamanı bu  barədə qərarın  qəbul  edilməsi 

prosesinə  məktəb rəhbərliyini, valideynlər və uşaqlar  da cəlb  edilə bilər.  Qeyd olunan 

məsələ ilə bağlı müvafiq qayda və təlimatar hazırlanmalıdır.  

 

 


44 

 

İstifadə olunmuş ədəbiyyatın siyahısı 



 

Azərbaycan Respublikasının Konstitusiyası (1995), Bakı: Azərbaycan Respublikasının Hökuməti  

 

Uşaq hüquqları konvensiyası (1989), Nyu York: BMT 



 

Dakar  fəaliyyət  çərçivəsi,  Hamı  üçün  təshil:  ümumi  öhdəliklərin  yerinə  yetirilməsi  (2000),  Paris: 

UNESCO  

 

Azərbaycan  Respublikası  Prezidentinin  Əhalinin  sosial  təminatını  möhkəmləndirmək  üçün  əlavə 



tədbirlər  haqqında  fərmanı  (22  yanvar  2007-ci  il),  Bakı:  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabineti  

 

Əlil  şəxslər  üçün  xüsusi  məktəbəqədər  təhsil  müəssisələrinin  nizamnaməsi  haqqında  024  nömrəli 



qərar (4 mart 2004-cü il), Bakı: Azərbaycan Respublikasının Nazirlər Kabineti  

 

Evdə  təhsil  almaq  hüququ  verən  xəstəliklərin  siyahısı  və  ev  məktəbinin  (və  ya  təhsilinin)  təşkil 



edilməsi  qaydası  haqqında  077  nömrəli  qərar  (10  may  2002-ci  il),  Bakı:  Azərbaycan 

Respublikasının Nazirlər Kabineti 

 

Xüsusi  təhsil  müəssisələrinin  nizamnaməsi  haqqında  078  nömrəli  qərar  (10  May,  2002),  Bakı: 



Azərbaycan Respublikasının Nazirlər Kabineti  

 

Əlil  şəxslər  üçün  peşə  təhsili  haqqında  72  nömrəli  qərar  (29  aprel  2002-ci  il),  Bakı:  Azərbaycan 



Respublikasının Nazirlər Kabineti  

 

Nitq patoloqunun təmin edilməsi haqqında 73 nömrəli qərar (29 aprel 2002-ci il), Bakı: Azərbaycan 



Respublikasının Nazirlər Kabineti  

 

Tibbi-pedaqoji-psixoloji komissiyanın yaradılması haqqında 74 nömrəli qərar, (29 aprel 2002-ci il), 



Bakı: Azərbaycan Respublikasının Nazirlər Kabineti  

 

Evdə  məktəb  haqqında  77  nömrəli  qərar  (10  may  2002-ci  il),  Bakı:  Azərbaycan  Respublikasının 



Nazirlər Kabineti  

 

Müalicə  mərkəzlərinin  nizamnaməsi  haqqında  85  nömrəli  qərar  (29  may  2002-ci  il),  Bakı: 



Azərbaycan Respublikasının Nazirlər Kabineti  

 

Sağlamlıq  imkanları  məhdud  olan  şəxslərə  qayğıkeş  şəkildə  ibtidai  və  orta  təhsil  xidmətlərinin 



göstərilməsi  qaydaları  haqqında  86  nömrəli  qərar  (29  may  2002-ci  il),  Bakı:  Azərbaycan 

Respublikasının Nazirlər Kabineti  

 

İnteqrativ məktəb şəraitində təhsil fəaliyyətinin təşkil edilməsi haqqında 87 nömrəli qərar (29 may 



2002-ci il), Bakı: Azərbaycan Respublikasının Nazirlər Kabineti  

 

Stasionar şəraitdə (xəstəxanada) təhsilin təşkil edilməsi haqqında 88 nömrəli qərar (29 may 2002-ci 



il), Bakı: Azərbaycan Respublikasının Nazirlər Kabineti 

 

Xüsusi  təhsil  alan  uşaqların  xüsusi  məktəblərə,  sağlamlıq  və  müalicə  mərkəzlərinə  və  tibb  



müəssisələrinə  daşınması  üçün  həmin  uşaqların  valideynlərinə  və  digər  qanuni  nümayəndələrinə 

45 

 

ödənilən  vəsaitlər  haqqında  193  nömrəli  qərar  (13  dekabr  2004-cü  il),  Bakı:  Azərbaycan 



Respublikasının Nazirlər Kabineti  

 

Azərbaycan  Respublikasının  Ümumi  təhsil  haqqında  qanunu  (7  oktyabr  1992-ci  il),  Bakı: 



Azərbaycan Respublikasının Hökuməti 

 

Azərbaycan  Respublikasının  Uşaq  hüquqları  haqqında  qanunu  (18  may  1998-ci  il),  Bakı: 



Azərbaycan Respublikasının Nazirlər Kabineti 

 

Azərbaycan  Respublikasının  Ağ  ciyər  vərəminə  qarşı  mübarizə  haqqında  qanunu  (2  may  2000-ci 



il), Bakı: Azərbaycan Respublikasının Nazirlər Kabineti 

 

Sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinin inkişaf etdirilməsinə dair Milli fəaliyyət planı 



(MFP) (2005), Bakı: Azərbaycan Respublikasının Nazirlər Kabineti  

 

Əlil  şəxslər  üçün  pulsuz  xüsusi  təhsil  haqqında  əsasnamə  (5  may  2002-ci  il),  Bakı:  Azərbaycan 



Respublikasının Nazirlər Kabineti 

 

Azərbaycan Respublikasının Əhalinin sağlamlığının qorunması haqqında qanunu (18 fevral 1997-ci 



il), Bakı: Azərbaycan Respublikasının Nazirlər Kabineti  

 

Azərbaycan  Respublikasının  Əmək  pensiyaları  haqqında  qanunu  (7  fevral  2006-cı  il),  Bakı: 



Azərbaycan Respublikasının Nazirlər Kabineti 

 

Azərbaycan  Respublikasının  Pentensiar  müəssisələrdən  buraxılmış  şəxslərin  sosial  adaptasiyası 



haqqında qanunu (31 may 2007-ci il), Bakı: Azərbaycan Respublikasının Nazirlər Kabineti 

 

Azərbaycan  Respublikasının  Əlilliyin  qarşısının  alınması,  əlillərin  müalicəsi  və  sosial  təminatı 



haqqında qanunu (25 avqust 1992-ci il), Bakı: Azərbaycan Respublikasının Nazirlər Kabineti 

 

Azərbaycan  Respublikasının  Vətəndaşların  pensiyalarla  təmin  edilməsi  haqqında  qanunu  (23 



sentyabr 1992-ci il), Bakı: Azərbaycan Respublikasının Nazirlər Kabineti 

 

Azərbaycan Respublikasının QİÇS-in  yayılmasının qarşısının alınması haqqında qanunu  (16 aprel 



1996-cı il), Bakı: Azərbaycan Respublikasının Nazirlər Kabineti 

 

Azərbaycan  Respublikasının  Sosial  müavinətlər  haqqında  qanunu  (7  fevral  2006-cı  il),  Bakı: 



Azərbaycan Respublikasının Nazirlər Kabineti 

 

Azərbaycan  Respublikasının  Sosial  sığorta  haqqında  qanunu  (18  fevral  1997-ci  il),  Bakı: 



Azərbaycan Respublikasının Nazirlər Kabineti 

 

Azərbaycan Respublikasının Məqsədli dövlət sosial yardımı haqqında qanunu (21 oktyabr 2005-ci 



il), Bakı: Azərbaycan Respublikasının Nazirlər Kabineti 

 

Xüsusi təhsil haqqında qanun (2001), Bakı: Azərbaycan Respublikasının Hökuməti  



 

Bağlı  və  açıq  tipli  xüsusi  təhsil  müəssisələrinin  nizamnaməsi  (10  may  2003-cü  il),  Bakı: 

Azərbaycan Respublikasının Hökuməti  

 

Əlil  şəxslər  üçün  xüsusi  məktəbəqədər  təhsil  müəssisələrinin  nizamnaməsi  (4  mart  2004-cü  il), 



Bakı: Azərbaycan Respublikasının Hökuməti 

 


46 

 

BMT (13 dekabr 2006-cı il), Əlil şəxslərin haqları konvensiyası, Nyu York: BMT 



 

BMT  (noyabr,  2004-cü  il),  İqtisadi,  sosial  və  mədəni  haqlar  haqqında  beynəlxalq  sazişin 

Azərbaycanda həyata keçirilməsi haqqında hesabat, Paris: BMT 

 

UNESCO  (1994-cü  il),  Salamanka  bəyannaməsi  və  xüsusi  tələbata  cavab  verən  təhsilə  dair 



fəaliyyət çərçivəsi, Paris: UNESCO  

 

DST  (2002),  Fəaliyyət,  əlillik  və  sağlamlıq  haqqında  ümumi  təsəvvürə  doğru,  Cenevrə:  Dünya 



Səhiyyə Təşkilatı 

 

Dünya  Təhsil  Forumunun  Tərtibat  Komissiyası  (23  may  2000-ci  il),  Dakar  fəaliyyət  çərçivəsinə 



dair  geniş  rəy.  Hamı  üçün  təhsil:  ümumi  öhdəliklərimizin  yerinə  yetirilməsi,  Paris:  Dünya  Təhsil 

Forumunun Tərtibat Komissiyası  

 

 

 



 

 

 



 

              

 

 

 



 

 

 



 
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə