UOT
MÜƏLLİM SÖZÜ MÜRACİƏT FORMASI KİMİ
EMİNLİ BÖYÜKXANIM İBRAHİM qizi
Sumqayıt Dövlət Universiteti , baş müəllim
e-mail:
Açar sözlər: müraciət, xitab, müəllim, nitq mədəniyyəti, davranış qaydaları
İnsanlar arasında ünsiyyət vasitəsi olan dil məhz sözlərin seçilməsi əsasında ortaya çıxır.
Ədəbi dildə və eləcə də adi danışıq dilində fikrin səlis, təsirli, nəzakətli ifadəsi üçün sözlərin
seçilməsi və yerində işlədilməsi əsas şərtlərdəndir. Bədii əsər ancaq o zaman müvəffəqiyyətli olur
ki,bütün ədəbi-bədii priyom və vasitələrin bacarıqla işlədilməsi ilə yanaşı onun dili də gözəl və
axıcı olur, oxucunu həyəcanlandıra bilir, onu cəlb edir. Bütün bu deyilənlərin hamısında söz əsas
yer tutur. Məhz buna görədir ki, böyuk sənətkarlar xalqın mənəvi xəzinəsinin – doğma dilinin
qiymətli incisi olan sözə böyük ehtiram və ehtiyatla yanaşmış, ondan xüsusi diqqət və məharətlə
istifadə etmişlər.
Cəmiyyətdə yaşayan hər bir fərd cəmiyyət üzvləri ilə daim ünsiyyətdə olur. Bir fərdin sözü
başqa bir fərdə necə təsir edir, onda hansı psixoloji durumu yaradır? Bu, birbaşa ünsiyyətin
xarakterindən, tutumundan və qarşılıqlı münasibətin formasından asılıdır. Çünki ünsiyyət həm də
psixoloji aktdır və burada hər şey psixolinqvistik amillərə tabedir.
Necə danışmağımız, deyiliş tərzimiz haqqında daim düşünməyimiz lazımdır. Əgər adam
söylədiyi fikri məqsədyönlü müraciətlə, təbii bir intonasiya ilə zənginləşdirirsə, analoji olaraq, onun
həmsöhbəti də eşitdiyi nitqdə təkcə mətni deyil, məqsədi, başqa sözlə, son nəticəni də qavrayır.
Məşhur sənətçi Stanislavski bu məsələni – «mətn və mətləb» ifadəsi ilə çox dəqiq
müəyyənləşdirmişdir
8, 68
. Burada mətn tələffüz edilən bütün sözlər, mətləb isə hər cür ifadə
vasitələrindən istifadə edərək bildirmək istədiyimiz fikirdir. Teatr təcrübəsindən məlumdur ki,
mətləb mətndən zəngin, dolğun və mürəkkəb olur. Eyni bir mətn tamamilə müxtəlif mətləbləri
(fikirləri) ifadə edə bilər. Təkcə «bəli» sözündən ibarət adicə bir mətn müxtəlif mənaları – həm sual,
həm inamsızlıq, həm təsdiq, həm də etiraf mənasını bildirir.
Qeyd edək ki, bu məsələdə heç də hər şey öz yerində deyildir. Köhnə qaydalar bizə yaramır,
elmi cəhətdən əsaslandırılmış yeni qaydalar isə yoxumuzdur. Biz isə tez-tez belə bir vəziyyəti görüb
təəssüflənirik ki, qabaqcıl cəmiyyətimizin əsasını təşkil edən yaxşı insanlar heç də həmişə bir-biri
ilə bizim istədiyimiz qədər yaxşı rəftar etmirlər. Bu mühüm ictimai məsələdə nəyi isə əldən
vermişik, indi özümüz onun əziyyətini çəkirik
7, 52
.
Daim inkişafda olan cəmiyyət üçün davranış qaydaları yaratmaq o qədər də asan deyil. Belə
bir kompleksi formalaşdırmaq üçün ilk növbədə mövcud ünsiyyət formalarını qaydaya salmaq,
normal cəmiyyətin mühüm atributlarından biri olan davranış qaydalarını sistemləşdirmək lazımdır.
İnsanın gündəlik davranışı onun, ümumiyyətlə, dünyaya, adamlara, müasir cəmiyyətə necə
baxmasından asılıdır.
Nitq mədəniyyəti hər hansı bir xalqın ümumi mədəniyyətinin qırılmaz, üzvi bir
hissəsidir.Ədəbi dil problemləri nitq mədəniyyəti məsələləri ilə üzvi vəhdət təşkil edir. Bu, təsadüfi
deyil. Seçmə və əvəzetmə prinsipləri əsasında müəyyənləşən normalar ədəbi dili ümumxalq danışıq
dilindən ayırır, sistem daxilində sistem yaranır ki, bu da dildən şüurlu istifadənin yeni mərhələsi
kimi meydana çıxır. Əlbəttə, bu proses uzun,mürəkkəb bir əməliyyatın, kortəbii və şüurlu, obyektiv
və subyektiv amillərin dialektik əlaqəsi zəminində yaranır.
Xalqın tarixi kökləri onun mədəniyyətində və eləcə də dilində, bəlkə də, elə ilk növbədə
dilində öz əksini tapır. Məhz mədəniyyət vasitəsilə biz dilimizin, ədəbiyyatımızın inkişaf tarixini
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 11 №3 2015
20
öyrənir, tarixi şəxsiyyətlərin həyat və fəaliyyətilə tanış olur, milli dəyərlərimizi yaşadır və
mənimsəyirik. Bütün bunları isə əsas ünsiyyət vasitəsi kimi cəmiyyətdə fəaliyyət göstərən dil
özündə əks etdirir, bugünkü və gələcək nəsillərə çatdırır.
Sivilizasiyanın müasir inkişafı dövründə, vətəndaş cəmiyyəti quruculuğunun möhkəmləndiyi
bir zamanda mədəniyyət məsələlərinin öyrənilməsinə diqqət daha da gücləndirilməlidir.
Millətin və bəşəriyyətin xilası mədəniyyətdədir. Milli mədəniyyətimizin təcəssümü kimi
ortaya çıxan və eləcə də milli dəyərlərimizin daşıyıcısı və ötürücüsü sayılan Azərbaycan ədəbi dili
uzun tarixi inkişaf yolu keçməsinə baxmayaraq, praktik cəhətdən bügünkü nitqimizlə reallaşan, bəzi
araşdırmalara ehtiyacı olan müxtəliflikləri, çoxvariantlıqları, çoxmənalıqları özündə əks etdirir.
Dil cəmiyyətdə ilk növbədə insanlar arasında ünsiyyətə xidmət edir. Münasibətlərin
formalarından asılı olaraq ünsiyyətin səviyyələri də müxtəlif olur. Ünsiyyətin məna səviyyəsi ilə
anlam səviyyəsi arasında, informasiya və təsir aspektləri arasında kontekslə, bütün anlam şəraiti ilə
müəyyən edilən sıx qarşılıqlı əlaqə vardır. Bu əlaqəni informasiya və bu informasiya ilə necə
hərəkət etmək haqqında göstəriş, əmr arasındakı əlaqə kimi təsəvvür etmək olar.Beləliklə, əgər
məna özündə ümumi informasiya daşıyırsa, anlam ünsiyyətə girənlər arasında əlaqəni göstərir, nitq
davranışını təşkil edir və istiqamətləndirir, çoxvariantlı, çoxmənalı, konkret, təsirli səciyyə yaradır.
Nitq insana məxsusdur. İnsan öz nitqini unikal fərdi şəxsiyyət kimi, özünəməxsus səciyyəvi
əlamətlərin daşıyıcısı kimi, emosiyaların və temperamentin, fərdi ifadə keyfiyyətlərinin sahibi kimi
ifadə edir.
Həm fərdi və səs xüsusiyyətləri, həm də psixoloji durum, zahiri görkəm və davranış
keyfiyyətləri – səciyyəvi şəxsiyyətin təzahür etməsi üçün vacib olan bütün bu keyfiyyətlər insana
təbiətdən verilir.
Müxtəlif fəaliyyətlərdə bir-biri ilə eyni olan, bir-birini təkrar edən nitq mümkün deyildir.
Nitqin xarakteristikaları mütəhərrikdir. Nitqin formaları və strukturu nitq şəraitindən və nitqin
motivindən, insanın psixoloji və fiziki vəziyyətindən, tərəf-müqabillər arasındakı münasibətlərin
səciyyəsindən asılı olaraq dəyişir.
Azərbaycan dili inkişaf edib zənginləşdikcə onun lüğət tərkibində digər söz qrupları ilə
yanaşı, müəyyən müraciət formaları da meydana gəlmişdir. Hələ qədim dövrlərdən dilimizdə şəxs
adlarını, qohumluq münasibətlərini, insanların cəmiyyətdəki mövqeyini, sənət və peşəsini,
məşğuliyyətini, dərəcəsini, rütbəsini, həmçinin, adamların milli, yaxud yaş mənsubiyyətini,
qarşılıqlı əlaqəsini bildirən sözlərdən müraciət forması kimi istifadə olunduğu məlumdur.
Təbii ki, müəyyən zaman keçdikcə qarşılıqlı ünsiyyət üçün zəruri sayılan nitqin aydınlığını,
dəqiqliyini təmin edən bu müraciət formaları daha da təkmilləşmişdir. Burada bir ailə üzvləri,
qohum-əqrəba arasında müraciətdə işlədilən adi, ənənəvi sözləri deyil, ilk növbədə geniş məna
tutumuna malik, artıq rəsmi şəkil almış müraciət vasitələri nəzərdə tutulur. Belə sözlər həm
cəmiyyətin, həm də dilin inkişafının nisbətən sonrakı mərhələlərinin məhsuludur. Buna görə də
tarixi hadisələr, ictimai həyatda baş verən dəyişikliklər bu sözlərin də dəyişməsinə səbəb olmuşdur.
Bu baxımdan, müraciət vasitələrində çoxvariantlılıq, müxtəliflik, pərakəndəlik yaranmışdır. Bu,
hamı tərəfindən qəbul edilib istifadə olunan vahid müraciət formalarının tarixi kateqoriya səciyyəsi
daşıdığına əsaslanır. Müraciət formaları, eyni zamanda, termin mahiyyəti daşıdığına görə də onları
vaxtaşırı nəzərdən keçirmək, dilimizin müasir inkişaf səviyyəsi, nitq mədəniyyətinin tələbləri
baxımından götür-qoy etmək zərurəti qarşıya çıxır.
Müraciət nitqdə emosional təsir vasitəsidir. İnformasiya vasitələrinin sürətlə artdığı bir
zamanda yazı dilinə nisbətən şifahi dilin, yaxud danışıq dilinin işləkliyi yüksəlir. «Əgər bir
zamanlar Azərbaycan danışıq dili Azərbaycan yazı dilinin təsirinə məruz qalırdısa, bu gün
əksinədir: danışıq dili yazı dilinə əhəmiyyətli təsir göstərir. Təsadüfi deyildir ki, hər hansı
informasiya, adətən, mətbuat səhifələrinə çıxmamışdan əvvəl radioda, televiziyada, müxtəlif
xarakterli, miqyaslı yığıncaqlarda və s. (çox zaman məhz birinci şəxsin dilindən) səslənir.
Azərbaycan dilində danışan radioların, televiziyaların sayı bu dildə yazan qəzetlərin, jurnalların
Müəllim sözü müraciət forması kimi
21
sayını keçməsə də, etiraf etməliyik ki, dinləyənlərin auditoriyası oxuyanların auditoriyasından çox-
çox genişdir»
3, 4
.
Dilimizdə müraciət forması kimi çox geniş yayılmış «müəllim» sözünə diqqət yetirək.
Əvvəlcə bu ərəb mənşəli sözün leksik mənasına nəzər salaq. Ümumiyyətlə, « müəllim» sözü elmli
deməkdir. Azərbaycan Sovet Ensiklopediyasında müəllim anlayışı belə şərh edilir: «Müəllim –
ümumtəhsil, texniki peşə, orta ixtisas məktəblərində və ya ali məktəbdə hər hansı fənni tədris edən
pedaqoji işçi»
2, 120
.
Burada müəllimlik yalnız hər hansı fənnin tədrisi ilə məhdudlaşdırılır. Halbuki müəllimlik hər
hansı fənn üzrə biliklərin öyrədilməsi ilə bitmir. Müəllimin başlıca vəzifələrindən biri həm öyrətdiyi
biliklər vasitəsi ilə, həm də pedaqoji prosesin digər imkanlarından istifadə edərək şagirdlərə
(tələbələrə) hərtərəfli tərbiyəvi təsir göstərməkdən ibarətdir. İkincisi, təhsil müəssisələrində çalışan
bəzi mütəxəssislərin baza təhsili pedaqojidir, bəziləri isə heç pedaqoji təmayüllü kurslardan da
keçməmişlər. Mənbələrdən bəziləri müəllimliyi bu və ya digər fənnin tədrisi ilə məhdudlaşdırır;
bəziləri müəllimləri ümumtəhsil çərçivəsinə salır; bəziləri müəllim anlayışında pedaqoji təhsilin
vacibliyinə məhəl qoymur; «Azərbaycan dilinin izahlı lüğəti»ndə «müəllim» sözünün izahına diqqət
yetirək:
«Müəllim, is.
ər
. 1. Məktəbdə hər hansı bir fəndən dərs deyən adam…// Nəsihət verən, öyüd
verən, öyrədən, ağıl verən. 2. Hörmət üçün adlara qoşularaq deyilir. 3. Hər hansı sahədə nüfuz
sahibi olan, başqalarına nümunə ola bilən adam, ustad.»
1, 356
.
Hazırda müəllim sözü çox geniş məna tutumuna malikdir. Hamımıza məlumdur ki,
peşəsindən asılı olmayaraq layiqli hörmət qazanan şəxsə müraciət edəndə xalq arasında dilə
gətirilən ilk söz müəllim olur. Etiraf edək ki, indi bu söz daha çox müraciət forması kimi işlənir.
Məsələn:
– Xatircəm olun, Əhməd müəllim, – dedi və düşündü ki, bu vədiylə vəzifəyə təyin olunacağı
gümanının dürüstlüyünü təsdiq edir bir növ…
5, 329
. -Dadaş müəllim, neçədən bağlayırsınız?
5, 27
. Əziz Teymur müəllim, bu təmtəraqlı və pafoslu sözlər üçün məni bağışlayın
5, 46
. Dadaş
müəllim, mən belə şeylərdə yaman vasvasıyam
5, 113
. Nə var, nə yox, ay Muxtar müəllim?
5,
293
. – Nə zəhməti var, Bəhlul müəllim, – deyə o, ahəngindən zərrəcə belə narahatçılıq hissi
olunmayan həlim səslə cavab verib, geri döndü
6, 188
.
Deməli, peşə və sənətindən, ümumiyyətlə, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq,
müxtəlif təbəqələrin nümayəndələrinə də müraciətdə bu sözdən istifadə olunur. Onu da qeyd etmək
lazımdır ki, dünyada belə bir xalq yoxdur ki, orada böyük nüfuzu olan hər hansı şəxsə müraciət
edəndə müəllim sözü işlədilsin. Bu xüsusiyyət yalnız Azərbaycan xalqına məxsus olduğundan milli
mənəvi dəyərə çevrilmişdir. Lakin bundan sui-istifadə etmək olmaz. Müraciət zamanı müəllim
sözünün də yerini bilmək lazımdır.
«Ara-sıra yumoristik səhnəciklərdə də «müəllim» sözünün hallandırılması təsadüfi deyildir.
Bu, bir tərəfdən gülüş doğurmaq məqsədini güdürsə, digər tərəfdən həmin sözün yerli-yerində
işlədilməməsinə işarədir, daha doğrusu etiraz əlamətidir.»
4, 4
.
Çox güman ki, müəllim sözünün bir çox peşə, sənət sahiblərinə, böyük nüfuz sahiblərinə
müraciət kimi işlənməsinin əsas səbəbi müəllimlik sənətinin digər peşə və sənətlərdən, müəllimin
isə digər peşə, sənət sahiblərindən uca tutulmasıdır. Nəzərə alınmalıdır ki, müəllimin bilikləri və
mənəvi keyfiyyətləri xalqımızın və bəşəriyyətin əldə etdiyi başlıca nailiyyətlərdir. Müəllim əxlaqi
cəhətdən qüsursuz olur, dediyi sözün və atacağı addımın nə ilə nəticələnəcəyini əvvəlcədən ölçüb-
biçir. Müəllim şəxsiyyətində tələbkarlıqla hörmət vəhdətdə olur. Müəllim vətəncanlı olduqda təbliğ
etdiyi biliklər və mənəvi keyfiyyətlər milli və bəşəri xarakter daşıyır.
Beləliklə, müəllim – gənc nəsli sistemləşdirilmiş milli və bəşəri dəyərlərlə məqsədyönlü,
planlı və mütəşəkkil şəkildə silahlandırmaq yolu ilə nəsillər arasında mənəvi əlaqə yaradan, xalq
təsərrüfatının, elmin, mədəniyyət və incəsənətin sonrakı inkişafına güclü təkan verən pedaqoji
Eminli B.İ.
22
təhsilli işçidir. Müəllim sənətinin bütün sadalanan müsbət xüsusiyyətləri müəllim sözünün müraciət
forması kimi işlənməsinin əsas səbəbidir. Dahi bəstəkar və dramaturq Ü.Hacıbəyov yazırdı:
«Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ
bilməz və hər adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xatadır… Tərbiyə işində cüzi bir
səhlənkarlıq uşağın gələcəyini pozub evini yıxar.»
1960-cı illərdə müəllim sözü qeyri-rəsmi, 1980-ci illərdə isə rəsmi və qeyri-rəsmi müraciət
forması kimi istifadə edilirdi. Təbii ki, ayrı-ayrı şəxslərə müəllim sözü ilə yox, peşə, sənət və ya
vəzifəsinə uyğun sözlərlə müraciət etmək daha münasibdir. Məsələn, həkim, şair, rəssam, müəllim
və s. Müxtəlif peşəli və vəzifəli şəxslərə müəllim sözü ilə müraciət konkretlik yox, ümumilik
yaradır. Müxtəlif peşəli, vəzifəli şəxslər eyniləşdirilir, onlar arasında fərq qoyulmur. Belə ki,
müəllimi şairdən, həkimdən, mülki şəxsdən, hərbiçidən və başqalarından ayırmağa imkan vermir.
Bu gün müraciət formaları içərisində daha geniş yayılmış müəllim sözü radio və televiziyada,
mətbuatda daha çox ziyalılar tərəfindən istifadə olunur.
Dilimizdə hörmət, sayğı mənasında müraciət forması kimi işlənən müəllim sözü yerini
sabitləşdirmişdir. Bu da təbii ki, bu sözün mənbə dildəki mənası ilə əlaqədardır.
Təbii ki, Azərbaycan dilinin hər bir cəhətdən imkanları genişdir. «Dilimiz lüğət tərkibinin
zənginliyi, ifadə vasitələrinin səlisliyi baxımından dünyanın bir çox dillərindən, o cümlədən, türk
dillərindən xeyli fərqlənir. Odur ki, müraciət forması kimi, yerinə görə vətəndaş sözündən də, həkim
sözündən də, hakim sözündən də, hətta tamaşaçı, dinləyici, oxucu, sürücü, sərnişin, alıcı, satıcı və
s. sözlərindən də istifadə edilməsi mümkündür və məqsədə uyğundur. Əsas məsələ odur ki, hər bir
söz yerini tapsın, nitqin ümumi ahəngi pozulmasın»
4, 4
.
ƏDƏBIYYAT
1. Azərbaycan dilinin izahlı lüğəti: 4 cilddə, III c., Bakı: Elm, 1983, 556 s.
2.Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, VII c., Bakı: Elm, 1984, 544 s.
3. Cəfərov N.Q. Danışıq dili: «Mən»in müraciət mədəniyyəti. // Ədəbiyyat qəzeti, 2000,
8 dekabr, s. 4
4.. Qasımov M.K. Dilimizdə işlədilən bəzi müraciət formaları haqqında// Azərbaycan, 1998,
25 sentyabr, səh. 6
5. Anar. Seçilmiş əsərləri. Bakı: Lider, 2004, 416 s.
6. Xəzri N.Ə. Seçilmiş əsərləri. 2 cilddə, I c., Bakı: Lider, 2004, 264 s.
7. Формановская Н.И. Вы сказали «здравствуйте». // Речевой этикет в нашем общении.
3-е издание, М.: Знание, 1989, 156 с.
8. Чихачев В.П. Культура речи и стиль устного выступления. М.: Знание, 1977, 138 с.
РЕЗЮМЕ
СЛОВО «МУЭЛЛИМ» КАК ФОРМА ОБРАЩЕНИЯ
Эминли Б.И.
Ключевые слова: обращение, муэллим ( учитель), культура речи, правила поведения.
В статье рассмотрено слово «муэллим» (учитель) как форма обращения. Указаны цель
и место употребления этого слова в качестве формы обращения, так как формы обращения
оказывают большое влияние на общую культуру речи.
Müəllim sözü müraciət forması kimi
23
SUMMARY
THE WORD "TEACHER" AS AN APPLİCATİON FORM
Eminli B.İ.
Key words: appeal, address, teacher, speech habits,norms of behavior.
In the article the word "teacher" has been looked through as an application form. The aim and
place of the use of the word was indicated as an application form. So the application form
influences greatly and directly on every person’s speech habits.
.
Daxil olma tarixi:
Ilkin variant
14.05.2015
Son variant
Eminli B.İ.
24
UOT
MAHMUD KAŞĞARİNİN “DİVANÜ LÜĞAT-İT TÜRK” ƏSƏRİNDƏ ATALAR SÖZLƏRİ
VƏ ZƏRB MƏSƏLLƏRDƏ İŞLƏNƏN İSMİ BİRLƏŞMƏLƏR
ZEYNALOV RAMİL SAMƏDDİN oğlu
Sumqayıt Dövlət Universiteti, doktorant
e-mail: ramil-zeynalov-1982@mail.ru
Açar sözlər: Mahmud Kaşğari, söz birləşmələri, ismi birləşmələr, təyini söz birləşmələri,
atalar sözü, zərbi-məsəl.
Söz birləşmələrinin daha doğru izahı üçün ilk növbədə onların təsnif prinsiplərini
müəyyənləşdirmək lazımdır. Y.Seyidov yazır: “Hər bir elm sahəsində, hər bir problematik
məsələnin tədqiqində olduğu kimi, söz birləşmələrinin hərtərəfli və düzgün izahı üçün onların təsnif
edilərək qruplaşdırılması mühüm əhəmiyyətə malikdir. Təsnifat tədqiqat obyektini əhatə etmək,
dəqiqləşdirmək və düzgün başa düşmək üçün ən əhəmiyyətli vasitələrdən biridir”
1, 142
.
Söz birləşmələrini müxtəlif prinsiplər əsasında qruplaşdırmaq və təhlil etmək olar. “Söz
birləşmələrinin bu və ya başqa şəkildə qruplaşdırılaraq öyrənilməsi tədqiqatın ümumi
istiqamətindən, məqsədindən, tədqiqatçının üslubundan çox asılıdır. Bununla yanaşı, burada söz
birləşmələrinin təbiətinə və tələbinə də fikir vermək lazım gəlir. Söz birləşmələrini qruplaşdırarkən
ən əhəmiyyətli, ən mühüm əlamətlər nəzərə alınmalıdır”
1, 142
. Bu mənada dilçilik ədəbiyyatında
söz birləşmələrini sintaktik əlaqələrə görə, predikativliyə görə, sərbəst və sabit olmasına görə, əsas
tərəfin ifadə vasitəsinə görə və s. prinsiplərlə bölünür. Fikrimizcə, söz birləşmələrinin əsas tərəfə
görə təsnifi daha məqsədəuyğundur və biz bu prinsipi əsas götürürük. Bu birləşmələrin sayı məsə-
ləsində də dilçiliyimizdə müəyyən fikir ayrılığı vardır. Belə ki, dilçilərin bir qismi söz
birləşmələrindən danışarkən zərfi birləşmələri də ayrıca qrup kimi qeyd etsə də, bəzi dilçilər bunu
qəbul etmir. Buna səbəb isə dilimizdə zərfi birləşmələrin nisbətən az işlənməsidir. Lakin qeyd
olunmalıdır ki, əgər vahid prinsip tətbiq etsək, zərflər də özlərinə bir qrup sözü tabe edə bilir və
birləşmə yaradır. Bu səbəbdən onların sayı az olsa da, zərfi birləşmələr da dilimizdə ayrıca qrup
kimi tədqiq olunmalıdır. “Söz birləşmələrinin formalaşmasında birləşmələrin hər iki komponenti rol
oynayır, lakin söz birləşməsinin ümumi mənsubiyyəti, əsas xüsusiyyəti birləşmədəki tabe edən,
mərkəzləşdirici sözlə müəyyənləşir. Bu cəhətdən söz birləşmələrini, adətən, üç qrupa ayırırlar:
1) ismi birləşmələr;
2) feili birləşmələr;
3) zərfi birləşmələr
1, 180
.
“İsmi birləşmələrin əsas aparıcı sözü isimlərdən, feili birləşmələrinki isə feillərdən ibarət olur.
Məsələn, məktəb direktoru, kolxoz sədri, gələn adam və s. birləşmələr ismi, məktub yazmaq, kitaba
baxmaq, “gələcək gün” romanını oxumaq, mən gələndə, dərsə gəlmək və s. feili birləşmələrdir. Zərf
birləşmələri, ümumiyyətlə, dildə az işlənsə də hər halda onların da müəyyən rolu vardır. Belə
birləşmələrin bir tərəfi zərf, o biri tərəfi başqa sözlərdən ibarət olur; məsələn: həyətdən uzaq, evdən
aşağı, məktəbdən kənar, səhər tezdən və s.”
2, 209-210
.
Söz birləşmələrinin mühüm bir qismini ismi birləşmələr təşkil edir. “Əsas tərəfi adlardan
(isim, sifət, say və əvəzliklərdən) ibarət olan birləşmələrə ismi birləşmələr deyilir”
3, 47
. Bəzi
müəlliflərin fikrincə, ismi birləşmələrin əsas tərəfi ya isim, ya da isimləşmiş digər sözlər olur.
Fikrimizcə, bu yanaşma heç də doğru deyil. Məsələn, N.Məmmədov yazır: “Qeyd olunduğu kimi,
ismi birləşmələr onlarda olan əsas aparıcı sözlə, yəni ikinci tərəfdə işlənən sözlə müəyyənləşdirilir.
Belə olduğu halda ismi söz birləşmələrində birinci tərəfdə işlənən söz və ya sözlərin hamısı nitq
hissəsi ilə işlənməsindən asılı olmayaraq, ikinci tərəfdə işlənən söz ya isim ya da isimləşmiş
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 11 №3 2015
25
(substantivləşmiş) söz olmalıdır”
4, 296
. Lakin qeyd olunmalıdır ki, bəzi ismi birləşmələr vardır
ki, onlardakı əsas tərəf sifətlə ifadə olunur, amma bu sözlər substantivləşmir. Məsələn, əlləri bağlı,
gözləri yaşlı və s. Bu mənada, fikrimizcə, Q.Kazımovun bölgüsü daha məqsədəuyğundur. Belə ki,
tanınmış dilçi alim ismi birləşmələrin substantivə və atributiv modellər əsasında formalaşdığını
qeyd edir. İsmi birləşmələrin bir qismi substantiv, bir qismi atributiv model əsasında qurulur. Ona
görə də ismi birləşmələri iki qrupa ayırmaq olar:
a)
İsmi birləşmələrin əksər modellərində əsas tərəf (baş söz, tabe edən tərəf) isimlərdən və
isimləşmiş nitq hissələrindən (sifət, say və əvəzliklərdən) ibarət olur; məs.: daş divar, şüşə qab,
yaşıl çəmən, uca çinar, iki il, xeyli adam, dağlarda döyüş, ellərə yaraşıq, uzaqdan məktublar,
vətəndaşləq borcu, çiçəyin ətri, axan su, çağlayan bulaq; almanın qırmızısı, meyvənin yetişmişi,
uşaqların bir neçəsi, cərgələrdən ikincisi və s.
Bu cür birləşmələrə M.Kaşğarinin əsərində də tez-tez rast gəlmək olur. Məsələn: Alp adam
düşmən qarşısında, ağciyər adam isə döyüşdə bəlli olar
7, 115
; Yaxşı paltarı özün gey, dadlı
yeməyi başqalarına yedirt, qonağa yaxşı hörmət elə ki, adını-sanını el-obada yaysın
7, 119
;
Adamın alası içində, heyvanın alası çölündədir
7, 155
; Zülm evin qapısından girsə, ədalət və insaf
bacadan çıxar
8, 46
; Pişik asılı yağa əli çatmayanda deyər: elin malı mənə yaraşmaz
8, 134
.
“Divanü lüğat-it türk” əsərində işlənən atalar sözləri və məsəllərdən seçilmiş bu nümunələrdə ismi
birləşmələr işlənmişdir. Bu birləşmələrin əsas tərəfi isə isimlərdən ibarətdir.
Əsas tərəfi isimlər və ya isimləşmiş nitq hissələri ilə ifadə olunan bu cür birləşmələr
substantiv birləşmələr adlanır.
Substantiv birləşmələrin asılı tərəfi isim, sifət, say əvəzlik, feili sifət və zərflə ifadə olunur.
b)
ismi birləşmə modellərinin bir qismində əsas tərəf sifətlərlə (sadə və ya -lı, -li, -lu, -lü; -ıq,
-ik, -uq, -ük və s. şəkilçili düzəltmə sifətlərlə) ifadə olunur. Yuxarıdakı birləşmələrdən fərqli olaraq,
bu cür birləşmələr atributiv birləşmələr adlandırılır. Məsələn, durna gözlü, gözləri bağlı, qapısı
Dostları ilə paylaş: |