Xəstəxana çarpayısı göstəriciləri. Xəstəxana çarpayısı göstəriciləri sabit çarpayı, fəal
çarpayı, istifadəyə yararlı çarpayı, tutulmuş çarpayıların sayı, boşalmış çarpayıların sayı,
müəyyən müddət ərzində çarpayının tutulma faizi, çarpayının tutulması ilə boşaldılması
arasındakı müddət və s. kimi göstəricilərini ifadə edir [15].
Ölüm göstəriciləri. Bu ad altında verilən göstəricilər ümumi ölüm sayı, o cümlədən
xəstəxanada ölənlərin sayı, 1 yaşdan aşağı uşaq ölümlərinin sayı, cərrahi əməliyyatdan sonrakı
ölümlərin sayı, döl ölümünün sayı (doğuş zamanı və ya ondan qabaqkı ölüm), ana ölümünün
sayı və anestologiyadan qaynaqlanan ölüm sayından və s. ibarətdir.
Dostları ilə paylaş: |