Azərbaycan Respublikası



Yüklə 0.71 Mb.
PDF просмотр
səhifə7/9
tarix07.12.2016
ölçüsü0.71 Mb.
1   2   3   4   5   6   7   8   9

 

3.7. Qanunvericilik 

Azərbaycan Respublikası da BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasına qoşulduğuna görə 

ƏU-ın  hüquqlarını daha yaxşı  müdafiə etmək üçün  qanunvericilikdə  müvafiq  dəyişikliklər etməyi 

öhdəsinə götürmüşdür. Aydındır ki, belə uşaqların bir çox problem və çətinlikləri vardır. Mövcud 

çətinlikləri aradan qaldırmaq üçün kompleks yanaşmalar lazımdır. Onu da qeyd etmək lazımdır ki,   

ƏU-ın təhsilə cəlb edilməsi mühüm məsələlərdən biridir. Hazırda Azərbaycanda bir çox beynəlxalq 

və  qeyri-hökumət  təşkilatları  əlilliyi  olan  uşaqların  təhsili  sistemində  islahat  aparmağı  tövsiyə 

edirlər. Islahatların aparılması üçün isə öncə mövcud qanunvericilik təhlil edilməlidir.  

 

Hesabatda  bu  bölmənin  əsasını  həm  milli  qanunların  müddəalarının,  həm  də  müvafiq  beynəlxalq 



sənədlərin (UHK, ƏŞHK və Salamanka Bəyannaməsi) müqayisəli təhlili təşkil edir. Eyni zamanda 

uşaq  hüquqları,  təşkilati  tədbirlərin,  təhsil  almaq  imkanlarının,  pedaqoji  və  peşəkar  heyətin 

ixtisasartırma  və  yenidən  hazırlanmasının,  əlavə  yardım  xidmətlərinin  və  ictimai  baxışların 

müqayisəli təhlili aparılmışdır.   



 

3.7.1. Uşaq Hüquqları 

Bərabərliyin  təmin  edilməsi,  ayrıseçkiliyin  aradan  qaldırılması  və  bərabər  imkanların  yaradılması 

qaydaları  bir  çox  sahədə  dövlət  strategiyasının  əsasını  təşkil  edə  bilər.  Uşaqlar  haqqında  milli 

qanunvericiliyi  tərtib  edərkən  rəhbər  qaydaların  toplusundan  ibarət  olan  UHK  mütləq  istifadə 

edilməlidir. Azərbaycan 1992-ci ildə bu beynəlxalq sənədi imzalamış və təsdiq etmiş, bu və digər 

müvafiq  sənədlər  əsasında  Azərbaycan  Respublikasının  Uşaq  hüquqları  haqqında  qanunu  tərtib 

edilmişdir

37

  (bundan  sonra  bu  sənəddə  Milli  qanun  adlandırılacaqdır).  Bütövlükdə  UHK  və  milli 



qanunlar, o cümlədən ƏU-ın hüquqları ilə bağlı müddəalar uyğunlaşdırılmalıdır 

 

UHK-na  qoşulan  dövlət  “uşağın  və  ya  onun  valideyninin  və  ya  qanuni  qəyyumunun  irqindən, 



cinsindən, dilindən, dinindən, siyasi və ya digər fikirlərindən, milli, etnik və ya sosial mənşəyindən, 

əmlakından,  əlilliyindən  və  digər  statusundan  asılı  olmayaraq,  ayrı-seçkiliyin  heç  bir  növünə  yol 

vermədən,  hər  bir  uşağın  hüquqlarına  hörmətlə  yanaşmalı  və  həmin  hüquqları  təmin  etməlidir. 

ƏŞHK-nda da bu müddəa təkrar olunur, belə ki,  əlillik əsasında hər hansı ayrı-seçkiliyə yol vermək 

qadağan  olunur  və  əlil  şəxslərin  istənilən  dəlil  əsasında  ayrı-seçkiliyə  məruz  qalmaqdan  hüquqi 

üsullarla,  bərabər  və  səmərəli  şəkildə  müdafiə  olunmalarının  təmin  edilməsi  bu  konvensiyaya 

qoşulan ölkələrin qarşısına öhdəlik kimi qoyulur.   

 

Milli  qanun  bütün  uşaqların  bərabər  hüquqlara  malik  olduqlarını  təsdiq  edir.  Onu  da  qeyd  etmək 



lazımdır  ki,  milli  qanunda  təsbit  olunan  uşaq  hüquqları  və  azadlıqlarının  digər  hüquqi  sənədlərlə 

                                                 

37

 Azərbaycan Respublikasının Nazirlər Kabineti (18 may 1998-ci il), Azərbaycan Respublikasının Uşaq hüquqları haqqında qanunu 



(Milli qanun)   

 


30 

 

məhdudlaşdırılmasına icazə verilmir



38

.  Buna  görə  də,  nə  uşaqlar,  nə  də  onların  valideynləri  və  ya 

qanuni qəyyumları əlilliyə görə ayrı-seçkiliyə məruz qala bilməzlər. ƏŞHK-nın giriş hissəsində və 

7-ci  maddəsində  qeyd  edildiyi  kimi,  “konvensiyanı  imzalayan  dövlətlər  ƏU-ın  digər  uşaqlarla 

yanaşı  bütün  insan  haqlarından  və  əsas  azadlıqlardan  bərabər  qaydada  və  tam  istifadə  etmələrini 

təmin  etmək  üçün  lazım  olan  bütün  tədbirləri  həyata  keçirməlidirlər”  və  “ƏU-a  aid  olan  bütün 

tədbirləri  həyata  keçirərkən  ilk  növbədə  və  ən  çox  uşağın  maraqları  nəzərə  alınmalıdır”.  Milli 

qanunvericilikdə  buna  ən  çox  bənzəyən  müddəa  kimi  milli  qanunun  11-ci  maddəsini  göstərmək 

olar:  həmin  maddədə  “hər  bir  uşağın  hərtərəfli  inkişaf  etmək,  milli  və  beynəlxalq  dəyərlər, 

humanizm və etika qaydaları əsasında tərbiyə edilmək hüququ” tanınır.  

 

UHK-da uşağın seçim edə bilmək hüququ vardır. UHK-da bəyan edilir ki, “konvensiyanı imzalayan 



dövlətlər  özünə  aid  olan  məsələlərə  dair  öz  şəxsi  fikirlərini  formalaşdırmağı  bacaran  uşağın 

fikirlərini  azad  şəkildə  ifadə  edə  bilmək  hüququnu  təmin  etməlidirlər”

39

.  Bu,  ƏŞHK-nın  7(3) 



maddəsində də qeyd edilmişdir. Milli qanun bu qaydaya qismən uyğun gəlir, çünki o, bəyan edir ki, 

“Hər  bir  uşaq  idrak,  təfəkkür  və  nitq  azadlığına  malikdir.  Valideynlər,  digər  şəxslər  və  dövlət 

orqanları  uşağın  idrak,  təfəkkür  və  nitq  azadlığına  hörmətlə  yanaşmalıdırlar…”

40

.  Lakin  bu 



müddəada  uşağın  “ona  aid  olan  bütün  məsələlərin”  həllində  fikirlərinin  nəzərə  alınması  məsələsi 

dəqiqləşdirilməmişdir. 

    

UHK-nın, ƏŞHK-nın və Milli qanunun ayrı-ayrı müddəalarında ƏU-ın tələbatları və haqları təsvir 



olunur. Milli qanunda bəyan edilir ki,:  

 

“Əlilliyi olan uşaqlar və əqli və ya fiziki çatışmazlığa malik olan uşaqlar tibbi, psixoloji və 



digər yardımlardan bəhrələnmək hüququna malikdirlər. Həmin xidmətlər dərhal, pulsuz və 

imtiyazsız göstərilir. Dövlət həmin uşaqlar üçün sosial və psixoloji bərpa tədbirləri, onların 

qabiliyyətlərinə  uyğun  gələn  təhsil  xidmətləri  təşkil  edir,  habelə  peşə  seçməkdə  və  işə 

düzəlməkdə onlara kömək edir. Dövlət uşaqların əlil olmasının qarşısını almaq üçün lazımi 

tədbirlər görür.” 

41

 

Qeyd etmək lazımdır ki, UHK-da yalnız “əqli və ya fiziki cəhətdən əlil olan uşaqlar” ifadəsi istifadə 



olunur,  Milli  qanunda  isə  “əlilliyi  olan  uşaqlar”  və  “əqli  və  ya  fiziki  çatışmazlığa  malik  olan 

uşaqlar”  bir-birindən  fərqləndirilirlər.  Aydındır  ki,  Milli  qanunda  bu  cür  təsnifat  beynəlxalq 

terminologiyaya uyğun gəlmir. Bu məqsədlə də  sağlamlıqlarında problemlər olan uşaqlar iki tipə 

bölünməlidir: “sağlamlıq imkanları məhdud olan” və  “əlilliyi olan uşaqlar”. UHK-da və ƏŞHK-da 

bərqərar edilən əsas qaydalar Milli qanunda əks olunmamışdır. UHK-da qeyd olunur ki, “əqli və ya 

fiziki cəhətdən əlil olan uşaq onun şərəfini təmin edən, onun özünə inamını artıran və onun ictimai 

həyatda fəal iştirakına kömək edən şəraitdə tam və layiqli ömür sürməlidir”

42

. Əslində ƏŞHK-nın 3-



cü  maddəsində  bəyan  edilən  qaydalar  hər  ölkənin  ƏU-a  dair  qanunvericiliyinin  əsasını  təşkil 

etməlidir:  şəxsi  ləyaqət,  müstəqillik,  o  cümlədən  seçim  etmək  azadlığı,  ayrı-seçkiliyə  yol 

verilməməsi,  ictimai  həyatda  sərbəst  iştirak,  cəmiyyətə  inteqrasiya,  əlil  şəxslərin  cəmiyyətin  tam 

üzvü  kimi  qəbul  edilməsi,  bərabər  imkanların  yaradılması,  rahat  istifadə  imkanlarının  təmin 

edilməsi  və  s.  Lakin  ƏU-ın  təhsilinin  əsasını  təşkil  etməli  olan  bu  qaydalar  Milli  qanunda  əks 

olunmamışdır.  



 

3.7.2. Strategiya və təşkilati tədbirlər  

                                                 

38

 

2-ci maddə, Milli qanun (18 may 1998-ci il)



 

39

 



12 (1) maddəsi, Uşaq hüquqları konvensiyası (1998)

 

40



 

14-cü maddə, Milli qanun (18 may 1998-ci il)

 

41

 



35-ci maddə, Milli qanun (18 may 1998-ci il)

 

42



 

23 (1) maddəsi, Uşaq hüquqları konvensiyası (1998)

 


31 

 

Azərbaycan qanunvericiliyinin çevikliyi qanunların və onların icra mexanizmlərinin məqsədəuyğun 



şəkildə  qəbul  edilməsindən  asılıdır.  Parlament  hər  hansı  qanunu  qəbul  etdikdən  sonra  müvafiq 

orqanlar  Prezidentin  göstərişi  ilə  həmin  qanun  üçün  icra  mexanizm(lər)i  tərtib  edirlər.  Adətən 

qanunların icra mexanizmlərinə dair sənədləri Nazirlər Kabineti (NK) tərtib və təsdiq edir. Həmin 

sənədlər olmadan qanunların icrasında çətinliklər yaradır.   

 

Salamanka bəyannaməsində ibtidai, orta və sonrakı  təhsil  pillələrində  əlilliyi  olan uşaqlar,  gənclər 



və  böyüklər  üçün  bərabər  imkanların  yaradılmasına  dair  müraciət  səslənməsinə  baxmayaraq, 

Azərbaycan  qanunvericiliyində  əlilliyi  olan  uşaqlar  xüsusi  məktəblərdə  və  evdə  təhsilə  cəlb 

olunurlar.  Xüsusi  təhsil  haqqında  qanunda  (may,  2001-ci  il)  xüsusi  məktəblər  əsasən  ƏU  üçün 

nəzərdə tutulan xidmət növü kimi qeyd edilir. Həmin qanunda həm də “əlil uşaq” ifadəsinin tərifi 

verilir: “Fiziki, psixoloji və əqli qüsurlara malik olan, xüsusi xidmətlər olmadan təhsil ala bilməyən 

şəxs”.  Həmin  qanunda  həm  də  əlillik  dərəcələrinin  təsnifatı  verilir:  a)  fiziki  qüsurlar  –  yoluxucu 

xəstəliklər,  bəzi  bədən  üzvlərinin  fəaliyyətinin  pozulması  nəticəsində  fiziki  inkişafda  baş  verən 

gecikmələr;  b)  psixoloji  ləngimə  –  psixoloji  inkişafın  qüsurları,  nitq  qüsurları,  sosial-emisonal 

qüsurlar, autizm; c) mürəkkəb zədələr – fiziki, psixoloji və əqli qüsurların toplusu; d) anadangəlmə 

kəmağıllıq – mərkəzi sinir sisteminin fəaliyyətinin pozulmasından irəli gələn idraki qüsurlar; e) ağır 

zədələr – dövlət təhsil standartları əsasında təhsil almağa imkan verməyən ağır fiziki, psixoloji və 

əqli qüsurların toplusu. Lakin Xüsusi təhsil haqqında qanunun bəzi hissələrində sağlamlıq imkanları 

məhdud  olan  uşaqlara  ümumtəhsil  və  ya  inkluziv  sinif  otaqlarında  təhsil  almaq  hüququ  verilir. 

Həmin  hissələrdə  inkluziv  məktəbin/sinif  otağının  tərifi  verilir:  “ƏU-ın  öz  tipik  həmyaşıdları  ilə 

birlikdə təhsil almaları üçün münasib mühit yaratmaq üçün nəzərdə tutulan ümumtəhsil məktəbi.” 

Qanunun  bu  abzasında  Salamanka  bəyanatının  ƏU-ın  ümumi  sinif  otaqlarında  yerləşdirilməsi  və 

təhsil alması haqqında bəzi tövsiyələri əks olunmuşdur. Lakin qanunda həmin sinif otaqlarına qəbul 

ediləcək uşaqların əlilliklərinin növlərinə dair məhdudiyyətlər təsbit edilmişdir.       

 

Sağlamlıq imkanları məhdud olan insanların tələbatını və diaqnozunu müəyyən etmək üçün Xüsusi 



təhsil  haqqında  qanunda  xüsusi  komissiya  yaratmaq  tələb  olunur.  Tibbi-pedaqoji-psixoloji 

komissiyanın  yaradılmasına  dair  74  nömrəli  qərara  (2002-ci  il)  uyğun  olaraq  yaradılan 

komissiyanın vəzifələri aşağıda sadalanmışdır: a) tibbi diaqnozu təsdiq və ya rədd etmək məqsədilə 

uşağı  erkən  yaşlarda  müayinə  etmək  və  qiymətləndirmək;  b)  uşağın  əlilliyinin  dərəcəsindən  asılı 

olaraq  məktəblərin  növünə  dair  tövsiyə  vermək;  c)  müvafiq  məktəblərin  imkanları  barədə 

valideynlərə məsləhətlər vermək;  d)  fərdi təhsil planı tərtib edilərkən tövsiyələr vermək;  e)  əlillik 

dərəcələri  və  fərqli  tələbatlara  malik  olan  uşaqlarla  işləmək  qaydaları  barədə  həkimlərlə, 

müəllimlərlə və sosial işçilərlə məsləhətləşmək

43

. Bütün bu xidmətlər ƏU-a pulsuz göstərilməlidir. 



Əgər ekspert komissiyası hər hansı əlil uşağın ümumi sinif otağında təhsil ala biləcəyini müəyyən 

edərsə, onda məktəb direktoru həmin uşağı məktəbə qəbul etməkdən imtina edə bilməz, yerli icra 

orqanı isə həmin uşağın məktəbdə yerləşdirilməsi, habelə tədris materialları və xüsusi xidmətlər ilə 

təmin edilməsi üçün cavabdeh olmalıdır.   

 

 

3.7.3. Məktəb amili 



                                                 

43

 



Azərbaycan Respublikasının Nazirlər Kabineti (29 aprel 2002-ci il), Tibbi-pedaqoji-psixoloji komissiyanın yaradılması haqqında 

74 nömrəli qərar

 

 


32 

 

Salamanka  bəyannaməsində  inkluziv  məktəblərin  inkişafı,  məqsədəuyğun  və  güclü  strategiya, 



maliyyə yardımının və xüsusi xidmətlərin göstərilməsi rəğbətlə qarşılanır. Azərbaycanda müəllim, 

uşaq  və  valideynlərin  tələbatını  ödəmək  üçün  təhsil  sistemi  müasirləşdirilməlidir.  Şagirdlərin  zəif 

cəhətlərini  aşkar  etmək  və  çətinliklərin  öhdəsindən  gəlməkdə  onlara  kömək  etmək  üçün 

kurrikulumda  effektiv  metodlar  nəzərdə  tutulmamışdır.  Azərbaycanda  məktəblər  əlilliyi  olan 

uşaqların tələbatını ödəmək üçün lazım olan texniki təminat və avadanlığa malik deyildirlər. Nəticə 

etibarilə, ümumtəhsil  məktəbləri xüsusi təhsil xidmətlərinə (XTX) ehtiyacı olan uşaqların tələbatını 

ödəməyə hazır deyildirlər.  

 

Salamanka  bəyannaməsində  qeyd  edilir  ki,  məktəb  rəhbərliyi  təhsil  sistemini  inkluzivliyə  doğru 



aparmağın əsas vasitəçisidir. Məktəb direktorları təlim kurslarında iştirak edə və bu barədə lazımi 

bilik  və  bacarıqları  əldə  edə  bilərlər.  Təəssüf  ki,  Azərbaycanda  məktəb  direktorları  məktəbin 

fəaliyyəti  barədə  müstəqil  surətdə  qərar  qəbul  etmək  üçün  lazım  olan  texniki  təminata  və 

səlahiyyətə  malik  deyildirlər.  Hətta  ƏU-ı  qəbul  edən  məktəblər  belə  xüsusi  xidmətlərlə  və 

qurğularla  təmin  edilmir,  onların  bu  vəzifəni  yerinə  yetirə  bilməsi  üçün  lazım  olan  dəyişikliklər 

həyata keçirilmir. Halbuki, inteqrativ məktəb şəraitində tədris fəaliyyətinin təşkil edilməsi haqqında 

87  nömrəli  qərar

44

  məktəblərdə  inkluziv  təlimli  təhsil  şəraitinin  yaradılması  istiqamətində  atılan 



addımlardan  biridir.  Lakin  qeyd  olunan  Qərarda  ümumtəhsil  məktəblərdə  sağlamlıq  imkanları 

məhdud  olan  8-10  nəfər  uşağın  komplektləşdirildiyi  xüsusi  təhsilli  siniflərin  yaradılması  təsdiq 

olunur.  Qərarda  ümumi  məktəbə  qəbul  edilə  biləcək  uşaqların  əlilliklərinin  dərəcələrinə  bəzi 

məhdudiyyətlər qoyulur, habelə sinif otağında sağlamlıq imkanları məhdud olan və tipik uşaqların 

nisbəti 20/80 həddində təyin edilir.  

 

UHK-da  “təhsil  almaq  hüququnun  mütərəqqi  üsullarla  və  bərabər  imkanlar  əsasında  həyata 



keçirilməsinin” zəruriliyi qeyd edilir. Milli qanunda, uşağın təhsil hüququnun təsvir edildiyi hissədə 

bərabərlik  qaydası  əks  olunmamışdır

45

.  Həmin  müddəada  aydın  şəkildə  qeyd  edilmişdir  ki, 



“Azərbaycan  Respublikasının  təhsil  qanunvericiliyinə  uyğun  olaraq,  hər  bir  uşaq  təhsil  almaq 

hüququna  malikdir.  Dövlət  təhsil  sistemi  uşağın  şəxsiyyətinin  formalaşması,  zəruri  bilik  və 

bacarıqların tam mənimsənilməsi üçün şərait yaradır. Uşaqların icbari ümumi təhsildən yayınmaları 

qadağan edilir.” Milli qanunda qeyd edilir ki, uşaqlara mütləq onların qabiliyyətlərinə uyğun olaraq 

təhsil  verilməlidir.  Şübhəsiz  ki,  uşaqların  qabiliyyətləri  və  imkanları  fərqlidir,  lakin  onların 

hüquqları  bərabərdir

46

.  UHK-da  da  imkanların  məhdudlaşdırılması  inkar  olunur,  çünki  həmin 



sənəddə tələb olunur ki, “uşağın şəxsiyyəti, istedadı, zehni və fiziki qabiliyyətləri mümkün olan ən 

yüksək həddə qədər inkişaf etdirilməlidir”

47

.   


 

UHK-da  tələb  olunur  ki,  “ali  təhsil  almaq  imkanı  bütün  müvafiq  vasitələrdən  istifadə  etməklə  və 

bacarıqları  nəzərə  almaqla,  hamı  üçün  təmin  edilməlidir”  və  bu  müddəa  da  Milli  qanunda  əks 

olunmamışdır.  Dövlət  strategiyasına  uyğun  olaraq,  Azərbaycanda  ali  məktəblərə  qəbul  olunarkən 

sağlamlıq haqqında arayış təqdim etmək tələb olunur. Bu, ƏU üçün birbaşa maneə yaradır.  

 

UHK-da  “məktəblərdə  müntəzəm  davamiyyəti  və  məktəbi  tərk  etmə  hallarıın  azaldılmasını  təmin 



etmək üçün tədbir görmək” dövlətlərin öhdəsinə qoyulur

48

. Milli qanunda təhsil fəaliyyətinin dövlət 



tərəfindən nəzarət və monitorinq edilməsi tələb olunmur. Azərbaycanda ƏU-ın təhsilə davamiyyəti 

məsələsi xüsusilə vacibdir, çünki ƏU çoxlu fiziki və maddi maneələrlə rastlaşır və nəticə etibarilə 

məktəbi tərk edirlər. Məsələn, Azərbaycan qanunlarında ƏU-ın məktəblərə rahat gəlib-getmələrini 

və sinif otaqlarında rahat yerləşmələrini, onlara uyğun şəraitin yaradılmasını təmin edilməsi barədə 

qeydlə yoxdur. 

                                                 

44

 Azərbaycan Respublikasının Nazirlər Kabineti (2002), İnteqrativ məktəb şəraitində tədris fəaliyyətinin təşkil edilməsi haqqında 87 



nömrəli qərar

 

45



 

22-ci maddə, Milli qanun (18 may 1998-ci il) 

46

 35-ci maddə, Milli qanun (18 may 1998-ci il) 



47

 29 1(b) maddəsi, Uşaq hüquqları konvensiyası (1998) 

48

 28 (e) maddəsi, Uşaq hüquqları konvensiyası (1998)



 

33 

 

 



Milli  qanunun  daha  bir  daxili  ziddiyyəti  ondan  ibarətdir  ki,  onun  dövlət  proqramları  haqqında 

müddəasında ƏU qeyd edilməmişdir. 3-cü maddədə bəyan edilir ki,  “dövlət strategiyası uşaqların 

lazımi maddi və məişət şəraiti daxilində tərbiyə edilmələrinə, mütərəqqi standartlar əsasında təhsil 

almalarına  və  layiqli  vətəndaşa  çevrilmələrinin  dəstəklənməsinə  yönəldilməlidir”.  30-cu  maddədə 

bu  bəyanata  riayət  etməyə  cəhd  göstərilir  və  bəyan  edilir  ki,  “xüsusi  (dövlət)  proqramları  hərbi 

münaqişələrin, epidemiyaların, təbii və ekoloji fəlakətlərin baş verdiyi ərazilərdə yaşayan və həmin 

hadisələrin  təsirinə  məruz  qalan  uşaqları  müdafiə  edirlər.  Həmin  proqramlar  həm  də  yetimləri  və 

valideynlərindən birini itirmiş uşaqları, yoxsul ailələrin və şəhid ailələrinin uşaqlarını əhatə edirlər”. 

Hərçənd  35-ci  maddədə  ƏU  ayrıca  qeyd  edilmişdir,  yenə  də  onlar  xüsusi  dövlət  proqramlarının 

əhatə  dairəsinə  düşən  imkansız  uşaqların  təbəqələrindən  biri  kimi  qeyd  edilməmişlər.  Lakin 

qanunvericilik  sənədlərinin  daha  dərindən  araşdırılması  nəticəsində  məlum  olur  ki,  ƏU-ın 

ehtiyaclarına və haqlarına aid olan xüsusi proqramlar mövcuddur.   

 

Ümumi  təhsil  müəssisələrində  xüsusi  təhsilin  təşkil  edilməsi  qaydası  Xüsusi  təhsil  haqqında 



qanunda  (2001)  təsbit  olunmuşdur.  Həmin  qaydada  bəyan  edilir  ki,  “Azərbaycan  Respublikasının 

qanunvericiliyinə uyğun olaraq, əlil şəxslər tibbi-pedaqoji-psixoloji komissiyanın və ya tibbi-sosial 

ekspert komissiyasının qərarı əsasında ümumi təhsil müəssisələrində yaradılan xüsusi şəraitdə təhsil 

almaq  hüququna  malikdirlər”.  Lakin  Xüsusi  təhsil  haqqında  qanunda  ümumi  məktəblərdən  həmin 

şəraiti yaratmaq tələb olunmur. Azərbaycan qanunvericiliyinin daha dərin təhlili nəticəsində məlum 

olur  ki,  bir  çox  halda  “inkluziv  təhsil”  və  “inteqrativ  təhsil”  terminlərinin  mənaları  eyni  cür  izah 

olunur.  Məsələn,  Xüsusi  təhsil  haqqında  qanunda  həmin  sahədə  istifadə  olunan  bəzi  terminlərin 

tərifi verilir:  

 

1)

 



Sağlamlıq  imkanları  məhdud  olan  şəxs  fiziki  çatışmazlığa,  əqli  və  psixoloji  inkişaf 

ləngimələrinə malik olan, xüsusi təhsilə ehtiyacı olan şəxsdir;  

2)

 

İnteqrativ təhsil sağlamlıq imkanları məhdud olan uşaqların xüsusi şərait yaradılmaq şərtilə 



sağlam uşaqlarla birlikdə eyni sinif otaqlarında təhsil almasıdır;  

3)

 



İnteqrativ sinif otağı sağlamlıq imkanları məhdud  olan uşaqların sağlam uşaqlarla birlikdə 

təhsil  aldıqları,  ümumtəhsil  məktəbində  yerləşən  və  xüsusi  şəraitə  malik  olan    sinif 

otağıdır

49

.  



 

Lakin Xüsusi təhsil haqqında qanunun özündə istifadə olunan terminlər inkluziv təhsil məfhumuna 

ziddir,  çünki  təhsilin  bu  növü  tibbi  diaqnoz  əsasında  seçilmişdir.  İnteqrasiya  termininin  tərifində 

inteqrasiya tədbirinin mənası izah edilməmişdir, çünki həmin sənəddə ümumiyyətlə seçilmiş üsullar 

təsvir  edilməmişdir.  İnkluziv  təhsil  üsulu  həmin  sənəddə  heç  qeyd  edilməmişdir.  “İnkluzivlik” 

xüsusi  termin  kimi  NK-nin  sonrakı  tənzimləyici  sənədlərində  və  qərarlarında  qeyd  edilmişdir. 

Nəticə  etibarilə,  Xüsusi  təhsil  haqqında  qanundan  sonra  qəbul  edilmiş  sənədlərin  hamısında 

inteqrasiya və inkluzivlik terminlərinin tərifləri və mənaları bir-birilə dəyişik düşmüşdür.  

 

Xüsusi  təhsil  haqqında  qanunda  nəzərdə  tutulduğu  kimi,  xüsusi  məktəbəqədər  və  ümumi  təhsil 



müəssisələrini  bitirdikdən  sonra  əlil  şəxslər  öz  qabiliyyətlə,  imkan  və  maraqlarına  uyğun  olaraq 

peşə  təlimi  keçmək,  öz  təhsillərini  və  peşə  təlimlərini  başa  vurduqdan  sonra  isə  işə  düzəlmək 

hüququna  malikdirlər.  Maraqlıdır  ki,  Xüsusi  təhsil  haqqında  qanunda  məktəbəqədər  və  ümumi 

təhsil müəssisələri  barədə “xüsusi təhsil proqramları” termini  istifadə olunur, lakin aydın  görünür 

ki, peşə təlimi əsnasında hər hansı xüsusi təhsil proqramının həyata keçirilməsi həmin sənəddə  öz 

əksini  tapmamışdır.  Şübhəsiz  ki,  beynəlxalq  normalarda  inkluziv  təhsilə  rəğbətli  münasibət  əks 

olunur,  lakin  bu  normalarda  aydın  şəkildə  bəyan  edilir  ki,  həmin  uşaqlar  inkluziv  təhsil  şəraiti 

daxilində əlavə yardım almaq hüququna malikdirlər. Xüsusi təhsil haqqında qanunun peşə təhsilinə 

                                                 

49

 



Azərbaycan Respublikasının Hökuməti (2001), Xüsusi təhsil haqqında qanun   

 


34 

 

həsr olunan müddəasında həmin əlavə yardım nəzərdə tutulmamışdır. Əlillərin müalicəsi və sosial 



təminatı haqqında qanunda da (25 avqust 1992-ci il) təhsil və digər dövlət müəssisələrində əlillərə 

peşə təlimi və ixtisas hazırlığı xidmətlərinin göstərilməsi haqqında müddəa vardır.     

       

Qanunların  daha  dərindən  təhlil  edilməsi  nəticəsində  təhsilin  sonrakı  pillələri  barədə  müəyyən 



toqquşmalar  və  ziddiyyətlər  məlum  olur.  Xüsusi  təhsil  haqqında  qanuna  (2001)  və  Ümumi  təhsil 

haqqında qanuna (2001) uyğun olaraq, ƏU təhsilin daha yüksək pillələrində təhsil almaq hüququna 

malik  deyildirlər.  Xüsusi  təhsil  haqqında  qanunda  həmin  uşaqların  texniki  kollec  və  tam  orta 

təhsilinə  dair  heç  bir  müddəa  yoxdur.  Ümumi  təhsil  haqqında  qanunda  fiziki  cəhətdən  əlil  olan 

uşaqlar  üçün  xüsusi  peşə  təlimi  kurslarının,  məktəblərinin  və  liseylərinin  təşkil  edilməsi  nəzərdə 

tutulmuşdur.  Texniki  məktəblərə  və  kolleclərə,  habelə  ali  məktəblərə  (ali  kolleclər, 

konservatoriyalar, akademiyalar, universitetlər və s.) həsr olunan 18-ci və 19-cu maddələrdə əlilliyi 

olan uşaqlar və ya gənclər qeyd olunmur. Nəticə etibarilə, ƏU yalnız məktəbəqədər və ümumi təhsil 

almaq, habelə ibtidai peşə təlimi keçmək hüququna malikdirlər. Lakin Əlillərin müalicəsi və sosial 

təminatı haqqında qanunda (25 avqust 1992-ci il) əlillərin ölkə daxilində, təhsilin bütün pillələrində 

təhsil almaq hüquqları aydın şəkildə təsvir olunur:  

 

“əlillərin  ümumi  təhsili,  ümumi  peşə  və  ali  təhsili  ümumtəhsil  müəssisələrində,  tələb 



olunduqda  isə,  xüsusi  təhsil  müəssisələrində  həyata  keçirilir.  Əlillərin  təhsili  üçün  xüsusi 

şərait  yaratmaq  məqsədilə  texniki-peşə  məktəblərində,  kolleclərdə  və  ali  məktəblərdə 

ixtisaslaşmış şöbələr və ya bölmələr təşkil olunur…. Əlillərin qəbul imtahanları üçün xüsusi 

şərait yaradılır …” 

 

Xüsusi  təhsil  haqqında  qanunun  icra  qaydalarının  tətbiqini  tələb  edən  ayrıca  müddəaları  əsasən 



həmin qanunun III bölməsində əks olunmuşdur. Həmin bölmədə xüsusi təhsilin təşkilati məsələləri 

təsvir olunur. Ev təhsilinin  təşkil edilməsi haqqında bölmədə bəyan edilir ki,  “səhhət  imkanlarına 

görə təhsil müəssisələrinə gələ bilməyən şəxslər üçün təhsil fəaliyyəti müvafiq təhsil müəssisələri 

tərəfindən evdə təşkil edilməlidir”

50

. Həmin maddənin ikinci abzasında ev təhsilini tələb edən əlillik 



növlərinin  müəyyən  edilməsi  və  bu  cür  təhsilin  təşkil  edilməsi  üçün  məsuliyyət  müvafiq  icra 

orqanlarının  üzərinə  qoyulur.  Nəticə  etibarilə,  NK  Evdə  təhsil  almaq  hüququnu  təmin  edən 

xəstəliklərin  siyahısı  və  ev  məktəbinin  (və  ya  təhsilinin)  təşkil  edilməsi  qaydası  haqqında  077 

nömrəli  qərar  qəbul  etdi

51

.  Halbuki,  həmin  siyahıda  xəstəliklərin  tibbi  cəhətləri  dəqiqliklə  təsvir 



edilmişdir, lakin həmin siyahı da natamamdır. Həmin sənədin əsas hüquqi nəticələrindən biri odur 

ki,  ev  təhsilinin  təşkil  edilməsi  TPPK  tərəfindən  tənzimlənir.  Lakin  həmin  qaydada  ev  təhsilinin 

həyata  keçirilməsi,  izlənməsi  və  monitorinqi  üçün  cavabdeh  olan  orqanın  və  ya  müəssisənin  adı 

qeyd edilmir. Əlillərin müalicəsi və sosial təminatı haqqında qanunda da (25 avqust 1992-ci il) ev 

təhsili haqqında müddəa vardır və həmin müddəaya uyğun olaraq uşağın valideyninə və ya qanuni 

nümayəndəsinə maddi yardım və imtiyazlar verilir.  

 

Xüsusi  təhsil  haqqında  qanunun  Stasionar  müəssisələrdə  (xəstəxana  şəraitində)  təhsilin  təşkil 



edilməsinə  həsr  olunan  10-cu  maddəsində  əlil  şəxslərin  uzun  (21  gündən  artıq)  müddət  ərzində 

xəstəxanada qalmalı olduqları təqdirdə, evdə təhsili təşkil etmək tələb olunur. Əlillərin müalicəsi və 

sosial təminatı haqqında qanunda (25 avqust 1992-ci il) klinika şəraitində yaşayan uşaqlar üçün də 

eyni  hüquq  təsbit  edilmişdir

52

.  Bəzi  digər  qaydalardan  fərqli  olaraq,  Stasionar  şəraitdə 



(xəstəxanada) təhsilin təşkil edilməsi haqqında 88 nömrəli qərarda aydın şəkildə qeyd edilmişdir ki, 

Təhsil  Nazirliyi  təhsil  fəaliyyətini  təşkil  etməlidir,  habelə  həmin  qərarda  icra  tədbirləri  üçün 

cavabdeh olan orqanın adı da göstərilir

53

. Bundan əlavə, icra tədbirləri üçün birbaşa cavabdeh olan 



                                                 

50

 



9-cu maddə, Xüsusi təhsil haqqında qanun (2001)

 

51



 

Azərbaycan Respublikasının Nazirlər Kabineti (10 may 2002-ci il), Evdə təhsil almaq hüququnu təmin edən xəstəliklərin siyahısı 

və ev məktəbinin (və ya təhsilinin) təşkil edilməsi qaydası haqqında 077 nömrəli qərar  

52

 



20-ci maddə, Əlillərin müalicəsi və sosial təminatı haqqında qanun (25 avqust 1992-ci il)

 

53



 Azərbaycan Respublikasının Nazirlər Kabineti (29 may 2002-ci il), Stasionar şəraitdə (xəstəxanada) təhsilin təşkil edilməsi 

haqqında 88 nömrəli qərar  



35 

 

müəssisənin də adı çəkilir: “stasionar tibbi müəssisədə təhsilin təşkil edilməsi və idarəolunması ən 



yaxında  yerləşən  ümumtəhsil  məktəbi  tərəfindən  həyata  keçirilir”.  Bundan  əlavə,  yerli  təhsil 

orqanları həmin təhsil fəaliyyətini yoxlamaq üçün cavabdehdirlər. Bundan əlavə, baş həkim təhsilin 

vaxtını  və  qaydasını  təyin  etməlidir,  bu  isə,  tibb  və  təhsil  müəssisələrinin  fəaliyyətinin 

uzlaşdırılması  deməkdir.  Vəzifələr  dəqiqliklə  bölüşdürülməmişdirsə  də,  həmin  sənəddə  icra 

tədbirləri nisbətən dəqiq şəkildə təsvir edilmişdir.  

 

NK-nin inteqrativ şəraitə malik olan təhsil müəssisələrində təhsil fəaliyyətinin əsasnaməsini təsdiq 



edən  29  may  2002-ci  il  tarixli,  87  nömrəli  qərarında  Xüsusi  təhsil  haqqında  qanunun  inteqrativ 

təhsilin  təşkil  edilməsinə  həsr  olunan  12-ci  maddəsinə  istinad  edilir.  Əsasnamədə  bəyan  edilir  ki, 

inteqrativ  təhsilin  inkişafı  dövlət  tərəfindən  təmin  edilir.  Lakin  əsasnamənin  nə  əvvəlki,  nə  də 

sonrakı  abzaslarında  bilavasitə  inteqrativ  təhsilin  həyata  keçirilməsinə,  müşahidə  edilməsinə  və 

monitorinqinə  kömək  etmək  üsulları  və  qaydaları  təsvir  edilmir.  Həmin əsasnamədə  inteqrativ  və 

inkluziv təhsil bir-birindən fərqləndirilmir, çünki orada qeyd edilir ki, “inteqrativ şəraitə malik olan 

təhsil  müəssisəsi  əlilliyi  olan  və  tipik  uşaqların  bir  yerdə  təhsil  almaları  üçün  yaradılan  xüsusi 

şəraitə malik olan ümumi məktəbdir”. Həmin əsasnamənin 7-ci abzasında bəyan edilir ki, kar, kor 

və  görmə  qabiliyyəti  40  faizdən  az  olan  uşaqların  təhsili  tipik  uşaqlarla  bir  yerdə  təşkil  edilə 

bilməz


54

.  Sənəddə  bunun  səbəbləri  izah  olunmur.  Əsasnamədə  tibbi-pedaqoji-psixoloji 

komissiyanın  uşaqları  inteqrativ  məktəbə  qəbul  etmək  və  ümumiyyətlə  təhsilin  növünü  dəyişmək 

barədə qərar qəbul etmək səlahiyyəti təsbit olunmuşdur. Təəssüf ki, bunun sayəsində əsasnamə daha 

dəqiq və aydın olmamışdır.            

 

Məktəbəqədər təhsil müəssisələrinin nizamnaməsində (2004)



55

 məktəbəqədər təhsil müəssisələrində 

sosial-pedaqoji  xidmətin  fəaliyyət  göstərməsi  tələb  olunur.  Həmin  xidmətlərə  məktəbəqədər  təhsil 

müəssisələri,  ailələr  və  cəmiyyət  arasında  əlaqələrin  yaradılması,  valideynlərin  təlimləndirilməsi 

daxildir. Məktəbəqədər təhsil müəssisələrinin nizamnaməsinin 33-cü abzasında həmin müəssisələri 

idarə etmək vəzifəsi Təhsil Nazirliyinə həvalə edilir, lakin nizamnamənin həyata keçirilməsi, habelə 

icra tədbirlərinin idarəolunması və yoxlanması  üsulları nizamnamənin özündə aydın şəkildə təsvir 

edilmir. Xüsusi təhsil müəssisələrinin nizamnaməsi haqqında 078 nömrəli qərarda da (2002) həmin 

nizamnamənin  həyata  keçirilməsi,  habelə  icra  tədbirlərinin  idarəolunması  və  yoxlanması  üçün 

cavabdeh olan müəssisənin adı çəkilmir.  

 

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə