86
DB 101 “Qeyri-maddi aktivlər”
KT 302 “Təsisçilərlə hesablaşmalar” kimi yazılış verilir.
Digər fiziki və hüquqi şəxsərdən əvəzsiz olaraq qeyri-maddi aktivlər mədaxil olunduqda isə:
DB 101 “Qeyri-maddi aktivlər”
KT 335 “Digər ehtiyatlar” kimi yazılış verilir [1].
Başqa
müəssisələr, hüquqi və fiziki şəxslərdən pulla əldə edilmiş qeyri-maddi aktivlər üzrə
məsrəflər, ilk növbədə, 103 saylı “Qeyri-maddi aktivlərlə bağlı xərclərin kapitallaşması” hesabının
DT-ində, 531 “Malsatan və podratçılarla hesablaşmalar” hesabının KT-ində müvafiq qeydlər
aparılır və müxabirləşmə verilir. Sonra isə həmin qeyri-maddi obyektlərə çəkilən məsrəflər 103
saylı hesabdan 101 saylı hesabın debetinə köçürülür. Ümumiyyətlə, 101 saylı “
Qeyri-maddi
aktivlər” hesabı əsasən aşağıdakı hesablarla müxabirləşir:
Debet üzrə: 103 “Qeyri-maddi aktivlərlə bağlı xərclərin kapitallaşması
221 “Kassa”
223 “Bank hesablaşma hesabı”
302 “Təsisçilərlə hesablaşmalar”
335 “Digər ehtiyatlar”
343 “Bölüşdürülməmiş mənfəət”
Kredit üzrə:
181 “Uzunmüddətli maliyyə qoyuluşları”
611 “Sair əməliyyat gəlirləri”
544 “Qısamüddətli maliyyəyələşmələr və daxilolmalar”
335 “Digər ehtiyatlar”
Qeyri-maddi aktivlərin uçotu zamanı əlavə dəyər vergisi məqsədləri üçün bəzi qeyri-maddi
aktivlər mal sayılmır, ona görə də belə qeyri-maddi aktivlərin daxil olması, alınması,
əvəzsiz
verilməsi və digər əməliyyatlar əlavə dəyər vergisindən azad edilir. Belə qeyri-maddi aktivlərə pul
vəsaiti və torpaq aid edilir. Bazar münasibətləri şəraitində mühasibat uçotunun yeni obyektləri
yaranır və xarakterinə görə ənənəvi uçot sisteminə xas olmayan əməliyyatlar baş verir. Belə
əməliyyatlardan biri müəssisədə qeyri-maddi aktivlərin uçotudur. Müəssisənin qeyri-maddi aktivləri
dedikdə istehsal prosesində uzun müddət istifadə edilən, fiziki əsası olmayan, müəssisə üçün dəyər
yaradan dövriyyədənkənar fondlar başa düşülür. Müəssisə qarşısında duran əsas vəzifələrdən biri də
qeyri-maddi aktivlərin uçotunun auditini həyata keçirməkdir. Qeyri-maddi aktivlərin auditinin əsas
məqsədi onların düzgün mədaxilinin, silinməsinin, qeyri-maddi
aktivlərin mövcudluğu və
hərəkətinin düzgün həyata keçirilməsinin və onlara düzgün amortizasiya ayırmaları
hesablanmasının yoxlanılmasından ibarət olmalıdır. Qeyri-maddi aktivlərin auditi aparılan zaman
aşağıdakı şərtlərə fikir verilməlidir:
- Vətəndaşların intellektual və işgüzar keyfiyyətləri qeyri-maddi aktivlər kimi götürülə
bilməz;
- Qeyri-maddi aktivlərin sənədləşdirilməsi.
Təsərrüfat fəaliyyətində istənilən qeyri-maddi aktivlər özünü obyektiv formada əks etdirməlidir.
Belə ki, müəssisənin qeyri-maddi aktivlərin obyektinə olan hüquqi mülkiyyət hüququndan fərqlənir.
Əgər təşkilata torpaqdan istifadə hüququ verilirsə, mülkiyyət hüququ olan şəxs bunun üçün
qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazimi sənədləşdirmə aparılmalıdır [2].
İxtira, faydalı
modellər, sənaye nümunələri üçün alınan hüquqlar lisenziya müqavilələri ilə
təsdiq edilməli, bu hüququ verən təşkilatlarda qeydiyyatdan keçməlidirlər. “Nou-hau” alınan
müəssisələrdə onun təsviri və görünüşü olmalıdır. Əmtəə nişanı olan müəssisədə əmtəə nişanının
alınma sənədləri və hansı təşkilatda qeydiyyatdan keçdiyi olmalıdır. Yuxarıda qeyd olunanlara
əsaslanaraq audit zamanı qeyri-maddi aktivlərin uçota düzgün götürülməsi aşağıdakı kimi həyata
keçirilməlidir:
Müasir şəraitdə qeyri-maddi aktivlərin uçotunun əsas xüsusiyyətləri və auditi
87
Qeyri-maddi aktivlər balansın “Qeyri-maddi” hesabında ilkin dəyəri ilə uçota alınır. Bu
dəyərlər qeyri-maddi aktivlərin obyektləri üzrə aşağıdakı kimi müəyyən edilir:
- təsisçilər tərəfindən müəssisəyə nizamnamə kapitalı kimi qoyulan qeyri-maddi aktivlər üçün
tərəflərin razılığına əsasən;
- digər müəssisə və fiziki şəxslərdən pulla alınan qeyri-maddi aktivlərin maddi aktivlərin əldə
edilməsi və istifadəyə yararlı vəziyyətə gətirilməsi üzrə faktiki məsrəflərdən asılı olaraq;
- digər hüquqi və fiziki şəxslərdən əvəzsiz alınmış qeyri-maddi aktivlər üçün müəssisənin
daimi fəaliyyətdə olan qiymətlər kommissiyasının müəyyən etdiyi dəyərlə.
Bütün bunlar lazimi sənədləşmə əsasında həyata keçirilir. Qeyri-maddi aktivlər təsisçilər
tərəfindən nizamnamə kapitalına pay kimi qoyulduqda 04 saylı “Qeyri-maddi aktivlər” hesabının
debetində, “Təsisçilərlə hesablaşma” hesabının kreditində əks etdirir. Digər hüquqi və fiziki
şəxslərdən pulla əldə edilmiş qeyri-maddi aktivlər 101 saylı hesabın debetində, 103 saylı “Kapital
qoyuluşu” hesabının kreditində öz əksini tapır. Maddi yardım kimi mədaxil olunan qeyri-maddi
aktivlər 101 saylı hesabın debetində, 335 saylı “Əlavə qoyuluşu” hesabının
kreditində öz əksini
tapır. Qeyri-maddi aktivlərin auditi keçirilərkən aşağıdakı sahələr üzrə yoxlama aparılır:
- Qeyri-maddi aktivlərin mövcud vəziyyəti, saxlanması və mühafizəsi;
- Qeyri-maddi aktivlərin daxil olması zamanı sənədlərin düzgün və qanuni rəsmiləşdirilməsi;
- Düzgün amortizasiya ayırmaları normalarının hesablanması;
- Onların istehsal xərclərinə düzgün və vaxtında daxil edilməsi;
- Onların daxil olmasının, uçotdan çıxarılmasının və silinməsinin mühasibat uçotunda düzgün
əks etdirilməsi.
Qeyri-maddi aktivlərin uçotu üzrə əməliyyatların düzgün və vaxtında yerinə yetirilməsi,
həmin aktivlərin mədaxili və məxarici ilkin sənədlərdə öz əksini tapmalıdır.
Bundan başqa,
müəssisə tərəfindən qeyri-maddi aktivlərin analitik və sintetik uçotu aparılmalıdır. Audit zamanı
qeyri-maddi aktivlərin analitik və sintetik uçotunun uyğunluğu yoxlanılmalıdır. Analitik uçotla
sintetik uçot arasında fərq yaranarsa, onun məqsədi və səbəbi aydınlaşdırılmalı və bu haqda
rəhbərliyə məlumat verilməlidir. Respublikamızda fəaliyyət göstərən təsərrüfat subyektlərində
həyata
keçirilən uçot siyasəti, beynəlxalq mühasibat uçotu standartlarına keçid uçotun operativ
təşkilinə və onun təkmilləşdirilməsinə zəruri şərait yaratmışdır. Uçot siyasəti hüquqi baxımdan
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu və Maliyyə Nazirliyi tərəfindən
təsdiq olunmuş “Müəssisələrdə uçot siyasəti haqqında” əsasnamə ilə tənzimlənir. Qeyri-maddi
aktivlərin uçotu üçün onların müxtəlifliyini nəzərə alaraq, həmin aktivləri tərkibinə və mahiyyətinə
görə təkmilləşdirmək mühüm əhəmiyyət kəsb edir. Qeyri-maddi aktivlərin analitik və sintetik
uçotunun müasir hesablama texnikasının tətbiqi ilə təşkili və həyata keçirilməsi əmək tutumunu
azaltmağa, vaxta qənaət etməyə və nəzarətin keyfiyyətini yüksəltməyə imkan verir. Qeyri-maddi
aktivlərin uçotunun əsas xüsusiyyəti ondan ibarətdir ki, həmin aktivlərin verilməsi və ya silinməsi
zamanı baş verən əməliyyatların maliyyə nəticələri müəyyən olunur və sonradan ya mənfəətə, ya da
zərərə aid edilir [3].
Dostları ilə paylaş: