Xəstəxanada qalma müddəti ilə bağlı göstəricilər. Bu göstəricilərə xəstəxanada qalma
müddəti (bir ambulator xəstə üçün), xəstəxanada ümumi qalma müddəti (bütün ambulator
xəstələr üçün), xəstəxanada orta qalma müddəti, ixtisaslaşma və xəstəlik növlərinə (kəskin və
xroniki xəstəliklər daxil olmaqla) görə müxtəlif xəstəxana və bölmələrdə qalma müddətinin
standartları daxildir [16].
Balneloji göstəricilər. Balneloji göstəricilərlə bağlı müxtəlif ədəbiyyatlarda bir çox
fəaliyyət göstəriciləri verilmişdir. Onlardan diqqəti daha çox cəlb edən və daha çox işlək olanı
göstəricilərin üç qrupa bölünməsidir: daxili göstəricilər, proses göstəriciləri və xarici göstəricilər.
Əvvəlcə bu göstəricilər üzrə səhiyyə-müalicə xidmətlərinin keyfiyyəti, daha sonra isə
göstəricilərin qruplaşdırılması təhlil olunur [17].
Səhiyyə-müalicə xidmətlərinin keyfiyyəti dərəcələr üzrə müəyyən edilməli, onların hansı
qrupdan və kateqoriyadan olan xəstələr üçün daha effektli olduğu indikatorlar vasitəsi ilə
aydınlaşdırılmalıdır. Bu, cari ixtisas biliklərinin və qiymətləndirilən xidmətlərin aspektlərinə
müvafiq olaraq müxtəlif ölçülərdə faydalı ola bilər. Belə qiymətləndirmə mütəxəssislərə və
İnformasiya cəmiyyəti problemləri, 2013, №2(8), 52-60
56 www.jpis.az
səhiyyə-müalicə təşkilatlarına imkan verir ki, onlar xidmət göstərilən insanlara və xəstələrə,
eləcə də, xəstəliyin gedişinə nəzarəti daha yaxşı həyata keçirsinlər, ehtiyacları
müəyyənləşdirərək diqqəti onlara yönəltsinlər. Səhiyyə-müalicə xidmətləri fəaliyyətinin
keyfiyyəti çoxölçülüdür, yəni bu keyfiyyət bir çox parametrlərə əsaslanmağı tələb edir və
səhiyyə-müalicə xidmətlərinin keyfiyyətinin müəyyənləşdirilməsi bəlli standartlara əsaslanır.
Bunlar akademik ədəbiyyatdan əldə edilir, elmi dəlilin çatışmadığı hallarda isə təcrübəyə
əsaslanır [18].
Dostları ilə paylaş: |